Kullanıcı Tag Listesi

http://voices.musigi-dunya.az/images/title1.gif http://voices.musigi-dunya.az/images/title2.gif

Bu konu 795 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycan tarixinin Canli Sesleri 795 Reviews

    Konuyu değerlendir: Azerbaycan tarixinin Canli Sesleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 795 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.684
    Beğendikleri
    13
    Beğenileri
    76
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Azerbaycan tarixinin Canli Sesleri



    Vətəndaş cəmiyyətinin təşəkkülündə milli qeyri-maddi irs bir sıra tərkib hissələrini özündə cəmləşdirir. Onlardan biri də səs yazıları irsinin qorunmasından ibarətdir. Bura ədəbi, fəlsəfi irslə yanaşı, muzey və arxiv informasiyaları, fundamental sorğu məlumatları və digər informasiyalar daxildir. Bütün bunlar milli informasiya resurslarının mühüm bir hissəsidir. Mədəni-tarixi informasiyalar milli ənənələrlə və tarixi yaddaşla qırılmaz surətdə bağlıdır; bütün ölkə ərazisində bu infomasiyalardan sərbəst şəkildə istifadə olunması cəmiyyətin üzvi inkişafına xidmət edərək, milli şüurun vəhdətini təmin edir.
    XX əsrdə yaşamış Azərbaycanın ictimai xadimlərinin canlı səsləri məhz zamanın sınağından çıxmış Yaddaşdır. Bu, keçmişin yaddaşıdır və bunsuz gələcək yoxdur. Onlar dinləyicini dövrün tarixi reallıqları ilə tanış edir, qarşılıqlı anlaşmaya, dialoqa və tolerantlığa yollar açır.

    Layihənin əsas məqsədi ondan ibarətdir ki, hər bir insanın əlaqə vasitələrindən istifadə etməsi üçün lazımı şərait yaradılsın, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və onu yaymaq azadlığı və öz əqidəsini qorumaq imkanı əldə edilsin. Səs irsi Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir: fonosənədlərin təsviri, qorunması, saxlanılması, öyrənilməsi və istifadəsi problemlərinin həllini maddi və qeyri-maddi mədəniyyətin digər növləri üzrə uyğun prodlemlərin həlli ilə uzlaşdırmaq zəruridir.
    Azərbaycanın səs irsi dünyanın ictimai-mülki irsinin ayrılmaz hissəsidir. Azərbaycanın fonoirsi ilə bağlı problemlərin kompleks həlli yeni audio-, informasiya kommunikasiya texnologiyalarından kənarda mümkün deyil; bu irsin qorunub saxlanılması və bərpası, öyrənilməsi və ondan icazəli surətdə istifadə edilməsi üçün bu texnologiyaların rolu böyükdür.

    Azərbaycanda vətəndaş cəmiyyətinin yaranması tarixi ilə bağlı olan vahid səsli tarixi sənədlər fondunun yaradılması; uzaq məsafədə yeni informasiya və kommunikasiya texnologiyalarından (şəbəkə, rəqəmsal sıxlıq, məlumatların real zamanda ötürülməsi və s.) bu cür biliklərə yiyələnmək arzusunda olan hər bir insanın istifadə etməsi üçün şəraitin yaradılması vacibdir.
    Layihənin strateji məqsədi gələcəkdə həllini tələb edən bütün anlayışlarla bağlı məsələləri nəzərdə tutur; belə anlayışlar sırasına «tarixi şəxsiyyət», «tarixi bilik», «intellektual mədəniyyət», «tarixi yaddaş fenomeni» kimi anlayışlar daxildir. O cümlədən, sonuncu anlayış dövrün tarixi hadisələrini nəzərdə tutan ictimai fərdin yaddaşını, fərdi və kollektiv şüurun qarşılıqlı münasibətini, şəxsin, qrupun, milli mənsubiyyətin – ümumilikdə vətəndaş cəmiyyətinin formalaşmasında onların rolunu ehtiva edir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycan tarixinin Canli Sesleri

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 795


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş