Yüz bir (Rəqs)
Yüz bir - mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs.
Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir.