Uşaq mahnı Sözleri Çıq-çıq Saat yeddi: çıq-çıq, çıq-çıq. Qalx yataqdan, bağçaya çıx. Bax açılan çiçəklərə

Bu konu 107634 kez görüntülendi 66 yorum aldı ...
Uşaq mahnı Sözleri 107634 Reviews

    Konuyu değerlendir: Uşaq mahnı Sözleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 107634 kez incelendi.

Sayfa 4 Toplam 7 Sayfadan Birinci ... 23456 ... Sonuncu
  1. #31
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Günəş olaram mən də


    Sözləri Xanımana Əlibəylinin,
    Musiqisi Hökümə Nəcəfovanındır
    .


    Qışda şaxtada, buzda,
    Günəş çimir hovuzda.
    Qoy gətirim ləyəni,
    Su tök, yuyundur məni.
    Ay ana, böyüyəndə

    Günəş olaram mən də.

    Qışda şaxtada, buzda

    Günəş çimir hovuzda.
    Lap istisində yayın
    Qoy gətirim ləyəni,
    Su tök, yuyundur məni.
    Ay ana, böyüyəndə
    Günəş olaram mən də.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #32
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Gün, çıx!


    Sözləri Mehdi Seyidzadənin,
    Musuqisi Səid Rüstəmovundur.


    Gün, çıx, gün, çıx!
    Kəhər atı min, çıx.
    Çəmənlərə ver işıq,
    Güllər alsın yaraşıq.
    Şəfəqindən bəzənsin
    Bağçalarda sarmaşıq.


    Gün, çıx, gün, çıx!
    Kəhər atı min, çıx!
    Qoy ağarsın təpələr,
    Parıldasın ləpələr.
    Yuxusundan oyansın
    Şirin dilli körpələr.


    Gün, çıx, gün, çıx!

    Kəhər atı min, çıx.
    Gedək bağa, bağçaya,
    Axışaq meydançaya.
    Orda oynayaq, gülək.
    Dönək coşqun bir çaya.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  3. #33
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Gəl, bahar


    Sözləri Teymur Elçinin,
    Musiqisi Oqtay Zülfüqarovun .



    Gözəl bahar,
    Gözəl bahar,
    Bağçamıza
    Tez gəl bahar.


    Nəqərat:

    Çətir-çətir
    Güllər gəlir.
    Otaqlara
    Dolsun ətir.
    Sənsən əziz,
    Şən nəğməsiz,
    Gözləyirik
    Yolunu biz.


    Gözəl bahar,

    Tez gəl bahar,
    Bağçamızda
    Dincəl bahar.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  4. #34
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Gəl, barışaq


    Sözləri Teymur Elçinin,
    Musiqisi Oqtay Zülfüqarovun.


    Niyə məndən qaçırsan
    Balaca məstan?
    Heç ağıllı pişik də
    Küsərmi dostdan?
    Gəl məstanım, gəl, məstan.


    Bığlarını çəkmərəm

    Ağrıdır yeri,
    Gəl, məstanım, barışaq,
    Çəkilmə geri!
    Gəl məstanım, gəl, məstan.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  5. #35
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Gənc bağbanlar



    Sözləri Tofiq Mütəllibovun,
    Musiqisi Qənbər Hüseynlinindir.


    Yorulmadan çalışaq,
    Hər zəhmətə alışaq,
    Çoxlu ağac əkək biz,
    Qayğısını çəkək biz.


    Zəhmətimiz verər bar,

    Ucalar göy ağaclar,
    Yaşıl olar şən Bakı,
    Hər yanı gülşən Bakı.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  6. #36
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Gənc idmançılar mahnısı


    Sözləri Hikmət Ziyanın,
    Musiqisi Musa Mirzəyevindir.


    Polad kimi bədənimiz,
    Gənc idmançı adımız var.
    Qüvvətliyik, sağlamıq biz,
    Sıramıza gəlin, dostlar!


    Nəqərat:

    Bizə yarış meydandır
    Düzlər, çaylar, gen üfüqlar...
    Hər oyunda, hər yürüşdə
    Üzümüzə gülür zəfər.

    Məşq edirik yorulmadan,
    Bərkiyirik gündən-günə -
    Yeni-yeni zəfərlərə
    Çatmaq üçün sabah yenə.


    Nəqərat.

    Ucal, idman şərəfimiz
    Yaxınlarda, uzaqlarda!
    Qoy dolansın sorağımız
    Hər obada, hər diyarda.


    Nəqərat.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  7. #37
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Kəndimiz


    Sözləri Yusif Həsənbəyin,
    Musiqisi Nazim Əliverdibəyovundur.


    Yeni zəfərlərlə açılır səhər,
    Mahnılar yüksəlir burdan hər yana.
    Dövləti, varıyla gözəl kəndimiz,
    Şan-şöhrət gətirir Azərbaycana.


    Nəqərat:

    Şöhrəti, şanı var
    Kəndimizin,
    Gözəl dövranı var

    Kəndimizin.

    Bizim dağlar kimi uca dağ hanı?
    Gümüş şəlalələr köksündə çağlar.
    Ətriylə məst edir çöllər insanı,
    Görənlər bu yerə könlünü bağlar.


    Nəqərat.

    Kəndin zinətidir meyvəli bağlar,
    Məhsullu tarlalar, geniş düzənlər.
    Ceyranlı dərələr, sərin bulaqlar,
    Tarlada səhəri açan gözəllər.


    Nəqərat.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  8. #38
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Kiçik aşpaz


    Sözləri Yusif Həsənbəyin,
    Musiqisi Oqtay Zülfüqarovundur.


    Mən bir kiçik aşpazam,
    Yanımda boşqab, qazan,

    Bişirdiyim xörəyin
    Doymaq olmur dadından. (Bəndi 2 dəfə təkrar)


    Bir sakit ol, a kukla,
    Bir sakit ol, ağlama,

    Dinməz otur yerində,
    Məni işdən saxlama. (Bəndi 2 dəfə təkrar)


    Acıyıb məstan pişik,
    Indi o da ağlayar,

    Dovşanlar da ağlasa
    Onları kim saxlayar. (Bəndi 2 dəfə təkrar)


    Qoy bişirim xörəyi
    Gəlin bir yerdə yeyək,

    Yuyub boşqab, qazanı,
    Sonra bir az dincələk. (Bəndi 2 dəfə təkrar)
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  9. #39
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Kukla


    Sözləri Cahangir Məmmədovun,
    Musiqisi Ağabacı Rzayevanındır.


    Ay uzunsaç, qaragöz,
    Ağıllı kuklam mənim!
    Gəl “Əlifba” oxuyaq,
    Sən şakird ol, mən müəllim.


    Bir de görüm “A”,
    Ay gözəl kukla!
    Yoxsa səninlə
    Danışmıram ha...


    Atam almış mənimçin,
    Rəngli qələm və dəftər.
    Kitabımda var budur
    Gözəl-gözəl şəkillər.


    Ağzını aç sən,
    Söylə, can vətən!..
    Nə tənbəl qızsan,
    Niyə dinmirsən?


    Oxumağı, yazmağı
    Öyrənmişəm bacımdan.
    Dərsə gedəndə mən “beş”
    Alacağam hər zaman.


    Asan bir hərfi

    Sən bilmirsən ki;
    Incimə, kukla,
    Alırsan “iki”...
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  10. #40
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart

    Kuklam xəstədir


    Sözləri Yusif Həsənbəyin,
    Musiqisi Oqtay Zülfüqarovundur.


    Mənim kuklam xəstədir,
    Başı yaman ağrıyır,
    Gözüm onun üstədir.
    Dedim çıxma heç yana,
    Dünən külək əsəndə,
    Niyə çıxdın eyvana.


    Nəqərat:

    Sağaldaram səni mən,

    Bundan sonra ananın
    Sən də çıxma sözündən.
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Sayfa 4 Toplam 7 Sayfadan Birinci ... 23456 ... Sonuncu

Giriş

Giriş