Dadlı şirniyyat Kəsmikli kətə resepti - Kesmikli kete resepti.
Xəmir üçün:
200 qram kərə yağı
1/2 çay qaşığı soda
1/2 xörək qaşığı qatıq və ya xama
2 stəkan un
1/2 stəkan şəkər tozu
İç üçün:
400 qram kəsmik
1 stəkan şəkər tozu
2 yumurta
bir çimdik vanil
Hazırlanma qaydası:
Kərə yağını sürtkəcdən keçirib, üzərinə soda ilə qarışdırılmış qatıq və yaxud xamanı əlavə edin. Daha sonra şəkər tozu və unu üzərinə töküb, qarışdıraraq, xəmir yoğurun.
İç hazırlamaq üçün:
Boşqaba kəsmik, şəkər tozu, yumurta və bir çimdik vanili töküb, qarışdırın.
Xəmiri iki hissəyə bölün. Bir hissəni nazik yayıb, yağlanmış forma qabın içinə qoyun. Üzərinə kəsmikli içi səpin. Sonra qalan xəmiri kəsmikli için üzərinə töküb, bərabər şəkildə yayın.
Kəsmikli kətəni 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.
Bişmiş kətəni sobadan çıxardıb, soyumaq üçün kənara qoyun.
Nuş olsun!