Şıxəli Qurbanov Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq http://img818.imageshack.us/img818/2544/sixeli.jpgvə məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu. Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi

Bu konu 3206 kez görüntülendi 0 yorum aldı ...
Şıxəli Qurbanov 3206 Reviews

    Konuyu değerlendir: Şıxəli Qurbanov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3206 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Şıxəli Qurbanov

    Şıxəli Qurbanov

    Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu.
    Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Çünki onun dövləti yox idi, o bu həqiqəti yaşıdlarından xeyli əvvəl dərk etmişdi. Tale onu axına qarşı getməyə, donuq ehkamları və əski qəlibləri sındırmağa məhkum etmişdi. O bu məhkumluqda nəsə tapmışdı.
    Mən indi artıq illərin dumanları arxasında qalmış 1967-ci ildə orta məktəbdə müəllimlik edirdim. Səhv etmirəmsə, martın əvvəlləri idi. Şəhərə xəbər yayıldı ki, Mərkəzi Komitənin katibi şəhərə gəlib. Bu xəbər günün günorta çağlarında səmada çaxan şimşək rəqsinin effektini yaratdı. Hamı Onun gəlişinin təsadüf, sıradan, adi görüş olmadığını bilirdi. Dram Teatrında partiya-sovet fəallarının yığıncağında O, şəhər rəhbərliyinə (rəhbərlikdə rus və erməni funksionerlər yetərincə idi) milli kadrları yüksək vəzifələrə irəli çəkmək barədə tövsiyələrini verdi. Belə bir göstəriş aşırı və saxta beynəlmiləlçilik xəstəliyinə tutulanlar üçün gözlənilməz oldu. Alovlu vətənpərvər milli düşüncə və duyğularını açıq şəkildə dilə gətirirdi. Az sonra böyük Vətəndaşın təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına - kökünə, mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı.
    1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Tonqaldan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə təminatlı inam, perspektivli ümid yaratdı. Üstəlik Odlar yurdunda qalanan tonqallar, qara əllərin, qara yellərin söndürdüyü milli şüur ocaqlarını alovlandırdı. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkildi, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verildi. 2 Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Lider vaxtın nəbzini tuta bilmişdi. Doğrudur, bu sahədə ədəbiyyat, illah da ki, onun çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdü. Ancaq milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisələrindən sayılmalıdır.
    Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında belə bir cəsur addımı atana, kişilik və ləyaqət səviyyəsində fədakarlıq göstərən ikinci bir vəzifə sahibinə rast gəlinməmişdi. Millətin belindən gəlmiş, çoxillik ağrılarından doğulmuş MK katibi, şair, dramaturq və elmlər doktoru bu addımı ömrü bahasına atmışdı.
    Az sonra o, bəzən gizli, bəzən açıq şəkildə təqib olunmağa başladı. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər Onu nəzarətə götürür, izləyir, əməlləri sayaq qara adamlar milli fikir öndərini qarabaqara təqib edirdilər. Onu balaları və ömür-gün yoldaşı ilə sevincini-dərdini bölüşdüyü, birgə nəfəs aldığı bu dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə - son mənzilə yola salmağa hazırlaşırdılar. Sonucda da namərd diş həkiminin əlləri ilə başdan-başa enerji və işıq mənbəyi olan bir insanın, Vətəndaşın və Millət oğlunun ömrünə nöqtə qoyuldu.
    Həmin ilin (1967-ci ilin may ayı) çiçək fəsli bizim üçün faciə mövsümü ilə əvəzləndi. Ömrümüzün uzaq sahillərində qalmış o ilin hüznlü may günlərində Şıxəli Qurbanovun həyatının son akkordu olan "Sənsiz" dramı tamaşaya qoyuldu. Şıxəli itkisindən - sənsizliyindən doğan ağrını xalq təkrar yaşadı.


    Benzer Konular

    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şıxəli Qurbanov

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 3206


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş