http://qasimov.info/marketinq.info/images/stories/shairler/photo13.jpg Çalışan qazanar Yayda isti bir gün idi, Ağaclar çox ölkün idi. Göydən yerə od yağırdı, Solmaz Eldarı çağırdı: -Qardaş, gəl, bağçaya gedək, Çiçəklərə bir baş çəkək.

Bu konu 18697 kez görüntülendi 50 yorum aldı ...
Abdulla Şaiq Qazelleri 18697 Reviews

    Konuyu değerlendir: Abdulla Şaiq Qazelleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 18697 kez incelendi.

Sayfa 1 Toplam 6 Sayfadan 123 ... Sonuncu
  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Abdulla Şaiq Qazelleri




    Çalışan qazanar


    Yayda isti bir gün idi,
    Ağaclar çox ölkün idi.
    Göydən yerə od yağırdı,
    Solmaz Eldarı çağırdı:
    -Qardaş, gəl, bağçaya gedək,
    Çiçəklərə bir baş çəkək.
    Çoxdandır su içmir güllər.
    Bəlkə solub qərənfillər.
    Bağçaya getdilər yügrək,
    Gördülər hər gül, hər çiçək.
    Yerə əyib şax boynunu,
    Yamyaşıl o atlaz donu.
    Yaman solub-saralıbdır,
    Hamısını dərd alıbdır.
    Elder qəmləndi bu işə.
    Acıqla baxdı günəşə,
    Dedi: - Günəş, nə yamansan,
    Çiçəkləri solduransan!
    Neçin vurdun bu ziyanı,
    Soldurdun güllü bağçanı?
    Günəş gülümsədi: - “Sağ ol!
    Məndən ziyan gəlməz, oğul!
    Hər şeyə can verən mənəm!
    Qüvvət, ət, qan verən mənəm!
    Bu böhtandır, ay uşaqlar!
    Məndə axı nə günah var?
    Güllər su içmir üç gündür,
    Odur ki, onlar ölgündür.
    Oğlum, hər şey sevir zəhmət,
    Tənbəl ziyan çəkər, əlbət!
    Məndən gəlməmiş bu ziyan.
    Çox qazanar, çox çalışan.
    Zəhmətsiz bal yemək olmaz”.
    Utanaraq Eldar, Solmaz,
    Suladılar çiçəkləri.
    Puç olmadı əməkləri.
    Güllər yenə cana gəldi,
    Bağça ətə, qana gəldi.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Abdulla Şaiq Qazelleri

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 50

          Görüntüleme: 18697

    Konu Emine tarafından (01.10.2012 Saat 20:06 ) değiş;tirilmiş;tir.

  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Çoban mahnısı

    Sürür inəkləri Dadaş,
    Otarmağa yavaş-yavaş;
    Belində bağlama çörək,
    Yanında bir ala köpək.
    Basıb gözə papağını,
    Vurur yerə çomağını.
    Ara-sıra oxur, çalır,
    Sürü həvəslə otlayır:
    -Yaşıllanıb çəmən, çayır,
    səfalanıb dərə, bayır.
    İnəklərim, ot otlayın,
    Sabaha süd hazırlayın!
    Sizi gözətləyir Fatı,
    əlində badya, həm çatı.

  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart


    İnqilab nəğməsi

    İnqilab nəsliyik biz,
    Hər bir işlə mübariz.
    Qəlbimizdə şölə var,
    Gözümüzdən od parlar.
    Atdıqca biz hər addım,
    Qəlbimizdə ildırım
    Bağırır: gurum-gurum!

  4. #4
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Ana yurdum

    Çöllərindir şən,
    Hər yerin gülşən.
    Sən nə gözəlsən
    Ey ana Vətən!

    Bağdır, əkindir
    Hər bir bucağın,
    Qızıl təkindir
    Sarı torpağın.

    Böyütdün bizi,
    Verdin qol-qanad,
    Yoxdur qəm izi,
    Şəndir bu həyat.

    Qəlbim, canımsan,
    Ey ana yurdum!
    İsti qoynunda
    Şən yuva qurdum.

    Çöllərindir şən,
    Hər yerin gülşən,
    Sən nə gözəlsən,
    Ey ana Vətən!

  5. #5
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Arı

    Arıyam, zəhmətkeşəm,
    Bal, mum çəkməkdir peşəm.
    Səhər güllər açınca,
    Gözəl qoxu saçınca
    Uçaram göy yamaca,
    Çiçək açmış ağaca,
    Ya çəmənə, meşəyə,
    Qonaram hər çiçəyə;
    Şirəsini çəkərəm,
    Pətəyimə tökərəm
    Çalışaram doqquz ay,
    Hamı məndən alır pay.
    Balımdan qoy yesinlər,
    Mənə: “Sağ ol!” desinlər.

  6. #6
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Aslan, qurd və tülkü

    Bir zaman tülkü, qurd, həm aslan -
    Hər üçü bağladı belə peyman
    Ki bu gündən ələ nə düşsə şikar
    Üç yerə qismət eyləsin onlar.
    Hamı “əhsən” dedi bu dadlı sözə.
    Ov üçün çıxdılar bir otlu düzə.
    Dərə ağzında tapdı üç ortaq;
    Bir qoyun, bir keçi, quzu, oğlaq.
    Dedi aslan: - Gəlin ovu bölüşək,
    Bu qoyun ki, mənə çatar bişəkk,
    Quzu olsun gərək mənim payım
    Çünki sizlərdə yox mənim tayım
    Bu keçi də gərək mənə yetişə,
    Olmasın bir kəsin sözü bu işə
    Oğlağa kim uzatsa əl, bunu bil:
    Eylərəm mən onun əlini şil.

  7. #7
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart


    Bülbül

    Oxu, bülbülüm, oxu,
    Yazdır, səhər çağıdır;
    Oxu, sənin xoş səsin
    Şənliklər qaynağıdır.
    Oxu, oxu, xoş nəğmən
    Nəşə versin ellərə.
    Şən səsin, xoş nəfəsin
    Yayılsın bu çöllərə.

    Oxu çöldə, çəməndə,
    El əkəndə, biçəndə;
    Başla yeni bir dastan
    Biz bənövşə dərəndə.

    Bülbülüm, tik yuvanı,
    Bəslə, böyüt balanı.
    Qoy nəsliniz çoxalsın,
    Biz böyüyən zamanı

  8. #8
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Bənövşə

    Bənövşəyəm, bənövşə
    Düşmüşəm dilə-dişə;
    Qızlar, oğlanlar məni
    Dərib taxarlar döşə.

    Bahar oldu açaram,
    Qar, borandan qaçaram;
    Başqa güllər açanda,
    Mən quş olub uçaram.
    Qurudar məni ayaz,
    Yaşayıram bircə yaz.
    Rəngim, ətrim gözəldir,
    Əl vurmayın, ömrüm az.

  9. #9
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Bağça

    Adil zirək uşaq idi.
    Həm də bir az şıltaq idi.
    Anasının hər işinə,
    Bişmişinə, düşmüşünə
    Qarışardı. Yazıq ana
    Əlindən gəlmişdi cana.
    Üç yaşına çatar-çatmaz
    Anası dincəldi bir az.
    Onu qoydu bir bağçaya.
    O gün ağlaya-ağlaya
    Getdi; otağa girincə,
    Gördü: Solmaz, Noğul, Qönçə,
    Tofiq, Həsən, Azər, Gülzar
    Əllərində oyuncaqlar,
    Qazan kimi qaynayırlar.
    Adil baxdı heyrət ilə,
    Bir az sonra gülə-gülə
    Sevinərəkk, birdən qaçdı,
    Bağçada bir oyun açdı:
    İtələyib hər uşağı,
    Dartıb aldı oyuncağı.
    Səs-küy saldı birdən-birə,
    Sonra oturdu tez yerə.
    Uşaqlar və mürəbbiyə
    “Görək, neyləyəcək?” - deyə
    dodaqaltı gülürdülər.
    Üz-gözündən uçub kədər
    Adil coşub qaynayırdı,
    Öz-özünə oynayırdı.
    Onları öz qucağına
    Bir-bir yığıb dedi: - Ana,
    Bax, nə yaxşı şeylərim var!
    Mənimdir bu oyuncaqlar.
    Baxdı uşaqlara sarı
    -Solmaz dedi: - Oğlan, barı
    dovşanı ver mən oynadım.
    -Yox, vermərəm, mənim adım
    Adildir, heç oğlan deyil,
    Yaxın gəlmə, çəkil, çəkil!
    Mən özüm tək oynayacam,
    Bu sazı da mən çalacam!
    Dınqıldatdı kiçik sazı,
    Gözücü süzdü Solmazı.

    Uşaqlar güldülər ona,
    Adil qışqırdı: - Bax, ana,
    Bu uşaqlar gülür mənə.
    -Gəl, oyun öyrədim sənə.
    -Yox, bəs mənim anam hanı?
    Əlindən atdı dovşanı,
    Dəli kimi birdən qaçdı;
    İndi başqa oyun açdı:
    Ağlayırdı, bağırırdı,
    Anasını çağırırdı
    Ayağını döyə-döyə:
    Müdirə və mürəbbiyə
    Ona açaraq şirin dil,
    Dedilər: - Ağlama, Adil!
    Bu qalmaqal nəyə gərək?
    Anan bu saat gələcək.
    Ağlama, gəl, yaxşı bala,
    Oyna bizim uşaqlarla.
    Bax, nə qədər oyuncaq var!
    Həsən, Tofiq, Solmaz, Gülnar.
    Oynayın bu Adil ilə.
    Nə qədər tutdular dilə
    O ağlayıb bağırırdı,
    Anasını çağırırdı
    Ayağını döyə-döyə
    Müdirə və mürəbbiyə
    Zor-güc onu sakit etdi.
    Üç gün belə gəldi, getdi...
    Axır bağçaya öyrəndi,
    Gündən-günə o şənləndi.
    Daha yoxdur o şıltağı,
    İndi hər gün səhərçağı
    Göy şəfəqə boyanınca,
    Səhər Adil oyanınca,
    Göstərir öz şıltağını,
    Yerə döyüb ayağını,
    Deyir ağlaya-ağlaya:
    -Ana, gedək tez bağçaya!
    -Oğlum, tezdir, dayan, görək!
    -Yox, tez deyil, gedək, gedək!
    Vaxtım keçir, ana, tez ol!
    Çoxdan gəlib Solmaz, Noğul.
    Gəl, bağçamın vaxtı keçir,
    Onlar oyuncağı seçir.
    Mənə axı pisi qalır,
    İndi Həsən sazı çalır,
    “Cangülüm” oynayır hamı.
    Tez ol, bura ver çantamı!
    -Oğlum, tezdir, dayan görək!
    -Yox, tez deyil, gedək, gedək!

  10. #10
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart


    Bahar (1908)

    Bağçalarda açır gül,
    Fərəhlənir hər könül.
    Uçur duman, qəm, kədər,
    Şən-şən ötür hər bülbül.

    Yaşıllanır dağ, yamac,
    Bəzək vurur hər ağac.
    Dərə, təpə, çöl, çəmən
    Çiçəklərdən qoyur tac.

    Bahar eylədikcə naz,
    Elin kefi olur saz.
    Əkir, biçir həvəslə
    Deyir: - Var ol, gözəl yaz!

Sayfa 1 Toplam 6 Sayfadan 123 ... Sonuncu

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş