Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri Kütüm ləvəngi Təzə kütüm - 253 q, qoz ləpəsi - 50 q, baş soğan - 30 q, ərinmiş yağ - 10 q, zoğal axtası - 25 q, kişmiş - 50 q, duz. Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmuş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikilərə doğranır.

Bu konu 8061 kez görüntülendi 8 yorum aldı ...
Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri 8061 Reviews

    Konuyu değerlendir: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 8061 kez incelendi.

  1. #1
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri



    Kütüm ləvəngi
    Təzə kütüm - 253 q, qoz ləpəsi - 50 q, baş soğan - 30 q, ərinmiş yağ - 10 q, zoğal axtası - 25 q, kişmiş - 50 q, duz.

    Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmuş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikilərə doğranır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 8

          Görüntüleme: 8061

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  2. #2
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Balıq dolması
    Balıq əti - 150q, soğan - 10q, üzüm yarpağı - 45q, keşniş - 20q, qatıq -50q, istiot və duz.

    Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  3. #3
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Nərə balığından kabab
    Nərə balığı - 347q, bitki yağı - 5q və ya xama - 10q, baş soğan - 24q, göy soğan - 32q, təzə pomidor - 100q, lumu - 1/5 əd., narşərab - 5q, sumaq - 1q, istiot - 0,1q, duz.

    Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan vəl umu dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  4. #4
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Lənkəransayağı qızardılmış balıq
    Balıq - 248q, buğda unu - 10q, ərinmiş yağ - 25q, baş soğan - 40q, pomidor - 50q, lumu - 10q, cəfəri - 15q, istiot, duz.

    Çapaq balığı təmizlənir, tikələrə doğranır. Balıq tikələrinə istiot və duz vurulur, un içərisində urvalanıb hər iki tərəfi tavada qızardılır. Qızardılmış balıq bir neçə dəqiqə qızdırıcı şkafa qoyulub hazır vəziyyətə çatdırılır. Süfrəyə verilən zaman balıq qızartması boşqaba qoyulub yanına halqavari doğranmış baş soğan, pomidor və lumu dilimləri düzülür, üstünə cəfəri göyərtisi səpilir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  5. #5
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Qızardılmış qızıl balıq
    Qızıl balıq - 248q, buğda unu - 10q, ərinmiş yağ - 25q, baş soğan - 40q və ya göy soğan - 50q, narşərab - 5q, cəfəri - 15q, istiot - 0,1q, duz.

    Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırığı şkafda bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  6. #6
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Öz buğunda bişirilmiş kütüm
    Təzə kütüm - 253q, ərinmiş yağ - 15q, baş soğan - 30q, quru alça - 3q, lavaşana - 5q, keşniş - 15q, istiot - 0,1q, duz.

    Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavşana, su və istiot tökülüb öz buğunda bişirilir..Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir.
    İçi doldurulmuş xəşəm: Məhsulların miqdarı və haırlanması qaydası kütüm ləvəngidə olduğu kimidir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  7. #7
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Təndirdə bişirilmiş Lənkəransayağı Çəki balığı
    Çəki balığı - 25q, baş soğan - 40q, lumu - 15q, cəfəri - 15q, istiot, duz.

    Çəki balığı təmizlənir, istiot və duz vurulub bütöv şəkildə təndirdə bişirilir. Süfrəyə verildikdə yanına dairəvi doğranmış lumu dilimləri və baş soğan qoyulur, cəfəri göyərtisi səpilir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  8. #8
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Təndirdə qızardılmış kütüm
    Kütüm balığı - 250q, pomidor - 50q, xiyar - 50q, baş soğan - 30q, keşniş göyərtisi - 15q, narşərab - 15q, istiot, duz.

    Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təə tərəvə qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir...İçi doldurulmuş çəki balığı
    Xammalların miqdarı və hazxırlanması kütüm ləvəngidə olduğu kimidir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

  9. #9
    AyMaRaLCaN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.08.2008
    Mesajlar
    11.371
    Konular
    5172
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @AyMaRaLCaN

    Standart Cevap: Balıq xörəkləri-Azerbaycan Balık Yemekleri

    Lənkəransayağı suf balığı
    Təzə suf - 350q, buğda unu - 10q, ərinmiş yağ - 35q, baş soğan - 50q, cəfəri - 15q, lumu - 1/5 əd., istiot - 0,1q, duz.

    Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavari doğranmış baş soğan, lumu dilimi qoyulur, üstünə yağ tökülür və göyərti səpilir.
    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş