Əvəz Həsənov Əvəz Yediyar oğlu Həsənov 1971-ci il martın 28-də Kəlbəcər rayonunda anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif işinin təşkilatçı metodisti fakultəsini bitirmişdir. Elmin İnkişafı Akademiyasının (AED) və USAID təşkilatının təşkil etdiyi Demokratiyanın İnknişafı proqramında iştirak etmişdir (ABŞ-1996). Merlind və Boltimor Universitetlərində insan hüquqları ilə bağlı kurs kecmiş və sertifikat almışdır. Onlarla beynəlxalq səviyyəli

Bu konu 2952 kez görüntülendi 2 yorum aldı ...
Əvəz Həsənov 2952 Reviews

    Konuyu değerlendir: Əvəz Həsənov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2952 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Əvəz Həsənov

    Əvəz Həsənov


    Əvəz Yediyar oğlu Həsənov 1971-ci il martın 28-də Kəlbəcər rayonunda anadan olmuşdur.

    1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun mədəni-maarif işinin təşkilatçı metodisti fakultəsini bitirmişdir. Elmin İnkişafı Akademiyasının (AED) və USAID təşkilatının təşkil etdiyi Demokratiyanın İnknişafı proqramında iştirak etmişdir (ABŞ-1996). Merlind və Boltimor Universitetlərində insan hüquqları ilə bağlı kurs kecmiş və sertifikat almışdır. Onlarla beynəlxalq səviyyəli təlimlərdə iştirak etmişdir.

    1991-ci ildən 1998-ci ilədək Azərbacan Sosial Demokrat Partiyasının üzvü, partiyanın Mərkəzi Komitəsinin üzvü olmuşdur. Siyasi fəaliyyəti dövründə «Təkamül» adlı bülleten və qəzet redaktoru olmuşdur.

    1993-cü ildən İnsan Hüquqları Müdafiə Mərkəzinin təsicilərindən bir və üzvüdür. 1995-ci ildən 2003-cü ilədək direktor müavini işləmişdir.

    1995-ci ildə Gənçlər və İdman Nazirliyində Gənclərin Sosial problemləri şöbəsində mütəxəssis işləmişdir. «Azərbaycan Respublikası Gənclər siyasəti» konsepsiyasının hazırlanmasında iştirak etmişdir.

    1996-çı ildə HAYAT Humanitar Təşkilatının miqrasiya problemləri ilə məşğul olan Qeyri-Hökumət Təşkilatları ücün Resurs Mərkəzinin koordinatoru olmuşdur.

    Azərbaycan Respublikası Miqrasiya Potensiallarının yaradılması komissiyasının ilkin işçi qrupunda Qeyri-hökumət təşkilatlarının təmsilçisi kimi iştirak etmişdir. Onun qrupun tərkibində fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın Miqrasiya siyasəti sənədi hazırlanaraq ölkə başçısına təqdim olunmuşdur.

    1997-ci ildən Humanitar Tədqiqatlar Çəmiyyətinin təsiscisi və direktorudur. Rəhbərlik etdiyi təşkilat eyni zamada «Azərbaycanda insan hüquqları» jurnalı - internet portalının təsisçisidir ki. 2003-cü ildən fəaliyyətə başladığı gündən o, jurnalın redaktorudur.

    2000-ci ildən Almaniyada yerləşən İtkin düşmüş şəxslərin, əsir və girovların azad olunması üzrə Beynəlxalq işci qrupun Azərbayçandakı nümayəndəsidir. Dəfələrlə Ermənistana və Dağlıq Qarabağa səfərlər etmiş və insanların taleyinin müəyyən olunması istiqamətində axtarışların aparılmasında iştirak etmişdir. Eyni zamanda DĞ münaqişəsinin həlli istiqamətində ən fəal proqramların icraçısıdır.

    «Bələdiyyə üzvlüyünə namizəd öz seçki kampaniyasını necə təşkil etməlidir», «Azərbaycanda sığınacaq axtaran xaricilər üçün məlumat», «Seçkiqabağı kampaniya üçün soraq kitabçası», «Azərbaycan-ingilis-rus dillərində seçki terminləri lüğəti» və «QHT-lər üçün məlumat kitabçası», «Dağlıq Qarabağ müzakirə olunur» kitablarının müəllifidir. «Dağlıq Qarabağ: Cəmiyyətlə məsləhət» sənədli filminin ssenari müəllifi və rejissorudur. DQ münaqişəsi ilə bağlı müəllifi olduğu kitab və film müxtəlif dillərə tərcümə olunaraq bir neçə ölkədə təqdim olunmuşdur.

    1996-cı ildən Beynəlxalq Aministiya təşkilatının fərdi üzvüdür. Azərbaycan Avropainteqrasiya Milli Komitəsinin təsisçilərindən biri və üzvüdür.

    2009-cu ildə karabakhblog.com saytını yaratmışdır.

    Evlidir, 2 övladı var.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Əvəz Həsənov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 2

          Görüntüleme: 2952


  2. #2
    SabinaBunyam - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    20.04.2020
    Yaş;
    44
    Mesajlar
    1
    Konular
    0
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @SabinaBunyam

    Standart Cevap: Əvəz Həsənov

    Ay Qarabağ, vay Qarabağ! - Əvəz Həsənov








    Qarabağı hamımız sevirik. Onu sevənlər tək 30 milyonluq Azərbaycanlılar deyil: milyonlarla türk, milyonlarla erməni, ora səfər edən miylonlarla əcnəbilər var. Bizim sevgimiz isə ayrı aləmdir. Bizim sevgimiz çox hissləri özündə əks etdirir. Qarabağ musiqiçilərimizin dilindən düşmür, şairlərimizin sənətində ən populyar mövzudur.
    İnsanlar vətəndən danışanda ilk növbədə Qarabağı xatırlayır. Siyasətçilər Qarabağ dalğasında siyasətlərini başlayıblar. Mətbuat ən populyar yazılarını Qarabağla əlaqəli mövzulardan yazırlar. QHT-lər Qarabağdan sevgi ilə danışanda vətənpərvərliyin ən yüksək həddində olurlar. Qarabağ adına yaxşı restoranlar, ət dükanları, kafelər, şadlıq sarayları, super marketlər, qəsəbələr, çayxanalar, oyun zalları açmışıq. «Qarabağ» adında tum istehsal edirik. «Qarabağ» şirniyyatı buraxırıq. Hər şey edirik ki, Qarabağ yaddan çıxmasın. Bu biznes obyektlərinin sahibləri ilk vaxtlarda yaxşı qazanc əldə etdilər. Hətta, Qarabağı xatırladan guşələr və rəsmlər ilə müştərilərin vətənpərvərlik hissini artırıb biznesi yaxşılaşdırdılar. Sonradan hər şey adiləşdi. Daha restorana girən onun adından çox mahiyyətinə fikir verdi. Deməli, «birdəfəlik barıt» atıldı.
    Ermənilər gördülər ki, bizimkilər Qarabağ adı ilə pul qazanmağa başlayıblar Qarabağın adını dəyişib qoydular «Artsax». İndi onlar başlayıb «Artsax» brendini tanıdacaqlar dünyaya, bizimkilər də «Qarabağ» adı ilə ölkə içində pul qazanacaqlar. Bizimkilər ayılıb görəcəklər ki, dünya artıq öyrəşib «Artsax» brendinə. Çünki onlar brend adı ilə pul qazanmaqla yanaşı, beynəlxalq auditoriyada iş aparmağı da unutmurlar. Onlar bizimkilər kimi «bir atımlıq barıt» prinsipi ilə işləmirlər. Qarabağ Azadlıq Təşkilatı adında bir təşkilatımız da var. Vaxtilə bütün beynəlxalq təşkilatlar və səfirliklər ilə görüşəndə onu «Azərbaycanın Yasser Arafatı» adlandırırdıq. Bununla onu bir ciddi struktur kimi təqdim etməkdə az rol oynanamışıq. QAT da öz işini ölkə daxilində «erməni ovuna» həsr edəndən sonra ona beynəlxalq təşkilatların ciddi yanaşmaları azaldı. Amma QAT-ın çoxlu sayda xeyirli işləri olsa da onların «erməni ovu» sevdası onları qeyri-ciddi oyunçuya çevirdi. Bu da «birdəfəlik barıta» bir misal.
    «Qarabağ üçün oxu» və bu kimi yüzlərlə ideyalar fikirləşildi. Sərgilər keçirildi, konsertlər verildi. Səfərlər oldu, yardımlar, nəzir-niyazlar paylandı, qurbanlar kəsildi, yürüşlər keçirildi. Daha nələr olunmadı. Amma «barıt» tez qurtardı. Qarabağla bağlı davamlı bir iş görən biznesmen, ölkəsi üçün ürəyi yanan iş adamı və məmur göstərin mənə! Damalı iş — anım günlərində paylanan qurbanlar, şəhid ailələrinə paylanan yardımlar deyil ha, biləsiniz. Bu daha qlobal məsələdir. Onlar da «bir atımlıq barıt» prinsipi ilə işləyirlər. Ölkədə Qarabağ mövzusu ilə bağlı ardıcıl işləyən bir-iki struktur var ki, onlar da dövlət siyasətinin tərkibidir. Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər keçirir, təşəbbüslər maliyyələşdirir. Azərbaycan Respublikası Prezidentinin yanında QHT Dövlət Dəstəyi Şurası QHT-lərin layihələrini maliyyələşdirir. Mədəniyyət və Turizm Nazirliyi nələri isə edir. Müxtəlif saytlar dəstəklənir, Avropa Azərbaycan Cəmiyyəti müxtəlif tədbirlər keçirir. Ancaq qeyd etdiyim kimi bu dövlətin təşəbbüsü ilə uzlaşan fəaliyyətdir. Mənim dediklərim sadə azərbaycanlı və iş adamının Qarabağ üçün içərisindən gələn təşəbbüslərə aiddir. Qarabağı sevmək onun üçün işləməkdən asandır. Çünki Qarabağa sevgini elan edəndə, onun üçün yanğı ilə danışanda səni publika sevir, sənin vətənpərvərliyini alqışlayırlar. Qarabağ üçün kitab çap edəndə, film çəkəndə, beynəlxalq tədbir keçirəndə, elmi auditoriyalarda ermənilər ilə mübahisilər aparanda, ermənilər peyda olduqları bütün auditoriyada onların qarşısına çıxıb onlarla Qarabağ üçün polemika aparanda «Qarabağ» adına restoran açan, biznes quran, siyasətlə məşğul olan, oxuyan, yazan-pozan, müəllimi, həkimi, millət vəkili və jurnalisti sənə deyirlər ki, «işin-gücün yoxdur bəyəm?!». «Bu sənin işin deyil axı». «Qarabağ üçün polemika aparmaqdansa vuruşmaq lazımdır». Vuruşmaq lazım olanda isə restoran açanın yaşı artıq o yaş deyil, oxuyan, yazan «millətin sərvətidir», müəllim, həkim, siyasətçi və millət vəkilləri millətin elitasıdır. Onların vuruşmaq yaşı keçibdir. Vuruşmaq qərarını da dövlətin siyasətini həyata keçirənlər verir. 2016-cı il aprel hadisələri göstərdi ki, vuruşanlar hərbiçilər və ehtiyyatda olanlar oldular. «Кakой то, порочный kруг получaется». Bircə deməyin ki, «işin-gücün qurtarıb sənin?!»
    Əvəz Həsənov

  3. #3
    Turkuaz&Tr. - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    08.10.2010
    Yaş;
    64
    Mesajlar
    903
    Konular
    446
    Beğendikleri
    67
    Beğenileri
    57
    Tecrübe Puanı
    100
    @Turkuaz&Tr.

    Standart Cevap: Əvəz Həsənov

    Əvəz Həsənov,
    Nə qədər acı amma, gerçək vəziyyəti yazmış.
    ''Qarabağı hamımız sevirik. Onu sevənlər tək 30 milyonluq Azərbaycanlılar deyil: milyonlarla türk, milyonlarla erməni, ora səfər edən miylonlarla əcnəbilər var. Bizim sevgimiz isə ayrı aləmdir.''
    Hamımız (Türk, Erməni (Hay), Turist filan ....) Qarabağı sevirik, elə deyil mi?
    Biz Türklər çox amma çox sevirik.
    Ha di !!!! erməninin Qarabağ sevgisini bilirik. Turistlerin de Qarabağ sevgisini biliriq.

    Fəqət bilmədiyimiz, biz Türklər olaraq Qarabağa olan öz sevgimiz. Biz Türklər olarak Qarabağı necə sevirik?
    Bu suala cavab verəcək bir Türk var?
    Ağrılı, amma həqiqətdir, yuxarıdakı məqalə.
    AZERBAYCAN BAYRAĞINDA MAVİ; TÜRKLÜK, BAĞIMSIZLIK VE GÖĞ'Ü İFADE EDER. MAVİ ÖZGÜRLÜK, MAVİ SONSUZLUKTUR.



    ''UYUYAN MİLLETLER YA ÖLÜR,
    YA DA KÖLE OLARAK UYANIR''

    Gazi Mustafa Kemal ATATÜRK

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş