Adil Əlaəddin oğlu Əfəndiyev 1907-ci il oktyabrın 30-da Axalsix rayonunun Azquri kəndində müəllim ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925-1939-cu illərdə Azərbaycan Dövlət nəşriyyatı "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939-1953-cü illərdə Azərbaycan Radio

Bu konu 1082 kez görüntülendi 0 yorum aldı ...
Adil Əfəndiyev 1082 Reviews

    Konuyu değerlendir: Adil Əfəndiyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1082 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Adil Əfəndiyev

    Adil Əlaəddin oğlu Əfəndiyev 1907-ci il oktyabrın 30-da Axalsix rayonunun Azquri kəndində müəllim ailəsində anadan olmuşdur.

    1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir.
    Əmək fəaliyyətinə hələ tələbə ikən başlamışdır.
    1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925-1939-cu illərdə Azərbaycan Dövlət nəşriyyatı "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır.
    1939-1953-cü illərdə Azərbaycan Radio verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır.
    1954-1964-cü illərdə Azərbaycan Dövlət nəşriyyatı "Azərnəşrin" direktoru vəzifəsində çalışmışdır.
    1964-1972-ci illərdə Azərbaycan SSR Dövlət mətbuat komitəsi sədrinin birinci müavini olmuşdur.
    1972-1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya tarixi institutunda tərcümə bölməsinin müdiri olmuşdur.
    Nizami yubiley komitəsinin məsul katibi və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan sovet ensiklopediyası Baş redaksiyasının üzvü olmuşdur.
    SSRİ Jurnalistlər İttifaqının üzvü, Azərbaycan SSR Jurnalistlər İttifaqının təşkilatçılarından biri və ilk sədri olmuşdur.
    Bir çox bədii, siyasi əsərlərin, o cümlədən Marks, Engels, Lenin, Ömər Xəyyam, Turgenev, Lev Tolstoy, Mark Tven, C. Oldric və başqalarının əsərlərinin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur. A.S. Puşkinin nəsrinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur. ("Belkinin hekayələri" 1929-cu il).

    1920-1930-cu illərdə Adil Nəcdət təxəllüsü altında mətbuatda şerlər dərc etdirmişdir. 1925-ci ildən "Qızıl qələmlər" ittifaqının katiblərindən biri, 1927-ci ildən isə Azərbaycan proletar yazıçılar cəmiyyətinin üzvü olmuşdur. Onun "Muzeydə" şeri 4-cü sinif üçün dərslik kitabına daxil edilmişdir.
    1940-1946-cı illərdə rusça-azərbaycanca dörd və 1956-1959-cu illərdə iki cildlik lüğətlərin tərtibçisi və redaktoru olmuşdur. 1930-cu ildə nəşr olunmuş "Azərbaycan türk xalq ləhcələri lüğətinin" yaranmasında iştirak etmişdir.
    Tərcümə işinin elmi əsasları və prinsipləri sahəsində elmi mə’ruzələr və məqalələr dərc etdirmişdir.
    Bakı Sovetinin 2-ci, 4-cü, 5-ci, 6-cı, 8-ci və 9-cu çağırış deputatı seçilmişdir. "Şərəf Nişanı" ordeni, 4 medalla, Azərbaycan SSR Rəyasət hey’ətinin fəxri fərmanları ilə təltif olunmuşdur.
    "SSRİ mədəniyyət əlaçısı", "SSRİ mətbuat əlaçısı" və "Azərbaycan SSR xalq maarifi əlaçısı" adlarına layiq görülmüşdür.
    "Azərbaycan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adını ilk alanlardan biri olmuşdur.
    1973-cü ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri xiyabanda dəfn edilmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Adil Əfəndiyev

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1082


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş