Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncədə doğulmuşdur. SSRİ xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı. 1931-ci ildə Bakı teatr texnikumunu, 1936-cı ildə Moskva Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir. 1932-36-cı illərdə A. İsgəndərov oxumaqla bərabər, E. Vaxtanqov adına Moskva Teatrında rejissorluq təcrübəsində olmuşdur. 1936-60-cı illərdə A. İsgəndərov Azərbaycan Dövlət Dram Teatrında rejissor, baş rejissor və direktor olmuşdur.

Bu konu 1254 kez görüntülendi 0 yorum aldı ...
Adil İsgəndərov 1254 Reviews

    Konuyu değerlendir: Adil İsgəndərov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1254 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Adil İsgəndərov

    Adil Rza oğlu İsgəndərov 1910-cu ildə Gəncədə doğulmuşdur.

    SSRİ xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı.

    1931-ci ildə Bakı teatr texnikumunu, 1936-cı ildə Moskva Dövlət Teatr İncəsənəti İnstitutunu bitirmişdir.

    1932-36-cı illərdə A. İsgəndərov oxumaqla bərabər, E. Vaxtanqov
    adına Moskva Teatrında rejissorluq təcrübəsində olmuşdur.

    1936-60-cı illərdə A. İsgəndərov Azərbaycan Dövlət Dram Teatrında rejissor, baş rejissor və direktor olmuşdur.

    1966-74-cü illərdə Bakı Kinostudiyasının direktoru olmuşdur.

    A. İsgəndərovun ilk quruluş verdiyi A. Korneyçukun "Platon Kreçet" və M. İbrahimovun "Həyat" pyesi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Azərbaycan Dövlət Dram Teatrında işlədiyi 25 il ərzində S. Vurğunun "Fərhad və Şirin", "Vaqif", C. Cabbarlının "Aydın", "1905-ci ildə", M. S. Ordubadinin "Dumanlı Təbriz", Ə. Məmmədxanlının "Şərqin səhəri", V. Şekspirin "Otello", M. Hüseynin "Cavanşir" və başqa əsərlərə quruluş vermişdir.

    A. İsgəndərovun teatrda S.Vurğunun "Vaqif" dramına verdiyi quruluş yaradıcılığının zirvəsi olmuşdur. A. İsgəndərov Azərbaycan opera və balet teatrında və Rus dram teatrında da əsərlər tamaşaya qoymuşdur.

    A. İsgəndərovun aktyor kimi kinoda da xidmətləri böyükdür. "Qara daşlar", "Uzaq sahillərdə", "Məhəbbət dastanı", "Romeo mənim qonşumdur", "Dərviş Parisi partladır", "Məhəbbətim mənim, kədərim mənim" filmlərində yaddaqalan obrazlar yaratmışdır. Quruluşçu rejissor kimi, "Əhməd haradadır" filmini çəkmişdir.

    A. İsgəndərov 1937-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləmiş, professor olmuşdur.

    Adil İsgəndərov dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur.

    1978-ci ildə Bakıda vəfat etmişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Adil İsgəndərov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1254


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş