AZəRBAYCAN DİLİNDə XÖRəK ADLARININ YARANMASININ QANUNAUYĞUNLUQLARI Ümumtürk mətbəxinin bolqar, yuqoslav, rus və digər mətbəxlərə təsiri haqqında çox yazılmışdır. Maraqlıdır ki, Azərbaycan mətbəxi ərəb və fars mətbəxinə də güclü təsir göstərmişdir. Misal üçün, görkəmli alim Cavad Heyət "İki dilin möqayisəsi" kitabında Azərbaycan dilindən fars dilinə keçmiş digər sözlər arasında 60-a yaxın kulinar terminini misal göstərir. Dilçilik nöqteyi-nəzərindən

Bu konu 8343 kez görüntülendi 3 yorum aldı ...
Azərbaycan dilində xörək adlarının yaranmasının qanuna uyğunluqları 5,00 8343 Reviews

    Konuyu değerlendir: Azərbaycan dilində xörək adlarının yaranmasının qanuna uyğunluqları

    5 üzerinden 5,00 | Toplam: 1 kişi oyladı ve 8343 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Azərbaycan dilində xörək adlarının yaranmasının qanuna uyğunluqları

    AZəRBAYCAN DİLİNDə XÖRəK ADLARININ YARANMASININ QANUNAUYĞUNLUQLARI

    Ümumtürk mətbəxinin bolqar, yuqoslav, rus və digər mətbəxlərə təsiri haqqında çox yazılmışdır. Maraqlıdır ki, Azərbaycan mətbəxi ərəb və fars mətbəxinə də güclü təsir göstərmişdir. Misal üçün, görkəmli alim Cavad Heyət "İki dilin möqayisəsi" kitabında Azərbaycan dilindən fars dilinə keçmiş digər sözlər arasında 60-a yaxın kulinar terminini misal göstərir.


    Dilçilik nöqteyi-nəzərindən Azərbaycan dilində xörək adlarının əmələ gəlməsinin müəyyən qanunauyğunluqları var. Birinci qanunauyğunluq ondan ibarətdir ki, xörəyin adı onun hazırlanmasının mərhələlərinə, təsirin forma və metodlarına uyğun gəlir.

    Misal üçün, "qatlama", "dolma", "doğramac", "əzmə" başlanğıc texniki təsir metodlarını göstərirlər; "qızartma", "pörtləmə", "qovurma", "bozartma", "dondurma" və s. - istilik təsirinin üsullarıdır; "dindili küftə", "nazik yarpaq xəngəl", "yuxa", "lülə kabab" və s. - xörəyin həndəsi formalarını; "yarpaq dolması", "yarma xaşıl", "düyü çinkuru", "səbzi kükü", "bal qaymaq" - xörəyin hazırlanması üçün əsas xammalı; "qatıq", "sulu xəngəl", "hora" - konsistensiyanı; "turşu", "şoraba", "şirin nazik" - xörəyin orqanoleptik xassələrini; "sac içi", "tava kabab", "kölfə çörək" və s. - ocağın adını; "Gəncə paxlavası", "Tovuz xəngəli", "Qarabağ basdırması", "Şəki halvası" - bu xörəyin hazırlanma məkanını göstərir.


    Qeyd edək ki, çox zaman xörəyin adı onun bir deyil, bir neçə növünü bildirir. Misal üçün, dolmanın 30-a yaxın, plovun 200-ə yaxın növü və s. bəllidir.


    İkinci qanunauyğunluq "aş" sözü ilə bağlıdır. Bir sıra terminlər bu sözdən gəlir: aşpaz, aşçı, aşxana, xaş (heyvan ayaqlarından xörək - qaynar həlməşik), xaşıl (qatı un yarması), qaşıq və bir çox digərləri. "Aş", "as" terminlərinə biz bir çox qədim türk yazılı qaynaqlarında, o cömlədən Orxon-Yenisey və digər yazılı daş abidələrdə rast gəlinir.


    Kulinar terminlərinin əmələ gəlməsinin üçüncü qanunauyğunluğu bütün türk dillərinə aiddir. Məsələn, Türkiyədə "imambayıldı" (molla xörəyin ləzzətindən huşunu itirdi), Qazaxıstanda "beşbarmaq", Azərbaycanda "xəngəl" (xan gəl), "tərxan" (gənc xan), "ağsaq oğlaq", "tutmac" (ac tutma, ac qoyma), "qalac" (ac qal) kimi xörəklərin adlarının əmələ gəlməsindəki oxşarlıq buna misal göstərilə bilər.




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan dilində xörək adlarının yaranmasının qanuna uyğunluqları

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 3

          Görüntüleme: 8343


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    AZəRBAYCAN MəTBəXİNİN YARANMASINA Və İNKİŞAFINA TəSİR GÖSTəRMİŞ FAKTORLAR


    Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. "Azərbaycan mətbəxi" - təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.

    Azərbaycan mətbəxi Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları bölgələrdə (Borçalı) Dağıstan ərazisində, o cömlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılmışdır.

    Təbii ki, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil - iqlimdir. Bununla bağlı olaraq, qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasının ərazisindən 8 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir, bütün heyvanların və bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır. Bunlar isə, zəngin mətbəx yaradılması üçün əsas bazadır.

    Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.

    Misal üçün, xəmirdən və dənli bitkilərdən mürəkkəb xörəklər yalnız o halda meydana çıxa bilərdi ki, kənd təsərrüfatı məhsullarının istehsalı çörək bişirilməsinə və çörəyi əvəz edən məhsullara tələbatdan artıq olsun. Yalnız taxılın artığını kifayət qədər uzun bir müddət saxlamaq lazım gələndə mürəkkəb xörəkləri eksperimentləşdirmək və yaratmaq imkanı olurdu. Bu əsrlərcə davam etdikdə, tədricən yeni-yeni xörəklər yaranır və xalqın yaddaşında möhkəmlənirdi. Təkcə "çətən"in (aşsüzənin, süzgəcin arxaik forması) varlığı dənli bitkilərdən və xəmirdən xörək hazırlanmasının tarixini eramızdan 5-6 min il əvvələ aparır və sabit məhsul, müvafiq olaraq əkinçiliyin yüksək səviyyəsi haqqında danışmağa imkan verir.

    Böyük miqdarda taxıl məhsullarının istehsalı yüksək əkinçilik mədəniyyəti, suvarma sistemlərinin olması, heyvandarlığın inkişafı haqqında və s. xəbər verir.


    Bütün bunlar oturaq həyat tərzi olmadan mümkün deyildi.

    Qeyd etmək gərəkdir ki, Göney Qafqazda mətbəx üçün zəruri olan xammalı əsasən, yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olan azərbaycanlılar istehsal edirdilər. Məsələn, gürcü alimi M.İ.Tkeşelov 1888-ci ildə keçmiş İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlılar haqqında yazırdı: "Kəndlərdə taxılçılıq, əkinçilik və bağçılıqla məşğul olurlar. Təbii ki, düzənlik yerlərdə, yaylaqlarda təkcə heyvandarlıqla məşğul olmurlar, azərbaycanlılar əsasən, çay sahillərində yaşadıqlarından onları əkinçi xalq adlandırmaq olar. Söyləyə bilərik ki, azərbaycanlılar demək olar hər yerdə çay sahillərində yaşayırlar, halbuki ermənilər yalnız dağlıq yerlərdə məskunlaşıblar".

    E.K.Artamanov 1889-cu ildə İran barədə yazarkən qeyd edirdi ki, "taxılı daha çox Azərbaycan, Xorasan, Kirmanşah, Fars, İsfahan və Yəzd verir".

    Q.V.Soloqub 1852-ci ildə yazırdı: "Ermənilər öz fəaliyyətlərini əsasən ticarətə və var-dövlət yığmağa yönəldirlər. Azərbaycanlılar isə öz növbələrində yaşayış yerlərinə müvafiq olaraq öz fəaliyyətlərini əkinçiliyə və maldarlığa yönəltmişlər və Zaqafqaziyada əsas istehsalçı elementdir".

    İ.V.Seqalov 1902-ci ildə qeyd edirdi ki, "Müsəlman xalqı əsasən, Bazarçay, Ayrıçay, Bərgüşad, Oxçuçay və onların qollarının, eləcə də Arazın sahillərində yaşayırlar; erməni əhalisi isə sərt təbiətli dağlıq yerlərdə pərakəndə halda yaşayırlar. Erməni kişilərinin çox böyük hissəsi (15 yaşdan 40 yaşadək) ehtiyac üzündən hər qış Xəzər sahillərinə, Bakıya və Tiflisə qazanca yollanırlar. Burada onları nökərçilik xidməti, küçə həyatı cəlb edir. Azərbaycanlılara gəldikdə, onlar düzənliklərdə və yaxşı əkinçilik şəraitində yaşayırlar".

    Bu əlbəttə, təbii prosesin gedişində olmuşdu. Digər xalqlar gələnədək bütün məhsuldar torpaqlarda yerli əhali məskunlaşmışdı və onlar tərəfindən istifadə olunurdu. Bunu erməni alimi Q.A.Yezov da (1908-ci il) təsdiq edir: "Yeni vətən erməniləri o qədər də xoş qarşılamadı, çünki sərbəst dövlət torpaqları çox az idi".

    Səyyahların, alimlərin, tacirlərin, diplomatların və digərlərinin qeydləri, eləcə də arxeoloji qazıntılar sübut edir ki, bu torpaqlarda qədimlərdən bəri çox böyük həcmdə taxıl, düyü, küncüt, soya bitkiləri, çuğundur, qovun, qarpız, üzüm, alma, nar, heyva və buna bənzər digər əkinçilik, bağçılıq və bostançılıq məhsulları yetişdirilirdi.

    Bitkiçiliyin bu məhsulları, eləcə də təzə və qurudulmuş balıq, kürü, bal, kərə yağı və digər heyvandarlıq məhsulları ilə nəinki yerli əhali təmin olunur, həm də qonşu, yaxın və uzaq ölkələrə ixrac edilirdi. Bu təkzibedilməzdir ki, əsrlər boyunca Qafqaz bazarları azərbaycanlılar tərəfindən istehsal edilən heyvandarlıq və bitkiçilik məhsulları ilə təmin olunurdu. Misal üçün, Y.D.Anqabadze və N.Q.Volkova, "Köhnə Tiflis" kitabındakı qaynaqlara istinadən yazırlar: "Tiflis bazarlarına pendiri əsasən osetinlər, azərbaycanlılar gətirir, pendiri habelə, borçalılar (azərbaycanlılar - T.ə.) da satırlar. Tiflis bazarlarında Azərbaycandan, Göycə gölündən (həmin ətraf Ermənistana veriləndən sonra "Sevan gölü" adlandırılır - T.ə.) gətirilmiş qızıl balığa böyük tələbat var idi".

    Beləliklə, Zaqafqaziyada zəngin mətbəx yaratmaq və inkişaf etdirmək imkanına, mətbəx üçün güclü xammal bazasına malik əsas xalq azərbaycanlılar olmuşlar.

    Erməni, gürcü, fars və digərlərinin mətbəxlərində xörəklərin böyük əksəriyyətinin mənşəyinin ad etibarı ilə Azərbaycan türklərinə bağlılığı məhz bu faktla izah edilir.

    İqlimdən sonra mətbəxə təsir edən başlıca faktor - ocaqdır. Misal üçün, Slavyan mətbəxində, xüsusən də rus mətbəxində bir çox şirin kökələr, suda bişmə və pörtləmə xörəklər rus sobasının imkanları ilə ortaya çıxmışdır. Azərbaycan mətbəxinin yaradılması və inkişafı çox böyük dərəcədə təndir, körə, buxarı, külfə, çala ocaq, sac, manqal və s. açıq və qapalı ocaqların çoxlu sayda növlərinin olması ilə bağlıdır.

    Özünəməxsus qab-qacaqlar və mətbəx ləvazimatı da bizim mətbəxə müəyyən təsir göstərib. Günü bu gün də bizim evdar xanımlar heyvan dərisindən, daşdan, ağacdan, gildən, şüşədən, metaldan və s. ən müxtəlif qab-qacaqlardan istifadə edirlər.

    Azərbaycanın xalq mətbəxində yanacaq qismində indiyədək qaz və elektriklə yanaşı, odun, odun kömürü, təzək və s.-dən istifadə edilir. Təzəkdən istifadə xüsusi maraq doğurur. Təzəkdən istifadə edildiyi yerlərdə ağacların və kolların yanacaq üçün doğranması azalır. Təzəyin hazırlandığı və istifadə edildiyi yerlərdə ciyər xəstəlikləri və nəfəs yollarının xəstəlikləri olmur. Hind alimlərinin tədqiqatlarına əsasən təzəyin yanması zamanı əmələ gələn tüstü antiseptik xassələrə malikdir.

    Xalqın kulinar mədəniyyətinin səviyyə göstəricilərindən biri həmin xalqın suya, onun təmizlənməsinə münasibəti və sudan istifadə bacarığıdır. Qədimdən Azərbaycan xalqı suyu ağ və qara deyə iki yerə ayırır. Tərkibində çoxlu duzlar, ionlar, metallar olan su - sərt, qara sudur. Və əksinə, tərkibində ionların, metalın və duzların az olduğu sular - yumşaq su hesab olunur.

    İçkilərin və xörəklərin hazırlanmasında yalnız, yumşaq ağ sudan istifadə olunur. Çayların, arxların, kanalların sahillərində həmişə salxım söyüd basdırılır. Söyüdün antimikrob xassələrinə malik kökləri, budaqları və s. hissələri suyu sağlamlaşdırır. Bu məqsədlə, içində su olan qablara salxım söyudun budaqlarından kəsib atırlar. Bəzən suya gumuş əşya da atılır. Bu olmadıqda sudakı qatışıqların çökuntu verməsi uçun içində su olan xususi qaba ərik çəyirdəkləri atırlar.

    Bəlkə də, tarixdə suyun birinci və ən yaxşı təbii təmizləyicisi indiyədək azərbaycanlılar tərəfindən istifadə edilir. Bu - suyu təmizləmək uçun istifadə olunan su daşıdır. Su daşı qara və ya ağ qumdaşından hazırlanmış içi oyulmuş piramidaya oxşayır, onun zirvəsi aşağıya doğru olmaqla xüsusi ağac dayaqların üstünə yerləşdirir və altına təmiz suyun yığılması üçün qab qoyurlar. Daşı su ilə doldurur, bir çox hallarda suyun içinə gümüş əşya və ya söyüd budağı atırlar. Daşın kapilyar məsamələrindən keçən su damcı-damcı aşağıdakı təmiz su qabına yığılır və bu zaman su təkcə təmizlənmir, həm də daşın məsamələrindəki təzyiqin fərqləri sayəsində və kapilyardan keçməklə təbii yolla sərinləşir.

    Qeyd etmək gərəkdir ki, yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir. Bu isə kulinariyada çıxış nöqtələrindən biri, ocağın qabın çölündən onun içərisinə keçirilməsi, suda su-hava balansının dəyişilməsi, su mühitində qida maddələrinin ayrılma həcminin və buna müvafiq olaraq mayenin dadının dəyişilməsidir.

    Mətbəxə təsir göstərən növbəti mühüm faktor xalqın tarixi-coğrafi yerləşmə məkanı, qonşu xalqlarla qarşılıqlı bağlılığıdır.

    Qədim ticarət karvanlarının və hərbi yolların Azərbaycan ərazisindən keçməsi mətbəximizə müəyyən təsir göstərmişdir. Ümumtürk etnosuna mənsubluq eyniadlı, eyni kökə malik xörəklərin olmasına gətirib çıxarsa da, Azərbaycan mətbəxini ümumtürk mətbəxinin tacı saymaq olar. Zövq yaxınlığı baxımından Azərbaycan mətbəxi Anadolu mətbəxinə daha yaxındır.

    ərəblərlə uzunmüddəli əlaqələr bizim mətbəxə qəhvə bəxş etmiş, tarixi "İpək Yolu" uzaq Çindən bu yerlərə çayı gətirmişdir. Digər tərəfdən, rus mətbəxi ilə tanışlıq Azərbaycan mətbəxinə "şi" və "borş" (xalq arasında onları ümumilikdə "borş" adı ilə tanıyırlar) gətirmiş, digər tərəfdən Rusiya vasitəsilə təhrif olunmuş, ruslaşmış Avropa mətbəxi ilə tanışlığa imkan yaranmışdır. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə bağlı olaraq Avropa mətbəxi ilə birbaşa tanışlıq başlanır (bu proses günümüzdə də müşahidə edilir) ki, bu da yalnız restoran mətbəxinə təsir göstərmiş, əhalini alüminium qablardan istifadəyə öyrətmişdir və bu müdaxilə əhalinin sağlamlığına zərərdən başqa, xalq mətbəxinə müsbət heç nə əlavə etməmişdir.

    Azərbaycanlıların milli mətbəxinə güclü təsir göstərən faktorlardan biri xalqın dini və inanclarıdır. Zərdüştilik, atəşpərəstlik, Avesta fəlsəfəsi psixologiyada, adətlərdə, Azərbaycan xalqının təfəkküründə əksini tapmaqla yanaşı, mətbəxdə də öz əksini tapmışdır. Aşpazın birinci köməkçisinə - ocağa hörmət, bizcə, buradan gəlir. İşığa, oda inamın təsiri altında formalaşmış süfrə adətləri və xörəklər bu gün də canlıdır. Uzun müddət, Azərbaycanda xristian dini mövcud olmuş və mövcud olmaqdadır - bu faktorun da mətbəximizdə izləri qalır. Eyni zamanda, azərbaycanlıların artıq min ildir müsəlman olmaları və islamın mətbəxə təsiri də şübhə doğurmayan faktdır. Qızıl qab-qacaqdan istifadədən imtina, donuz ətindən imtina, spirtli içkilərdən istifadənin yasaqlığı və s. islam ənənələrinin güclü təsirindən söz açır. Müxtəlif bayramlar, ayinlər və oruc tutmaq da mətbəxə güclü təsir göstərmişdir.

    Qeyd edək ki, dinlə bağlı olan mətbəx adətləri, qadağalar, məsləhətlər xüsusi tədqiqatların obyektidir. Burada yalnız bunu qeyd edək ki, dinin, xüsusən də islamın qidaya və qida məhsullarına tələblərinin ciddi elmi bazası var. Məsələn, islamda meyvələri və dənli bitkiləri onların qabığını təmizləməklə yemək məsləhət görülmür. Amma elmdə yalnız bu yaxınlarda kəşf etmişlər ki, suda həll olunan vitaminlərin və mikroelementlərin əsas hissəsi bitkilərin öz qabığında olur və s.



  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    AZəRBAYCAN MəTBəXİNDə İÇKİLəRİN MÜXTəLİFLİYİ

    Mətbəximizin növ müxtəlifliyi ilə zəngin hissələrindən biri - içkilərdir. Tutdan, zoğaldan və digər bitkilərdən araq çəkilir ki, bundan əsasən müalicəvi vasitə kimi istifadə edirlər. "Araq" - dilimizdə "ağ içki" mənasını verir (aq - ağ, ar - içki deməkdir, kefir sözündəki "ir" də içki mənasındadır). Digər tərəfdən "ar" sözü "arınmış" sözündən olmaqla təmiz, təmizlənmiş mənasını da verə bilər.

    Distillyasiyanın köməyi ilə müxtəlif bitkilərdən alkoholsuz müalicəvi araqlar, cövhərlər və digər distillyasiyalar hazırlayırlar.

    Buna misal olaraq, nanədən çəkilən araq, gülabı, qarışıq otlardan hazırlanan "çal araq" göstərilə bilər. Qədim zamanlardan Azərbaycanda "buza" - pivə də hazırlanır. Rus sözü "buzit" də bu sözdən törəmişdir.

    Digər türk mətbəxlərində olduğu kimi süddən və turşumuş süd məhsullarından "ayran", "atlama", "bulama" kimi çoxlu içkilər mövcuddur.

    Meyvə şirələrindən, müxtəlif bitki cövhərlərin və qənddən istifadə etməklə növbənöv şərbətlər düzəldirlər. Şərbətlər süfrəyə əsasən plovla verilir, bayramlarda və mərasimlərdə içilir. "Ovşala", "qəndab", "itburnu suyu", "səlab" kimi içkilər təkcə süfrəni bəzəmir, həm də müalicəvi xassələrə malikdirlər.

    Çay Azərbaycan mətbəxində xüsusi yer tutur. Masamızı çaysız təsəvvür etmək mümkün deyil. Qəhvə və kakao çayla müqayisədə az istifadə olunur. Səhərlər süfrəyə qaynadılmış isti süd və süddən içkilər verilir.

    İçkilər arasında Azərbaycanın mineral suları - "İstisu", "Badamlı", "Sirab" və s. özəl yeri var. Onlar süfrəyə susuzluğu yatırmaq üçün verilir, eyni zamanda müalicəvi xassələri vardır.

    Tut şirəsindən, qarpızdan, şəkər qamışından, çuğundurdan, üzümdən, yabanı xurmadan bişirilmiş qatı bəkməzdən hazırlanan içkilər susuzluğu yatırır, eyni zamanda sağlamlıq üçün faydalı hesab edilir.

    Susuzluğu yatırmaq və ağır, yağlı xörəklərin həzmini yüngülləşdirmək üçün süfrəyə "ağır" xörəklərlə birlikdə "iskəncəbi" içkisi verilir, onu bal və sirkənin qatışığından hazırlayırlar.

    Bəzi qaynaqlarda ona "sirkə balı" da deyilir. Bəzən bal əvəzinə qənddən istifadə edilir.

    Bizim mətbəxdə xoşablar (kompotlar) və paludlar (kisel) şirin xörəklərin deyil, içkilərin sırasına aid edilir. Lakin, təbii ki, ən yaxşı içki Azərbaycan bulaqlarının buz kimi soyuq suları hesab edilir.

  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Azərbaycan mətbəxində xörəklərin müxtəlifliyi

    Milli mətbəximiz son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. İngilis səyyahı Entoni Cenkinsonun şahidliyinə görə, Şamaxıda Abdulla xanın qonağı olarkən onun bir dəfə nahara oturmasına 150 çeşiddə xörək gətirilmiş, süfrə yığışdırıldıqdan sonra daha 140 xörək növü təqdim olunmuşdu.

    Mətbəximizin bu növ zənginliyini tarixən evdar qadınlar və mütəxəssislər yaratmışlar. Bu növ zənginliyi, eyni zamanda mütəxəssislər arasında əmək bölgüsünün köməyi ilə mümkün olmuşdur.

    Osmanlı səyyahı Evliya Çələbi xatırladır ki, "burada 12 imamın adı ilə bağlı 12 aşpazxanada minlərcə adam işləyirdi". Bunları o çörəkçi, yuxa salan, şatır, aşçı, piti bişirənlər, kababçı, çayçı, halvaçı, qənnadıçı, şərbətdar və s. deyə qeyd edir. Xörəklərin və məmulatların həmin qruplarının adları ilə mütəxəssislər bu gün də bizim kütləvi iaşə müəssisələrində çalışırlar. əməyin belə daxili bölgüsü və onun inkişafı eyniadlı xörəklərin say artımına səbəb olmuşdur. Misal üçün, plovun 200 növü, dolmanın 20-i növü, lülə kababın 20-i növü mövcuddur.

    Azərbaycanda qədimlərdən bəri iribuynuzlu və xırdabuynuzlu heyvanın ətindən istifadə olunur. Qaynaqlar mətbəxin inkişafının erkən mərhələsində at ətindən istifadə edildiyini göstərirlər. Bu gün azərbaycanlılar qidada at ətindən istifadə etmirlər. Yaşlı insanlar indiyədək dəvə ətinin dadını, xüsusən də dəvə ətindən qutabları ləzzətlə xatırlayırlar.

    Bizim mətbəxdə vəhşi və ev heyvanlarının ətindən geniş istifadə edilir. Erkək əti, şişək (qoça gəlməmiş qoyun), axtalanmış heyvanların əti daha zərif və dadlı hesab edilir. Dağ və dağətəyi rayonların çəmən-otlaq heyvanlarının ağ mərməri xatırladan ətinə üstünlük verilir. Belə ətdə piy damcıları hüceyrə strukturunun öz daxilində olur.

    Dondurulmuş ətlə müqayisədə təzə ətə üstünlük verilir. ətdən başqa, qidada quyruq yağından və köməkçi məhsullardan da istifadə edilir.

    əti uzun müddət saxlamaq üçün onu quyruq yağı ilə birlikdə xırda tikələrlə qızardır və tuluğa, xüsusi gil qablara doldurur, üstündən piy əridib tökürlər. Bundan başqa, qaxac ət tədarükü də görülür.

    Bizim mətbəxdə ev quşları və vəhşi quşların ətindən və yumurtalarından da geniş istifadə edilir. Vəhşi quşların ovu qar əriyəndən sonra və quşların dimdikləri və ayaqları soyuqdan qızarmış olduqdan sonra başlanır. Ev quşları - qaz, hind toyuğu, ördək, toyuq ətindən qidada geniş istifadə edilir.

    Bir çox hallarda quşları xüsusi qəfəslərdə yerləşdirirlər ki, çox da hərəkət edə bilməsin. Burada onu tərkibində daha çox yağ olan dənlə (qarğıdalı, günəbaxan və s.) yemləyirlər. Bu halda quşların yağlı və zərif əti olur. Quş piyi heyvan piyi ilə müqayisədə daha yüksək keyfiyyətli məhsul sayılır.

    Quşların və heyvanların əti bütöv şəkildə, iri və xırda tikələr şəklində, ayrıca və ya digər məhsullarla birlikdə bişirilir.

    Bizim mətbəxdə qədim zamanlardan qiymələnmiş ətdən də istifadə edilir. Dolma, küftə və s. hazırlanarkən əti ətçəkən maşından keçirirlər.

    Xəzər dənizi, Kür, Araz və digər çaylar, Göy-göl, Ceyranbatan, Göycə və digər göllər mətbəximizi ləzzətli balıq xörəkləri ilə zənginləşdirmişdir. Qızardılmış, pörtlədilmiş, farş edilmiş balıqlardan hazırlanan çoxlu sayda müxtəlif yeməklər bizim masaların bəzəyidir.

    Balıq yeməklərini bütöv balıqdan, onun iri və xırda tikələrindən, eləcə də balıq farşından hazırlayırlar. Qara, qırmızı və sıxılmış balıq kürülərindən geniş istifadə olunur.

    Quşçuluq məhsullarından qidada daha çox toyuq yumurtasından istifadə olunur. Pəhriz mətbəxində bildirçin yumurtasından da istifadə edilməkdədir. "Qayğanaq", "çalxama", "kükü", "çığırtma" və s. günü bu gün də yemək masalarına bəzəkdir. Azərbaycanın süd mətbəxi son dərəcə geniş çeşiddə və zəngindir. Süd, ağız süd, bulama, qatıq, pendir, duq, qaymaq, çiyə, ayran, şor və digər süd məhsulları və onlardan hazırlanan xörəklər - dovğa, doğramac, ayran aşı, atlama, südlü sıyıq və digər xörəklər hələ qədimlərdən bizim mətbəxi zənginləşdirmişdir.

    Azərbaycanlılar çörəyə: yuxa, fətir, lavaş, səngək, xamralı, təndir çörəyi və s. müxtəlif formalı, qalınlıqda və hazırlanma üsuluna görə fərqli çörəklərə - bizim masaların başlıca sərvətinə xüsusi həssaslıq və hörmətlə yanaşırlar. əgər süfrəyə çörək gəlibsə, azərbaycanlılar ona hörmət əlaməti olaraq birinci əllərini çörəyə uzadırlar, hesab edirlər ki, çörək hər şeydən irəlidir. Çörəyə Quran qədər hörmət edir və çörəyə and içirlər.

    Xəmir xörəkləri və kulinar məmulatları bizim mətbəxdə xüsusi yer tutur. Qeyd edək ki, ətdən və xəmirdən hazırlanmış yeməklərimizin çoxu bütün türk xalqlarına xasdır. Tarixçi Fariq Sumer özünün "Oğuzlar" kitabında səlcuqların türklər olduğunu sübut etməkdən ötrü bir neçə dəfə buna daha bir sübut gətirir ki, səlcuqlar "tutmac" (əriştə və paxladan xörək), "xəngəl" (sulu xəngəl və yarpaq xəngəli), "gürzə", "düşbərə", "xaşıl", "hörrə" və digər un xörəklərini yeyirdilər. Yeri gəlmişkən, bu xörəklər əsasən qış fəslində hazırlanır.

    Havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır və əksinə, becərilən və yabanı bitkilərdən xörəklərin hazırlanma payı artır. Cincilim, ispanaq, çuğundur yarpağı, nanə, badımcan, pomidor və s.-dən "kətə", "suyuq", "dovğa", "əcəb-sandal" və s. xörəklər və müxtəlif salatlar hazırlanır.

    Bizim nahar süfrəmizdə dənli və paxlalı bitkilərdən "sıyıq", "plov", "qovurğa", "hədik" və s. kimi yeməklər də layiqli yer tutur.

    Lakin, ən gözəl xörək plov sayılır. Azərbaycanda - tam əminliklə düyünün vətənlərindən biri kimi sayılan bir ölkədə - plovun 200-ə yaxın növü var. Azərbaycanın bəzi bölgələri üçün düyü çörəyi əvəz edir. Misal üçün, Lənkəranda əvvəllər ümumiyyətlə qidada çörəkdən istifadə edilmirdi.

    Azərbaycan mətbəxində şirniyyat, qənnadı məmulatları, halva xüsusi yer tutur. Buna səbəb Azərbaycanda qədimdən bəri şəkər istehsal edilməsi olmuşdur. Şəkəri şəkər qamışından alırdılar. Onu bu ölkəyə Yekaterinanın əmri ilə, knyaz Potyomkin Rusiyadan gətirmişdir. Bu qəndə "taxta qənd" deyilirdi. Şəkərin digər növü şəkər çuğundurundan alınırdı. Azərbaycanlılar bu şəkər növünü təmizlənməmiş şəkildə alırdılar, hərçənd şəkərin rafinasiyası Azərbaycanda hələ X əsrdə baş vermişdir. Şəkərin bu növlərindən başqa, meyvə şəkəri - nabat da hazırlanırdı. Ölkədə böyük miqdarda bal və meyvə şirələrinin bişirilməsindən alınan bəkməzlər, doşablar da şirin süfrənin rəngarəngliyinə rəvac verirdi. "Paxlava", "şəkərbura", "rahat lükum", "riçal", "sucuq", "peşmək", "peşvəng", "quymaq", "qatlama", "yuxa halvası" və s. bizim evdar xanımların və ustaların fəxridir.

    Şirniyyat əsasının (bal, qənd, bəkməz) və meyvələrin bolluğu mətbəximizdə ləzzətli məmulatların yaradılmasına səbəb olmuşdur. Bunlar - müxtəlif mürəbbələr, kompotlar, cemlər, zoğal, heyva, gilas, əncir, qoz ləpəsi və qızıl gül ləçəklərindən hazırlanan şəkərlənmiş məmulatlardır.

    Azərbaycanda turşulaşdırmanın köməyi ilə və duzun köməyi ilə tərəvəzin konservləşdirilməsi (tutma) geniş tətbiq edilir.

    Müalicəvi və pəhriz mətbəxi Azərbaycan kulinariyasında xüsusi yer tutur. "Umac", "xaş", "hörrə", "quymaq" və s. kimi bir sıra xörəklərdən qədim zamanlardan bəri müxtəlif xəstəliklərdə müalicə faktoru kimi istifadə olunur.

    Mətbəxin əsas hissəsi mərasim və bayram xörəkləridir. Səmənidən xörəkləri yalnız Novruz bayramında, qovut yalnız Xıdır Nəbi bayramında hazırlanır, hədik, qovurğa mütləq uşağın ilk dişləri çıxanda və ya yüz yaşlı qocalar dişlərini itirəndə bişirilir, "kiçik çillə" bayramında məxsusi saxlanmış qarpız kəsilir.

    Azərbaycan mətbəxinin gündəlik yüngül qəlyanaltı yeməkləri arasında "yaxma" (açıq buterbrod), "dürmək" (nazik çörəyə - yuxaya və ya lavaşa, xüsusi olaraq boru şəklində bükülmüş və ya təndir çörək, xamralı və digər çörək növlərinin arasını yarmaqla doldurulmuş yağ, pendir və s.) göstərmək olar. Müvafiq olaraq dürmək "bükmə" (bükmək sözündən) və ya "cibli" (çörəyin arasının cib şəklində yarılması) də adlanır. Dürməyi həm soyuq, həm də isti halda süfrəyə verirlər.

    Qəlyanaltılar arasında "məzə"ləri - salatları da qeyd etmək gərəkdir.

    Yeməyin sonunda "çərəz" (meyvələr, quru meyvələr, qoz, fındıq və s.) və şirin yeməklər verilir.

    Mətbəxin zənginliyini və inkişaf müxtəlifliyini müəyyən edən faktorlardan biri souslar və həlimdir. Hələ XVII əsrdə məşhur Osmanlı səyyahı Evliya Çələbi Azərbaycan haqqında yazır: "Burada üstəlik də 12 adda sous və həlim məlumdur".

    Turşumuş süddən (qatıq) və sarımsaqdan, sirkə və sarımsaqdan qatılaşdırılmış baldan və ya qaymaqdan meyvə şirələrindən düzəldilən souslardan daha çox istifadə edilir. Pastila (qəndlə meyvə horrasından hazırlanır) və lavaşandan (quru pastila) hazırlanmış souslardan müxtəlif xörəklərdə istifadə olunur.

    Balıqla bir yerdə narşərab (nar şirəsindən bişirilmiş sous) və ya narşərab əsasında sous verilir.

    Azərbaycan mətbəxində menyunu adətən ilin vaxtını, havanı, yaşı, istehlakçının həyat tərzini, məkanı və s. nəzərə almaqla tərtib edirlər. Yeməklərin aran yeməyi, pəhriz yeməyi, zahı qadının yeməyi, gəlinin yeməyi, bəyin yeməyi, uşaqların, gənclərin və qocaların yeməkləri kimi qrupları məlumdur.

    Dünyanın ən uzun ömürlüləri olan azərbaycanlılar, eyni zamanda ən sağlam mətbəx yaratmışlar, belə ki, sağlam mətbəx olmadan uzun yaşamaq çox çətindir.

    Azərbaycanın ənənəvi süfrə mədəniyyəti əl ilə yeməyi tələb edir. Bizim nazik çörəkləri (yuxa, səngək, lavaş) qaşıq kimi bükür və onun köməyi ilə xörəyin maye hissəsini bu improvizasiya edilmiş "qaşıqla" yeyirlər. Xörəyin möhkəm hissəsini isə nazik çörəklə tutub götürürlər.

    əllə yeməyin bir sıra üstünlükləri var:

    1) barmaqların ucunda çox həssas sinir ucları yerləşir. Ekstrasenslər əbəs yerə əlləri ilə işləmirlər, korlar isə əlləri ilə sanki görürlər. əllər istilik kompozisiyasını, xörəyin konsistensiyasını hiss edirlər;

    2) xörək qaşıq və ya çəngəlin köməyi ilə ağıza aparılanda ağız boşluğunu yandırmaq və ya bərk üşütmək mümkündür. əllə yedikdə qida ağıza bədənin temperaturuna yaxın bir temperaturda düşür, belə temperaturda isə dad reseptorları və fermentlər ağız boşluğunda daha yaxşı işləyirlər. Belə yeməyi tezcə udmur, yaxşıca çeynəyirlər. əbəs yerə islamda qaynar qidanı yemək və içmək qadağan edir, islam onları isti halda qəbul etməyi tövsiyə edir;

    3) qida metal çəngəllər və ya qaşıqlarla qəbul edilərkən metal ionları ftoru və yodu öldürür. Bu isə dişlərin xarab olmasına gətirib çıxarır;

    4) əllə qidalanma yüksək gigiyena qaydalarına əməl etməyə məcbur edir, belə ki, əlləri yaxşıca yumaq lazım gəlir, bu isə qidanın qəbulu prosesini kiçicik bir bayrama çevirir və insanı psixoloji baxımdan qidanı tələsmədən rahatlıqla qəbula hazırlayır. Adətə görə, əllər yaxşı-yaxşı yuyulduqdan sonra barmaqları bir daha gülab suyu ilə isladırlar.

    Qeyd etmək gərəkdir ki, mətbəxin vəziyyətini onun ətraf xalqların mətbəxinə təsiri sayəsində müəyyənləşdirmək mümkündür. əgər, Çin mətbəxi Asiya mətbəxinə (Tailand, Malayziya və s.), Fransız mətbəxi isə Avropa mətbəxinə güclü təsir göstərmişsə, Azərbaycan mətbəxi qonşu xalqların mətbəxləri üçün əsasdır. Beləliklə, Azərbaycan mətbəxini öz təsirinə görə, Çin və Fransız mətbəxi ilə yanaşı qoymaq olar.

    Lakin, Azərbaycan mətbəxində başlıcası dadlı xörəklər və ətirli içkilər deyil, gözəl meyvələr deyil, başlıcası - qonaqdır. Azərbaycanın mətbəx fəlsəfəsinin əsasında qonaq dayanır. Odur ki, xoş gəlmişsiniz, buyurun qonağımız olun.



Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş