Kullanıcı Tag Listesi

Həsən ağa Bakıxanov Həsən ağa Bakıxanov - Rusiya İmperiyasının generalı, general-mayor (1880). Həyatı Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və qızı Nurcahan xanım. Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir. Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis kadet

Bu konu 617 kez görüntülendi 0 yorum aldı ...
Həsən ağa Bakıxanov 617 Reviews

    Konuyu değerlendir: Həsən ağa Bakıxanov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 617 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Həsən ağa Bakıxanov

    Həsən ağa Bakıxanov

    Həsən ağa Bakıxanov - Rusiya İmperiyasının generalı, general-mayor (1880).

    Həyatı

    Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və qızı Nurcahan xanım. Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir.
    Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur.
    1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınmışdır. O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla, Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci il müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif olunub.
    Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov həmin ölkənin ən ali ordeni olan "Şire-Xorşid" ordeninə layiq görülmüşdür. 1856-cı ildə Həsən ağa, əmisi Abbasqulu ağa Bakıxanovun qızı Bikəxanımla ailə qurmuşdur. 1880-cı ildə isə general-mayor rütbəsində istefaya çıxan Həsən ağa Bakıxanov ömrünün axırınadək Qubada yaşamışdır.




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Həsən ağa Bakıxanov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 617

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş