Sadıq bəy Ağabəyzadə Vikipediya, açıq ensiklopediya Sadıx bəy Ağabəyov Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini 23 oktyabr, 1918 — dekabr, 1919 Təvəllüdü: 5 mart 1865-ci il Göyçay qəzası, Bakı quberniyası, Rusiya İmperiyası

Bu konu 1123 kez görüntülendi 0 yorum aldı ...
Sadıq bəy Ağabəyzadə 1123 Reviews

    Konuyu değerlendir: Sadıq bəy Ağabəyzadə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1123 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Sadıq bəy Ağabəyzadə

    Sadıq bəy Ağabəyzadə

    Vikipediya, açıq ensiklopediya
    Sadıx bəy Ağabəyov
    Məhəmməd Sadıq bəy Hacı İsmayıl oğlu Ağabəyzadə
    Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini
    23 oktyabr, 1918 — dekabr, 1919

    Təvəllüdü: 5 mart 1865-ci il
    Göyçay qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
    Vəfatı: 9 oktyabr 1944-cü il (79 yaşında)
    Lvov, Ukrayna

    Sadıq bəy Ağabəyzadə - General-mayor, şərqşünas alim, Azərbaycan Demokrartik Respublikasının Daxili işlər nazirinin müavini,
    [redaktə]Həyatı





    Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlmişdir. 1883-cü ildə Bakı real məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olmuşdur.
    1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlamışdır. 10 il keçdikdən sonra, 1896-ci ildə imtahanlarını müvəffəqiyyətlə vermiş, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunmuşdur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilmişdir. 1913-cü ildə Sadıx bəy xəstəliyinə görə General-mayor rütbəsində istefaya çıxmışdır.
    O, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur. Böyük əmək nəticəsində Sadıq bəy "Türkmən Ləhcəsi" dərsliyini nəşr etdirmişdir. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır.
    Təqaüdə çıxdıqdan sonra Sadıq bəy əmin idi ki, onun hərbi karyerası başa çatdı və ömrünün qalan hissəsini doğma Göyçayda keçirmək ona qismət olacaq. Lakin I Dünya Müharibəsi onun həyatını dəyişmişdir. Sadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanmışdır. Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak etmişdir. 1916-cı ildə Sadıq bəy öz vətəninə qayıtmış və Göyçay şəhərində valideyinlərinin yanında yaşamağa başlamışdır.
    1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökümətinin qərarı ilə Sadıq bəy Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərmişdir.
    Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanmışdır. 1919-cu ildə Azərbaycanda polis işçilərinin ümumi sayı 9661 nəfərə çatmışdır, onların 498-i 1-ci rütbəli şəhər polisi, 5089-u 2-ci rütbəli şəhər polisi, 242-i 1-ci rütbəli post polisi, 243-ü isə 2-ci rütbəli post polisi idi.
    1919-cu il oktyabrın əvvəlində, hökümətin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılamışdır. Sadıq bəy oktyabrın 4-10-na kimi prezident nümayəndəsini müşayiət etmiş və onu mühafizəçi ilə təmin etmişdir. Bakıya gələrkən general Xarbort Hacı Zeynalabdin Tağıyevin evində qonaq olmuşdur. Deyirlər ki, general Xarbortun gəlişinə həsr olunmuş ziyafətlərin birində, o, şəxsən müəyyən səbəblərdən ziyafətdə iştirak etməyən Sadıq bəyin sağlığına tost demişdir. O, öz tostunda qeyd etmişdir ki, Sadıq bəy yüksək intelektual imkanlara malik olan bir insandır və o, hərbçilər arasında belə yüksək təhsilli və maraqlı insana rast gəlməmişdir.
    Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə mühacirət etmiş və İstanbulda qohumları ilə yaşamışdır. Sonra Parisə köçmüş və iki il Sorbon şəhərində fars və türk dillərini tədris etmişdir.
    Parisdə alim-şərqşünas taleyin bir zərbəsinə məruz qalmışdır - istəkli həyat yoldaşı Gülyanı itirmişdir. O, Parisin müsəlman qəbirstanlığında dəfn olunmuşdur.
    Bu hadisədən sonra alimi Parislə heç bir şey bağlamamış və o, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçmüşdür. O, Lvov universitetinin fəlsəfə fakultəsində işləmiş, lakin az sonra Lvov ali ticarət məktəbində türk, fars və ərəb dillərini tədris etmiş, eyni zamanda polyak və ukrayna dillərini öyrənmişdir.
    Ziqmunt Smoqojevski, V. Kotviç və Sadıq bəy Ağabəyzadə şərqşünaslıq məktəbinin özəyini təşkil etmişlər. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılmışdır.
    Lvov universitetində Sadıq bəy bir sıra fənnləri, o cümlədən türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris etmişdir.
    1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika və morfologiya), (Ovqusta Peryenin "Yeni ədəb dili qrammatikası" ikinci nəşr əsasında yazılmış) nəşr etdirmişdir. Lvov şəhərində Sadıq bəyin bir sıra tələbələri olmuşdur. Onlardan Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarını misal göstərmək olar.
    Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarmışlar. O, pis qızdırılan yerdə yaşamalı olmuşdur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnmiş və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat etmişdir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkmişlər.
    Sadıq bəy Ağabəyzadə Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sadıq bəy Ağabəyzadə

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 1123

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş