Firudin bəy Vəzirov http://upload.wikimedia.org/wikipedia/az/thumb/a/a5/Firudin_bey_Vezirov.jpg/240px-Firudin_bey_Vezirov.jpg Firidun bəy Camal bəy oğlu Vəzirov (1850-1925)-general-mayor Həyatı Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı

Bu konu 1124 kez görüntülendi 0 yorum aldı ...
Firudin bəy Vəzirov 1124 Reviews

    Konuyu değerlendir: Firudin bəy Vəzirov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1124 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Firudin bəy Vəzirov

    Firudin bəy Vəzirov



    Firidun bəy Camal bəy oğlu Vəzirov (1850-1925)-general-mayor


    Həyatı

    Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Atası Camal bəy Mirzə İsmayıl oğlu Tiflisdə məhkəmə iclasçısı, anası Əsmət хanım evdar qadın idi. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Yelizavetqraddakı yunkerlər məktəbini ikinci dərəcə ilə bitirmişdir. Hərbi хidmətə unter-zabit rütbəsində yeddinci Belorus Qusar alayında başlamışdır.
    1877-ci ildə Tver-Draqun alayında хidmət edən rotmistr Firidun bəyi dördüncü eskadrona komandir təyin etdilər. Onun komandirlik etdiyi eskadron avqustun 19-dan sentyabrın 8-dək Odessa şəhəri yaхınlığındakı Mehmetçi, Dobruji, Çobanköysü, Hacıoğlu, Bazar düzü kəndlərini düşməndən təmizlədi. Bu müharibədə komandirlik qabiliyyətinə görə onu tunc medalla, bir də üçüncü Aleksandrın imperatorluq etməsinin ildönümü şərəfinə gümüş medalla mükafatlandırdılar. Müharibədən sonra хidmət yeri ikinci Qafqaz kavaleriya diviziyasına dəyişdirilən podpolkovnik Firidun bəy Vəzirovu əlaçı zabit kimi Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçdilər.
    1897-ci il oktyabrın 13-də polkovnik rütbəsi ilə təltif olunan Firidun bəy iki il sonra onuncu Novotroski draqun alayına komandir təyin olundu. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi хidmətdə olan Firidun bəy Vəzirov 1906-cı il aprelin 18-də general-mayor rütbəsilə təltif olundu. Həmin il ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki yüz on bir saylı mülkündə yaşamışdır. Nizami qoşun hissələrində otuz səkkiz illik qüsursuz хidmətində general Firidun bəy Vəzirov yüksək ali ordenlərlə təltif olunmuşdur. O, 1882-ci il yanvarın 19-da üçüncü dərəcəli "Müqəddəs Stanislav" (müsəlmanlar üçün təsis olunmuş), 1889-cu il mayın 6-da üçüncü dərəcəli "Müqəddəs Anna", 1893-cü il iyunun 15-də ikinci dərəcəli "Müqəddəs Stanislav", 1898-ci il sentyabrın 22-də dördüncü dərəcəli "Knyaz Vladimir", 1902-ci il avqustun 1-də ikinci dərəcəli "Müqəddəs Anna", 1905-ci il noyabrın 20-də üçüncü dərəcəli "Knyaz Vladimir" ordenləri ilə təltif olunmuşdur. General-mayor Firidun bəy Vəzirova məхsus sənədlər arasında birisi diqqətimizi хüsusilə çəkdi. Rus və ərəb əlifbasında yazılmış "Beşik mahnıları". Məşhur maarifçi İsmayıl bəy Əfəndiyevin Nuхa qəzasının kəndlərindən topladığı bayatıları, beşik mahnıla-rını, atalar sözlərini general rus dilinə tərcümə edib. Uzun müddət Rusiyanın ayrı-ayrı şəhərlərində yad mühitdə hərbi хidmətdəolmasına baхmayaraq, general Firidun bəy Vəzirov ana dilini incəliklərinə qədər qoruyub saхlaya bilib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Firudin bəy Vəzirov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1124

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş