YARPAQ DOLMASI
Lazım olan ərzaqlar:
Qoyun əti - 108 q.
Düyü - 30 q.
Baş soğan - 20 q.
Göyərti (keşniş, şüyüd və nanə) - 15 q.
Tənək yarpağı - 40 q.
Qatıq - 20 q.
Ərinmiş yağ - 10 q.
Duz
İstiot
Darçın
Hazırlanma qaydası
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bə"zi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.
Məqalə 374
Yazılma tarixi 10-4-2007
Reytinq