Ağayev Emil Güləli oğlu Emil Ağayev 11 oktyabr 1938-ci ildə Qazaxıstanın Çimkənd şəhərində ziyalı ailəsində anadan olmuşdur. Publisist, ssenarist, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, «Qızıl qələm » mükafatı laureatı. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Dəvəçi rayonunun Pirəbədil kəndindəki 11 illik orta məktəbdə, sonra Abşeron rayonunun Gilgilçay qəsəbəsindəki 8 illik məktəbdə

Bu konu 986 kez görüntülendi 0 yorum aldı ...
Emil Ağayev 986 Reviews

    Konuyu değerlendir: Emil Ağayev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 986 kez incelendi.

Konu: Emil Ağayev

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Emil Ağayev

    Ağayev Emil Güləli oğlu Emil Ağayev 11 oktyabr 1938-ci ildə Qazaxıstanın Çimkənd şəhərində ziyalı ailəsində anadan olmuşdur.

    Publisist, ssenarist, tərcüməçi, 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, «Qızıl qələm » mükafatı laureatı.

    Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Dəvəçi rayonunun Pirəbədil kəndindəki 11 illik orta məktəbdə, sonra Abşeron rayonunun Gilgilçay qəsəbəsindəki 8 illik məktəbdə müəllimlik etmişdir. 1957-ci ildən mətbuat sahəsində çalışır.

    Azərbaycan Dövlət Universitetinin aztirajlı qəzetində ədəbi işçi, "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində əvvəlcə mədəniyyət, sonra felyeton və oçerk şöbələrinə rəhbərlik etmiş, məsul katibin müavini olmuşdur.

    "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri (1971-1989) və APN (RİA "Novosti") agentliyinin Azərbaycan şöbəsinin müdiri vəzifələrində işləmişdir. "Yurd", "Qütb", "Populyar" jurnallarında (1987-1997), həmçinin Azərbaycan Ali Sovetinin redaksiya-nəşr şöbəsinin baş məsləhətçisi (1994-1995) olmuşdur.

    Hazırda "Kavkaziya" analitik və informasiya agentliyinin (Münhen, AFR) müstəqil məsləhətçisidir. Azərbaycan Yazıçıları İttifaqı nəzdində oçerk və publisistika şurasının sədridir (1988-ci ildən). Sovet yazıçıları nümayəndə heyətinin tərkibində Polşa, Rumıniya, Bolqarıstanda simpozium və görüşlərdə iştirak etmişdir.

    Bədii yaradıcılığında oçerk, esse, publisistik məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatından rus dilinə tərcüməyə xüsusi diqqət yetirir. Onun tərcümə etdiyi ilk hekayə tələbəlik dövründə universitetin "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı qəzetində, ilk məqaləsi isə "Azərbaycan gəncləri" qəzetində çap olunmuşdur.

    Mərkəzi və respublika dövri mətbuatında, almanax və məcmuələrində müntəzəm çıxış edir.

    Onun ssenariləri əsasında bir sıra sənədli, həmçinin tammetrajlı bədii-publisistik "Semya-sem "ya"" (1982), "Ya jivu v Baku" (1985) və bədii "Rıtsari çernoqo ozera" (1984, S.Vəliyevin "Şor Cüllütü" əsəri əsasında) filmləri çəkilmişdir. ""Armyanskiy qenosid": mif i realnost" kitabının xüsusi redaktorudur.

    2009-cu ildə "От Алиевa до Алиевa" kitabı işıq üzü görüb

    Hazırda Turan İnformasiya Agentliyində bir sıra yazıları dərc olunur.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Emil Ağayev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 986


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş