Kullanıcı Tag Listesi

Həqiqət Rzayeva Həqiqət Əli qızı Rzayeva (20 May, 1907, Lənkəran-2 Avqust, 1969, Bakı) - müğənni (soprano), pedaqoq. Azərbaycanın xalq artisti (1946). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir http://upload.wikimedia.org/wikipedia/az/thumb/d/d9/H%C9%99qiq%C9%99t_Rzayeva.jpg/200px-H%C9%99qiq%C9%99t_Rzayeva.jpg HƏQİQƏT RZAYEVA Həqiqət Əli qızı Rzayeva Doğum tarixi: 20 May, 1907

Bu konu 787 kez görüntülendi 0 yorum aldı ...
Həqiqət Rzayeva 787 Reviews

    Konuyu değerlendir: Həqiqət Rzayeva

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 787 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Konular
    5200
    Beğendikleri
    0
    Beğenileri
    14
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Həqiqət Rzayeva

    Həqiqət Rzayeva


    Həqiqət Əli qızı Rzayeva (20 May, 1907, Lənkəran-2 Avqust, 1969, Bakı) - müğənni (soprano), pedaqoq. Azərbaycanın xalq artisti (1946). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir


    HƏQİQƏT RZAYEVA
    Həqiqət Əli qızı Rzayeva

    Doğum tarixi: 20 May, 1907
    Doğum yeri: Lənkəran
    Vəfatı: 2 Avqust, 1969
    Vəfat yeri: Bakı
    Peşəsi: Aktrisa


    Həyatı

    Lənkəranın kiçik kəndlərindən birində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.
    Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Dahi bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.
    1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
    Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Xüsusilə "Ögey Ana" filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı yaddaşlara həkk olunmuşdur.
    Bəstəkar Azər Rzayevin anasıdır.
    [redaktə]Adlar və Mükafatlar

    Azərbaycan Xalq Artisti (1943)
    Filmoqrafiya

    Lətif (film, 1930)-Ögey ana (Tammetrajlı Bədii Film)
    İsmət (film, 1934)-Həqiqət (Tammetrajlı Bədii Film)
    Dostlar (film, 1934)-Ana (Qısametrajlı Bədii Film)
    Ögey ana (film, 1958)
    Muğamlar (film, 1965)
    Üzeyir ömrü (film, 1981)
    Səhər (veriliş, 1995)


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Həqiqət Rzayeva

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 787

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş