Kullanıcı Tag Listesi

I MƏKTUB Mən də bir vaxt adam idim, Danışırdım bəxtdən, haqdan. Bir gün gördüm adamları Gördüm, çıxdım adamlıqdan. Əzizim Orxan! Mən sənin atan - yuxularında qurd doğan, div səbrinin üstündə ilan yatan, min ildi ki, çörəyi daşdan çıxan bir kişi həyatın nə qədər boş və mənasız, dəyərsiz olduğunu bilə-bilə onu mənalandırmağa və dəyərləndirməyə can atdım. Bu lüzumsuz, sonu olmayan canatmalar yordu məni. Əslində biz bir insan olaraq bu boş, mənasız həyatı dəyərləndirməyə gəldik. Bu

Bu konu 1487 kez görüntülendi 0 yorum aldı ...
son bahardan oğluma mektublar 1487 Reviews

    Konuyu değerlendir: son bahardan oğluma mektublar

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1487 kez incelendi.

  1. #1
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    25.10.08
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    461
    @Yaver ARANCI

    Red face son bahardan oğluma mektublar

    I MƏKTUB

    Mən də bir vaxt adam idim,
    Danışırdım bəxtdən, haqdan.
    Bir gün gördüm adamları
    Gördüm, çıxdım adamlıqdan.

    Əzizim Orxan! Mən sənin atan - yuxularında qurd doğan, div səbrinin üstündə ilan yatan, min ildi ki, çörəyi daşdan çıxan bir kişi həyatın nə qədər boş və mənasız, dəyərsiz olduğunu bilə-bilə onu mənalandırmağa və dəyərləndirməyə can atdım. Bu lüzumsuz, sonu olmayan canatmalar yordu məni.
    Əslində biz bir insan olaraq bu boş, mənasız həyatı dəyərləndirməyə gəldik. Bu boyda əzab və iztirab, tənhalıq və yalnızlıq bahasına başa gələn (gəldiyinə də heç inanmıram) dəyərləndirmə kimə lazımdı axı?
    Bu baş tutmayan canatmalar, bu arzu və imkan arasındakı uçurum, günaha batmadan əldə olunması mümkün olmayan ucalıq və bunların gətirdiyi hüzn və kədər sonda nə verəcək bizə?
    Yalnızlıq və tənhalıqdan başqa heç nə. Özü də yarımçıq bir tənhalıq, yarımçıq bir yalnızlıq. Bunları yazmağın özü belə nəyəsə canatmaqdı. Canatma olan yerdə yalnızlıq yoxdu. Çünki sən özün demişdin ki, \"paylaşılan yalnızlıq yalnızlıq deyil\".
    İndi son baharın başladığı bİr yerdəyəm. Sənin hələ bilmədiyin bir yerdə!
    Son baharın başladığı bir yerdən ilk baharını yaşayan 17 yaş bir uşağa üz tutmağın hüzn və kədəri var içimdə.
    Bu hüzn və kədərin nə olduğunu uzun illərdən sonra 43 yaşında son baharda bağ evimizdəki yarpaqlarını tökməyə başlamış bir ağaca söykənib getməyə yerin, açmağa qapın, pıçıldamağa adamın olmayanda anlayacaqsan.

    Orxanım, oğlum,
    bircə balam,
    Bu vətən torpağında
    Məndən sonra duracaq
    Bürcüm, qalam.
    Mən-senin atan...
    Yuxularında qurd doğan
    Div səbrinin üstündə ilan yatan bir kişi.
    Və bu kişinin min ildi
    Daşdan çıxır hər işi.
    Min ildi ki, bu kişi
    Heç bİr şeydən yaramır.
    Nə vaxtdır ki, bu kişi
    \"Bütövlük\" sözünü bayraq eyləyib
    üstünə yazıbdı diləklərini;
    bir sirli, sevdalı Vətən istəyir
    Yolunu kəsirlər,
    \"Vətən\" deyəndə,
    qılınc götürəndən biləklərini.
    Beləcə Orxanım, əllərim yalın,
    Əynimdə Beyrəyin qanlı köynəyi.
    Beləcə min ildİ kəsilən qolum,
    Beləcə min ildi yaram göynəyir.
    Bu ağrı içində səni gözlədim,
    Sıra nəfərisən,
    Hər necə olsa.
    Səni də mən yaşda ölüm gözləyir,
    Gücün istəyindən balaca olsa.
    Mənim Orxan balam, daha bu yurdun
    Döyüşə açılan sabahlarına,
    Ovunmaz, kiriməz ayrılıqların,
    Səbrindən doğulan günahlarına
    Mənə oğulsansa, oğulsansa sən,
    Atantək üz tutub yeriməlisən.
    ... İçimdə dağ boyda kədərim durur,
    Nə qədər desəm də boşalmayacaq.
    Hamı öz payına övlad istədi,
    Mən əsgər istədim Tanrıdan ancaq.

    \"Paylaşılan yalnızlıq yalnızlıq deyil\".

    II MƏKTUB

    Sürətlə gedən qatardaymış kimiyəm, oğlum! Nə vaxt mindim bu qatara, bilmirəm. Öz xoşumla bu qatara minməyim ağlabatan deyil. Zor gücünə də məni bu qatara kimsə mindirə bilməz, çünki sən atanı tanıyırsan.
    Ancaq fakt budu ki, mən istəmədiyim sürətlə gedən o qatarın içindəyəm. Bu qatardan düşmək istəyim intihara bərabərdi.
    Əzizim Orxan! Hərdən heç olmasa dayanacaqlarda düşüb nəfəsimi dərmək, niyə bu qatarda olduğumu düşünmək istəyirəm.
    Bu qatarın dayanacağı yoxdu oğlum! Düşməksə intihara bərabərdi.
    Oğlum! Yosun qoxusunun hüzurunu duymayan balıq kimiyəm.
    Başında cəhənnəmə od vurub yandırmaq istəyi dolaşan bir dəli kimiyəm, oğlum!
    Mənim son baharımdan sənin ilk baharına düşən kölgənin gətirəcəyi soyuqluq üşüdür məni. Ancaq sən son baharın ayrılıq, hüzn və kədər gətirən küləklərini mütləq duymalısan!
    Bu gün üstündə gəzdiyim, sabah üstümüzdə olacaq torpağın (min illərdi adi torpaq olmaqdan çıxıb Vətən olan torpağın), məmləkətin yox olmaq acısı, dərdi üzür məni.
    Başımın üstündə tanrıdan yuxarı kimsənin olmadığını bilirsən. Padşah da, ona asi olan müxalİfət də eynimdə deyil.
    Mən müharibə istəmirəm. Mən savaş istəyirəm. Sülh gətirəcək bir savaş. Elə bir savaş ki, ilk əsgəri sən olacaqsan.
    Üstümüzdəki bu namus ləkəsini silmək istəyirsənmi, oğlum? İçİndə bu istək varsa, bu qatara minməməlisən. Çünki bu qatarın namus, ləyaqət, şərəf, Vətən adlı dayanacaqları yoxdu.
    Hamıyla yol getmək əzabından qurtarmaq üçün bu üfunət iyi verən qatardan düşmək istəyirəm.
    Düşmək intihara bərabərdi, oğlum!
    Son baharın başladığı bir yerdəyəm.
    Sözlərimə külək əsir, sözlərimə yağış yağır.
    Üşüyürsənmi, oğlum?


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: son bahardan oğluma mektublar

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Yaver ARANCI

          Cevaplar: 0

          Görüntüleme: 1487


Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş