Bəxtiyar Xanızadə Bəxtiyar Xanızadə Oqtay oğlu 13 iyulda 1957-də anadan olub. 78-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini bitirib. 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. 1978-ci ildə Gəncə Dövlət Dram teatrında, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında işləyib. 1982-1983-cü illərdə

Bu konu 1298 kez görüntülendi 0 yorum aldı ...
Bəxtiyar Xanızadə 1298 Reviews

    Konuyu değerlendir: Bəxtiyar Xanızadə

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1298 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Bəxtiyar Xanızadə


    Bəxtiyar Xanızadə
    Bəxtiyar Xanızadə Oqtay oğlu 13 iyulda 1957-də anadan olub.
    78-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini bitirib.
    1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib.
    1978-ci ildə Gəncə Dövlət Dram teatrında, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında işləyib.
    1982-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında aktyor, İncəsənət İnstitutunda müəllim işləyib.
    1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə “Səhnə hərəkəti və xoreoqrafiya sənəti” kafedrasının dosenti elmi adı verilmişdir.
    16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbələrə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasın Azərbaycanda “Dəli yığıncağı” adlı ilk Pantomima teatr studiyası yaradıb.xtiyar Xanızadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir.
    O,“Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU - əlbəyaxa döyüş növünün əhəmiyyəti” (1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin müəllifidir.



    “Bayraqdarlar”, “Kvaksafon”, Samurayın ölümü”, “Eşq”, “Zibillik pərvanələri”, “Kölgə adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir.



    2000-ci il 6 mart tarixində “Dəli yığıncağı” Pantomima teatr-studiyasına Dövlət statusu verilmişdir.



    Bəxtiyar Xanızadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomima Teatrında bədii rəhbər vəzifəsində işləyir.



    Bəxtiyar Xanızadə Ə.Atakişiyev “Qərib cinlər diyarında” – (Qərib), O.Mirqasımov “Ovsunçu” – (Rəsul), R.Həsənoğlu “Hüseyn Cavid” – (A.M.Şərifzadə) filmlərində çəkilmişdir.



    O, Ramiz Həsənoğlunun “Fatehlərin divanı”, “Nigarançılıq”, “Dədə-Qorqud” tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir.



    28 oktyabr 2000-ci il tarixində Azərbaycan Respublikasının əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb. 2003-cü ildən Prezident mükafatçısıdır.



    Mənbə:Mədəniyyət və Turizm Nazirliyi


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bəxtiyar Xanızadə

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1298


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş