Kullanıcı Tag Listesi

Kələm dolması Ət çəkilir, içərisinə yumru düyü, duz, soğan, istiot, sarıkök və pomidor əlavə edilib qarışdırılır. Sonra kələm duzlu suda pörtlədilir. Ət kələmin işərisinə yığılaraq bükülür və bişirilir. Süfrəyə veriləndə üzərinə nar sıxılır. Payızda dolmaların arasına heyva dilimləri də düzmək olar.

Bu konu 1018 kez görüntülendi 1 yorum aldı ...
Kələm dolması 1018 Reviews

    Konuyu değerlendir: Kələm dolması

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1018 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.494
    Beğendikleri
    0
    Beğenileri
    4
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Kələm dolması

    Kələm dolması



    Ət çəkilir, içərisinə yumru düyü, duz, soğan, istiot, sarıkök və pomidor əlavə edilib qarışdırılır. Sonra kələm duzlu suda pörtlədilir. Ət kələmin işərisinə yığılaraq bükülür və bişirilir. Süfrəyə veriləndə üzərinə nar sıxılır. Payızda dolmaların arasına heyva dilimləri də düzmək olar.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kələm dolması

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 1

          Görüntüleme: 1018

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  2. #2
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.785
    Beğendikleri
    273
    Beğenileri
    5
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Cevap: Kələm dolması

    Təbriz Kələm Dolması





    Bu,Güney Azərbaycanda bişirilən kələm dolmasının bir növüdür.


    Kələm Dolması - Not: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.


    Içi üçün:

    1 baş kələm (Lahana)-(bir kilo yarımlıq),
    150 qram ətirli düyü (pirinç)-(1 fincan),
    300 qram çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın),
    80 qram ləpə (Noxud Ləpəsi-Nohutun kırılmışı)-(½ fincan),
    1 dənə orta baş soğan ”“ xırda-xırda doğrayın,
    2 tatlı(şirini) qaşığı Sumaq (Sumak),
    2 tatlı (şirini) qaşığı Narşərab (Nar rubbu- Nar salçası),
    1 tatlı (şirini) qaşığı sarıkök (Zerdeçal),
    lazımı qədər zəfəran,duz və istiot.
    lazımı qədər Su.


    Sirkəşirə üçün:
    150 ml üzüm sirkəsi(1 fincan),
    4 yemək qaşıqı şəkər,
    lazımı qədər zəfəran,
    lazımı qədər su.


    Dolmanın hazırlaması:



    Düyünü yuduqdan sonra ılık suda 1-2 saatlıq islağa qoyuruq.






    Öncədən islanmış ləpəni bişirin və bişdikdən sonra suyunu süzgəçlə süzərik.



    Soğanı xırda-xırda doğrayıb bir tavada yağda qızardırıq.



    Əti soğana qatib suyu çəkilənə qədər qızardırıq,



    Sonra sarıkök (Zerdeçal), zəfəran, istiot, narşərab (Nar rubbu- Nar salçası), sumaq və duz artırın.




    Suyu süzülmüş düyü və ləpəni ətə artirib, yaxşıca qarışdırıb iki fincan su töküb bişirəndən sonra soyumaqa quyuruq.



    İri qazanda su qaynadın. İçinə 2 çay qaşığı duz atın və yarım çay bardağı sirkə artırın.



    Kələmi bu suda pörtlədin (haşlayın), bir az yumuşalsın, amma bişməsin. Sonra isə sudan çıxardırıq və yarpaqlarını ayırırıq.



    Kələmin hər bir yarpağının orta zoğunu kəsin.Yarpaqlar iridirsə, ikiyə bölün.





    Hər yarpağın ortasına təxminən 1 yemək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.





    Dolmaları sıra ilə qazana yığın.



    Bir boş qabda 1-2 bardaq qaynar su, sirkə, zəfəran və şekeri həll (karışdırın) edin və dolmaların üstünə tökün.



    Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər yetərincə su yoxdursa, onda bir az da su artırın (əlave edin). Dolmaların üstünə ya duru(zeytun yağı) yağ tökün ya da tikələrə bölünmüş kərə (tereyağı) yağı qoyun. Dolmaların üstünə qab (tabak) qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda (orta dercede) bişirin.


    Nuş olsun!





    Diqqət: Zövqə görə sirkə-şirədən vaz keçilə bilər Sirkə-şirədən vaz keçdikdə dolmaya kavar ( sozi),ceferi, şüyüd az da telxun və yemək eduvası(baharatı) artıra bilinər
    Bəziləri sosdan (rubb və su qarışığından) dolmanın üzərinə istifadə edirlər.


    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş