Arzu Əli qızı Həsənli (Arzu Soltan)1971-ci il fevralın 2-də Bakıda anadan olub. – ixtisasca jurnalistdir. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. “İnşaatçı”, “Ordu”, “Azadlıq” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu uldə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin

Bu konu 1035 kez görüntülendi 0 yorum aldı ...
Arzu Soltan 1035 Reviews

    Konuyu değerlendir: Arzu Soltan

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1035 kez incelendi.

Konu: Arzu Soltan

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Arzu Soltan

    Arzu Əli qızı Həsənli (Arzu Soltan)1971-ci il fevralın 2-də Bakıda anadan olub. – ixtisasca jurnalistdir. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib.

    1988-ci ildən Azərbaycan mətbuatında çalışır. “İnşaatçı”, “Ordu”, “Azadlıq” qəzetlərində və “Olaylar” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib.

    1989-cu uldə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib.

    1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub.

    2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-da, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub.

    Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanında, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub.
    “Azərbaycanda qadın mətbuatı” adlı tədqiqat işi, “Cənubi Qafqazda gender situasiyası” mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.

    “Körpəm” Eksperimental Uşaq Teatrınada və Bakı Uşaq Teatrında ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. 1990-cı ildən indiyə kimi bu teatrlarda 20-yə yaxın pyesi səhnələşdirilib. Onlardan ikisi 2003-cü ildə Bakıda keçirilmiş Uşaq tamaşaları Festivalının diplomuna layiq görülüb.

    Bir sıra televiziya verilişlərinin və uşaq filmlərinin ssenari müəllifi , eyni zamanda ABŞ-ın Save the Children təşkilatının layihəsi əsasında hazırlanmış “Quşcuğazın hekayətləri” uşaq verilişinin ssenari müəlliflərindən biridir.

    Hazırda Bakı Uşaq Teatrının repertuarında olan narkomaniya və QİÇS mövzusuna həsr olunmuş “Xaşxaşın göz yaşı” tamaşası QİÇS-lə mübarizədə ən yaxşı fəaliyyət kimi Sağlamlıq Hüquqları Klinikasının keçirdiyi müsabiqənin qalibi olub.

    Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən və əsasən uşaq hüquqları sahəsində layihələr həyata keçirən FORUMCLUBun rəhbəridir.

    2005-ci ildə uşaq hüquqlarına həsr olunmuş “Baş rolda hüquqlarımız” kitabı işıq üzü görüb.

    2006-cı ildə “DIPLOMAT KÖRPƏM” uşaq jurnalını təsis edib. Həmin jurnalın baş redaktorudur.

    Müstəqil jurnalist kimi müxtəlif mətbuat orqanlarında çıxış edir.
    Avrasiya Fondu, Avstriyanın Intercultural Centre, Litvanın the Association for non-formal Education təşkilatlarının gənc jurnalistlər üçün nəzərdə tutulan “Cənubi Qafqaz Avropanın bir hissəsidir” (2007-2010) layihəsində təlimçi-ekspert kimi çalışır.
    EITI Azerbaijan MSŞA İctimai Birliklər Koalisiyasının üzvüdür.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Arzu Soltan

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1035


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş