Gedən Gəlməz, Gələn Gedər… -Heç bir yaş, ölümü düşünmək üçün tez deyil… Bir gül yarpağı kimi, min bir müəmma ilə örtülü kainat kitabında, bir sətirlik ömürü olan hər canlının, digər bir ifadəylə hər gələnin gedib, hər gedənin də gəlməmək üzrə ardından buraxdığı mesaj, üç hecalıq bir “əl-vi-da”dır… Bəli “Gecə-gündüz dönməsində hər dost vida edər”. İndiyə qədər bu sondan heç bir kimsə özünü qurtara bilməmişdir. Bədiüzzamanın ifadəsiylə: “Necəki insan kiçik bir aləmdir; yıxılmaqdan xilas

Bu konu 1561 kez görüntülendi 0 yorum aldı ...
Geden gəlməzki…. 1561 Reviews

    Konuyu değerlendir: Geden gəlməzki….

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1561 kez incelendi.

  1. #1
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.508
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    559
    @K_H-zade

    Standart Geden gəlməzki….

    Gedən Gəlməz, Gələn Gedər…

    -Heç bir yaş, ölümü düşünmək üçün tez deyil…

    Bir gül yarpağı kimi, min bir müəmma ilə örtülü kainat kitabında, bir sətirlik ömürü olan hər canlının, digər bir ifadəylə hər gələnin gedib, hər gedənin də gəlməmək üzrə ardından buraxdığı mesaj, üç hecalıq bir “əl-vi-da”dır…
    Bəli “Gecə-gündüz dönməsində hər dost vida edər”. İndiyə qədər bu sondan heç bir kimsə özünü qurtara bilməmişdir. Bədiüzzamanın ifadəsiylə: “Necəki insan kiçik bir aləmdir; yıxılmaqdan xilas ola bilməz. Aləm də böyük bir insandır; o da ölümün pəncəsindən xilas ola bilməz.”

    Bir sətirlik həyatımızın hansı hərfində, hansı hecasında olsaqda dəyişməyən həqiqət budur ki, “Heç bir yaş, ölümü düşünmək üçün tez deyil” Bu gerçək bir həyat prinsipi olması lazım olarkən, nədəndirsə başımıza xəstəlik kimi bir müsibət gəlmədən oyana bilmirik.
    Gedən gəlməz, gələn gedər…
    Aldandığımız digər bir xüsus, hisslərimizin çəkdiyi rotadır ki, fani olan bu dünyanı ölümsüz və daimi zənn edirik. Niyə? Çünki özümüzə, ətrafımıza və dünyaya baxdığımızda hər şeyin sabit və sanki heç bir dəyişikliyin olmadığı düşüncəsinə qapılırıq. Hər doğum müjdəsinin bir ölüm xəbəri demək olduğunu unutmuş olsaq belə, bizdən əvvəlkilər haradadırlar?

    Bunların yanında ən gizli məxluqun ahını eşidən bu dünya sarayının sənətkarı bizə bu haləti; gecə və gündüzü, qış və yazı ilə dünyanı bir kitabın səhifələri kimi asanlıqla çevirib, yazıb, pozub dəyişdirməsi ilə hiss etdirməkdədir. Və sanki “hazırlanın daimi və başqa bir məmləkətə gedəcəksiniz” deyə xəbərdarlıq etməkdədir.

    “Ölüm sonrasını düşünərkən, kainatın təməl qanunlarını, Yaradanın sənət incəliyini başa düşərək, hətta ona heyran olaraq yola çıxmaq lazımdır. Yoxsa, kainat nizamını bir təsadüf, həyatı və canlılığı sadə bir uyğunlaşma sanaraq insanın ucalığındakı sirləri həll etmək qeyri-mümkündür. Beləcə təməl düşüncə tərzində materialistlərdən ayrılırıq. Maddə elmlərinə əslində onlardan daha çox hörmətliyik.

    Maddəni quru qəlibləri içində görərək ondan başqa varlıq qəbul etməmək bir qəflətdir. Əgər hər şeyi maddə sansaq o zaman həyat ‘Ardından qaçıb tuta bilmədiyimiz ümidlər, bədbəxtliklər… həyəcanlar, kədərlər, yorğunluqlar və bunlara son damğasını vuran ölüm…’ ssenarisindən ibarət olar. Kainatın gözəlliklərindən, incə sənətindən, dərin şüurundan belə bir sonu gözləmək qeyri-mümkün. Kainatın uca yaradıcısı, aləmlərin ən gözəli, insana belə bir son damğasını vurmaz


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Geden gəlməzki….

          Kategori: Hikayeler

          Konuyu Baslatan: K_H-zade

          Cevaplar: 0

          Görüntüleme: 1561


Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş