Kullanıcı Tag Listesi

Mən də bir vaxt adam idim, Danışırdım haqdan baxdan. Bir gün gördüm adamları, Gördüm, çıxdım adamlıqdan. I İmtina Mən bunları Bakıdan çox-çox uzaqlarda - göy üzünün yerə çox yaxın olduğu bir yerdən, çılpaq ağacların adamlara oxşayan zamanından, ulduzların qopub üstümə töküləcəyi bir gecədən yazıram. Anlamaq və anlatmaq istədiyim bar şeylər öldürür məni.

Bu konu 1469 kez görüntülendi 1 yorum aldı ...
Allahlar olan yerde Allah olmur 1469 Reviews

    Konuyu değerlendir: Allahlar olan yerde Allah olmur

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1469 kez incelendi.

  1. #1
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    25.10.08
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    462
    @Yaver ARANCI

    Yeni Allahlar olan yerde Allah olmur

    Mən də bir vaxt adam idim,
    Danışırdım haqdan baxdan.
    Bir gün gördüm adamları,
    Gördüm, çıxdım adamlıqdan.

    I

    İmtina

    Mən bunları Bakıdan çox-çox uzaqlarda - göy üzünün yerə çox yaxın olduğu bir yerdən, çılpaq ağacların adamlara oxşayan zamanından, ulduzların qopub üstümə töküləcəyi bir gecədən yazıram. Anlamaq və anlatmaq istədiyim bar şeylər öldürür məni.
    \"Dünyada hər şey can atmalardan ibarətdir” deyən bir adamın günlərin bir günü bu fikirdən imtina etməyi gülməli görünə bilər. Heç nəyə can atmadan yaşamaq. Sənin olan şeylərlə kifayətlənmək. Ola bilən hər şeyə sevinmək, və qəbul etmək ... Axı onları allah göndərir.


    II

    Xatırlatma

    Dənizə baxıram ləpələri içimi döyür. Soyuqdu ... Düz 35 il bundan əvvəl, elə bu ayda uçurumun kənarında dİzlərimi qucaqlayıb göy üzünə baxmağımı xatırladım. O uçurum, o göy üzü və o uçurumun və göy üzünün 10 yaşındakı uşağını nə cür unutmuşam, allah! Sən demə o uşaq içimdə gizlənibmiş. Sən demə biz heç vaxt bir-birimizi unutmamışıq. Bəlkə o məni dəfn eləməyə gəlib. O uşağa nə cür əzab çəkdiyimi danışmaq istəyirəm. O uşağa \"Qaragiləni\", Codo Seninin \"lüksemburq bağı\"nı dinlətmək istəyirəm. Onun gözlərindəki kədər öldürür məni.
    Gəmidən dənizə düşən işıqda suların üstündə Ezra Paundanın iki kəlmə sözü mənə doğru üzür: \"Ölmək istəyirəm\". İndi bu sözlərdən əziz heç nə yoxdur mənimçün. Və mənə elə gəlir ki, adamlar ölümü qorxmaq üçün uydurublar.

    III

    Yenilmək qorxusu

    Fran Kafkanın məşhur bar ifadəsi var \"Mən Frans Kaika kimi yalqızam\", Bu nədi? İnsan əzabmın son həddi mi, yoxsa ki, yaşamaq arzusu. Yaşamaq arzusu Kafkaya yaddı. Bəs bu hönkürən (əslində pıçıldayan) sözlərin mənası nədi görəsən? Əgər yer üzündə bu yalnızlığın nə olduğunu Ən azı bir Adam anlaya bilirsə, yaşamaq mümkündü. Mənə elə gəlir ki, Kafkanı olduğu kimi heç kim anlamayıb. Mən bütün bunları bilə-bilə \"nəyisə\" (bu \"nəyisə\" mənim üçün elə hər şeydi) özümə aydınlaşdıra bilmirəm.
    Bu cür yenilmək, təslim olmaq yazıqlaşmaq... Dəyərmi? Bu sualı özümə verməyə belə qorxuram. Hönkürmək istəyirəm. Ancaq yox! Bu olmayacaq! Sənə oxşayıram, tanrım, sənə. İçimdə hirs və hikkə adına heç nə yoxdu.

    Yenildim, bitdim, tükəndim,
    Həsrət demə naşı deyil.
    Başımı vurduğum daşlar,
    Demə məhək daşı deyil.

    Başımı vurduğum daşın məhək daşı olmadığım bilə-bilə başımı daşlara vurmağım dəlilikdi əslində.

    IV

    Azadlıq

    \"Çörək\" və \"Azadlıq\". Bu iki bir birinə çox bənzəyən və çox fərqli sözləri bir yerdə fikirləşmək haradan gəldi ağlıma? Sözlərdə adamlar kimidi, yazığı var, dalaşqanı var, hönkürəni, güləni var. Deyilməmiş nə vaxtsa deyiləcək və yaxud da nə vaxtsa deyilmiş sirli sözlərdə var. \"Çörək\" və \"Azadlıq\" sözü yanaşı səslənəndə sirli görünür mənə. Çünki bu məmləkətdə azadlığı olanın çörəyi, çörəyi olanın azadlığı yoxdu. Ruhu azad olan adamın çörəyi aslan ağzında, çörəyi olan adamın azadlığı cəhənnəm mələklərinin atəşlər içində çırpınan qanadlarındadır. Cəhənnəmə girib onu almağa hər adamın cürəti çatmaz. \"Azərbaycan ortada qalmış bir ana tabutudur” demişdim bir zamanlar. Onu \"Çörək\" və \"Azadlıq\" adlı məzara endirmək, çörək və azadlıq sözünü adiləşdirmək, sirr olmaqdan qurtarmaq, oturduğum kiçik hücrədən pəncərəmi taybatay aynlıqlara, sonrasızlıqlara, uzaqlara açmaqdan gözəl şey bilmirəm dünyada.
    Sonda uzaq bir kənddə sığınmağa kötüyü olanın azadlığını ayağının altına qoyub çörəyə can atmasına inanmadım heç vaxt.
    Çörək və azadlıq sözündən daha çox sirli bir söz bilirəm. Dünya məndə çırpmır mən o sözün içində.

    V

    Sevda sevgi deyil

    Sevgi sevda deyil məncə. Günahdı bəlkə də söyləyəcəklərim. Mənim sevdam, allaha olan sevgimdən böyük olub həmişə. Mən allahdan daha çox allahın ağappaq qanadlarıynan qapımı döyən mələklərini sevdim. Bağışla tanrım, bağışla əfv elə. Sənə olan bu sevgimdən yuxan bu qara sevdanı sən verdin mənə. Mən dəli kimi sevdim, məni dəli kimi sevən olmadı. \"Mən bu yaşda gözlərimə ağlamağı öyrətdim\". Gözlərim bağışlasın məni. Mən diz çökməyi öyrətdim dizlərimə. Məni dizlərim bağışlasın. Yalnızlığımdan çıxdım, tənhalığımdan uzaqlaşdım. Yazdım ki:

    Yalnızlığım tənhalığım,
    səndən qopan qərib səsəm,
    Yarpağından əvvəl ölən
    bir ağacam, kölgəmə bax.
    Ruhum mənim, ölümümdən
    bir an əvvəl çiçəkləsəm,
    Ölümümə səndən özgə
    bir inanan olmayacaq.

    Qoy yalnızlığımdan qopan o səs, yarpağından əvvəl ölən o ağac məni bağışlasın.
    Yer üzündə allahın yazdığı qəza-qədərdən qaçıb sığınmağa bar yer yoxdusa, allah sevgisinə inanmıram mən. Allaha olan sevgi bəndələrİn bir-birinə olan sevdasının üstündə bərqərar olur. Sevda yoxdusa sevgi də yoxdu.
    Allah sevgisi Adı ilə bəndələrin özlərini aldatmaqları riyakarlıqdan başqa bir şey deyil.
    Sınan aynada görünən əksim kimidi ömrüm mənim. Bütöv ömrünü aynalara xərcləyən qız kimidi sevən kişi. Sonunda nə qazanar ayrılıqdan başqa?
    Bəndələrinin bir-birinə olan sevgisinin öldüyü bir məmləkətdə allah sevgisindən danışmaq gülüncdü əslində.

    Niyə belə gücsüzsən, tanrım!

    Bitdim, yoruldum, tanrım,
    Səndən şeytan arası .
    Önümdə durub artıq
    Şeytanın arabası.

    Getməliyəm onunla,
    Qala bilmərəm daha.
    Ya ona enməliyəm,
    Ya da gücsüz allaha.

    Dur bax pəncərədən,
    Dəniz yanır, yanır bax.
    Mən şeytanla gedirəm,
    Hər şey sizə qalacaq.

    Məni şeytan arabasına minməyə zorlayan nə varsa sevda deyilən bir şeyin yanında heç nədi. Allah qorxusu var allah sevgisi yoxdu bu məmləkətdə. Ancaq allah qorxuda yox, sevgidə yaşayır. Sən sənə olan sevgi ilə qorxunu barışdır tanrım. Barışıqdan gözəl nə var dünyada.

    VI

    Böyük Allah

    Mənim bildiyim və tanıdığım allah bu gün gücsüz və yorğundu. Allah gücsüz və yorğundursa, üz tutmağa bir kimsə, getməyə bir yer yoxdu daha:

    Yer tapmaram çıxam, gedəm,
    Dönüb baxmaz bircə Adam.
    Baxar təkcə o cəhənnəm
    Mələkləri oğrun-oğrun.

    Tanrı yorğun bəndə bitmiş,
    Ölüm gəlib məndə bitmiş,
    Mələklər də çıxıb getmiş,
    Tanrı duymaz ha bağırım.

    Bu məmləkət allahlarla doludu. Bu millətin allahı yoxdu, zalım dostlar. Çünki allahlar olan yerdə allah olmur.

    VII

    Son ümid

    Sən məni eşidirsənmi, zalım Adam. Heç olmasa mənə bar ümid ver. Heç olmasa bir xəbər yolla! Allah öldü kimsəsizəm daha.

    Bir məktub yaz son dəfə,
    Son dəfə bir məktub yaz.
    Yaz ruhum mənim, məni
    Dəliyə çevirdi, yaz.

    Son dəfə bir məktub yaz,
    Saxla bar eşqin yasın.
    Lap öləndən sonra yaz,
    Gəlib mənə çatmasın.

    Allahı gücsüz olan bəndənin, gözü iblisin bərbəzəkli arabasında olar həmişə.

    Və son

    Dekabrın 9-u. Novxanıda dənizin sahilində qar üzümə sovrulur. Üzümü dənizə tutub sənin adına gücsüz allaha dua oxuyuram.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Allahlar olan yerde Allah olmur

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Yaver ARANCI

          Cevaplar: 1

          Görüntüleme: 1469


  2. #2
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    25.10.08
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    462
    @Yaver ARANCI

    Standart Cehennemi cennetinden gözel allah

    Kimsə yoxmu?

    Bu şəhərdə kimsə yox,
    Yoxdu, nöqtə və nida...
    Deyim \"salam\" qalıram,
    Deyim \"sağ ol\", \"əlvida\",

    Min ildi, milyon ildi, düşünə bilən adamların cavabını axtardığı bir sualın quluyam mən. Haradan gəldiyimiz bəlli deyilsə, hara gedəcəyimiz bəlli deyilsə, yer üzü görüş yeri olmaqdan başqa bir şey deyil məncə. Gəldiyimiz və gedəcəyimiz yer sirlidir, sirr içindədir. Bu məlum. Bəs daşma, çiçəyinə, ağacına, suyuna toxuna bildiyimiz bu yer üzü, bu görüş yeri?
    Mən bütün ruhumla, içimlə (ağılın buna dəxili yoxdu) bir şeyi dəqiq bilirəm ki, adamlar Ölümü qorxmaq üçün uydurublar. Və Ölümün bu yer üzünə, bu görüş yerinə heç bir dəxili yoxdu. Ölüm gəldiyimiz və gedəcəyimiz yerin sonrasızlıq adlı davamıdır.
    Yer üzündə üstü açılmayan yalanı həqiqət kimi gözə soxmaqdan böyük riyakarlıq yoxdur. Allah sevgisi - adamların uydurduğu, uydurub sonradan tapındığı ən böyük yalandı. Üstü açılmayan bir yalandı. Dünyanın ən möhtəşəm, ovsunlu, sirli yalanı, yəni ən böyük riyakarlığı.
    Adamlar ömrü itirmək qorxusundan ölümü, ölümdən qorxduqları üçün allahı uydurublar. Biz füsunkar və möhtəşəm bir yalanın içində yaşayırıq.
    Ancaq bir şey də var. Olmayan bir şeyi uydurmaq mümkün deyil məncə.
    Mən hər gecə üzümü göy üzünə (niyə məhz göy üzünə? Bu başqa söhbətin mövzusudur) tutub pıçıltıyla soruşuram. Kimsə yoxmu?
    Nə gecənin qaranlığı, nə soyuq ulduzlar, nə də qardaşsız qız kimi yazıq-yazıq boylanan ay cavab verir.

    Ön qaranlıq, son qaranlıq,
    Görün, tanrım, bircə anlıq.
    Görün, sirli pərdəni yıx,
    Bilim, görüm səndə nə var.

    Varsanmı, yoxsanmı, tanrım? Yoxsansa yoxsan. Dadlı, şirin bir aldanış. Dərd deyil. Varsansa, haradasan? Varsansa; demək:

    Sən əvvəlsən, sən axırsan,
    Zamansan, vaxtsan, axırsan...
    Hər yerdən mənə baxırsan,
    Qoy mən də bir yol görüm səni.

    Ölmüsənmi, itmisənmi, yorğunmu düşmüsən, tanrım. Sən elə indi, sən elə bu an yaratdığın bəndənə görünməyə borclusan. Bir yanlışınmı var görünməyə qorxursan? Mən sənin adına üz tutub min ildi, milyon ildi gah pıçıldaya-pıçıldaya, gah da hönkürə-hönkürə:

    Ah çəkirəm, bu ah yalan,
    Dünən ölüb, sabah yalan.
    Allah dedim, allah yalan
    Yalanla hər şey bitəcək - deyirəm.

    Peyğəmbərlərinin dili ilə anlatdığın qiyamətə çox var hələ. Sən mütləqa görsənməlisən. Əzab çəkdiyi anda bəndəsinə görsənməyən, onunla bir yerdə olmayan allahın var və yox olmasının həmin bəndəyə dəxili yoxdu.
    Bizim sevdiyimiz allah yoxdu, bizim qorxduğumuz allah var. Və qorxuda yaşayan nə varsa, onun ömrü qorxunun ömrü boydadır.
    Riyakarlıq və qorxu arasındakı bəndədən fərqli olaraq yaşayan bir bəndə də var. Və o deyir ki:

    Haqq qapısın açıb girəm,
    Təmizlənəm birəm-birəm.
    Tanrı olmaq istəyirəm,
    Görən tanrı qoyarmı heç.

    Və Tanrı tanrı olmaq istəyən bəndəsini tanrı olmağa qoymaz.
    Allah olmaq istəməyən bəndənin allah sevgisi riyakarlıqdan başqa bir şey deyil. Allah sevgisi üstü açılmayan yalandı. Və üstü açılmayan yalan ən böyük riyakarlıqdı.

    İnsanın insana sevgisindən böyük sevgi yoxdu.
    Siz ey əbədiyyətin adsız bəndələri. Eşidirsinizmi məni. Kimsə yoxmu?
    Sən də iman gətirdiyim, tanıdığım adam:

    Qaldır yerə düşən andı,
    Dur, adıma bir şam yandır.
    Mənim haram müsəlmandır,
    Mənə tövbə olmaz daha.

    Cənnətin və cəhənnəmin də sənə oxşayır, allahım.
    Cənnət! - İlahi və əbədi rahatlıq adında bir uydurma. Varsa belə nəyə deyər? Axı orda canatma adlı heç nə yoxdu. Canatma olmayan yerdə əbədi rahatlıq belə aldadıcı və yorucu bir şeydi.
    Cəhənnəm! - İçimizdə cəhənnəmi belə yandıracaq bir atəş varsa bəndələrini cəhənnəm qorxusu ilə aldatmağa nə hacət
    Cəhənnəmində od və atəşin əzabından qurtarmaq istəyi, yəni can atma var.
    Cəhənnəmi cənnətindən gözəl allah, haradasan?

    Cənnət və Cəhənnəm,
    Bilsən, biri mən, biri sən.
    Mən burda, sən orda gözəlsən
    Bizi bir yerə qoymazlar.

    Səni axtara-axtara nəyə çevrildim, tanrım!

    Nəyəm? Cənnətdən atəş,
    Cəhənnəmdən bir az su...
    Bir də ölümə bənzər,
    Bir yalnızlıq duyğusu.

    Yalnızlıq duyğusu doğuracaq allah axtarışı dəlilikdi əslində. Ey, kimsə yoxmu ?

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş