Boz qovurma
Qoyun əti - 163q, ərinmiş yağ - 30q, baş soğan - 50q, zəfəran - 0,1q, keşniş və şüyüd - 15q, duz.
Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir.