A Yel baba, Yel baba, Tək qalmışam, gəl baba. Yanaral atdı gəldi, Çoxun qanatdı, gəldi. Ova gedən Muradım, Al qana batdı, gəldi. A Yel baba, Yel baba, Tək qalmışam, gəl baba. İpim ipdən üzüldü,

Bu konu 2139 kez görüntülendi 0 yorum aldı ...
Yel baba şivənləri 2139 Reviews

    Konuyu değerlendir: Yel baba şivənləri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2139 kez incelendi.

  1. #1
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    25.10.2008
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    590
    @Yaver ARANCI

    Standart Yel baba şivənləri

    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.
    Yanaral atdı gəldi,
    Çoxun qanatdı, gəldi.
    Ova gedən Muradım,
    Al qana batdı, gəldi.
    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.

    İpim ipdən üzüldü,
    Köksüm dibdən üzüldü.
    Bircə gündə min cavam
    Qara qəbrə düzüldü.
    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.

    Ölsün dili yellilər,
    Gəlsin əli bellilər.
    Gor olsun bəd dillilər.
    Sözüm, ahım yel oldu,
    Gözümdə yaş sel oldu.
    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.

    Kürsülərdə yatdılar,
    Araları qatdılar,
    Torpaları satdılar.
    Bəd niyyətə çatdılar.
    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.

    Sənin kimi əsdilər,
    Cığırları kəsdilər.
    Səhərəcən qan axdı,
    Demədilər «bəsdi»lər.
    Qannar sel oldu, doldu,
    Selim göl oldu, doldu.
    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.

    Bu günü bəklədilər,
    Yerləri ləklədilər.
    Elsizəm, təklədilər.
    Halım yaman gündədi.
    Gümanım tək səndədi.
    A Yel baba, Yel baba,
    Tək qalmışam, gəl baba.

    Yel baba mərasimi

    Səpinçi allahın adını çağırıb toxumluq dəni əlinə götürür:
    -Allah, birə min elə! – deyib səpinə başlayır.

    Səpin vaxtı buğda qovursan məhsul az, yarma bişirsən bol olar – deyərlər.

    Səpilən toxum oğurluq olsa bitməz – deyərlər.

    Taxıl çuvalının üstündə otursan bərəkətsiz olar – deyərlər.

    Taxıl sovurulanda bərk külək əssə, ələyin, ya da xəlbirin üçtünü bastırarlar. Onda yel yavaş əsər – deyərlər.

    Taxıl döyümü zamaenı boğanaq qalxarsa, qızlar:
    -Boğanaq gəlmə,
    sənə gedəcəyəm, - deyərlər.

    Təndirdə bişən ilk çörəyi yesən arvadın ölər – deyərləpr.

    Kotanın dəstəyi ilan olsa, əldən buraxma, çinin dəstəyi qızıl olsa, əlinə alma – deyərlər.

    Xırmannan sovurulmamış buğda götürənin oğlu ölər, sovurulmuş buğda götürənin isə oğlu olar – deyərlər.

    Xırmanda dəni samandan ayırmaq vaxtı gələndə camaat Yel babanı çağırıb deyər:
    - Yel baba, gəl, ağ atına arpa, saman apar!

    Bə‘zən ona nəğmə ilə də müraciət edirlər:

    Yelli babam,
    Yel babam
    Telli babam,
    Tel babam.

    Elim, günüm batdı gəl,
    Çərpələngim yatdı, gəl.
    Təknədə qaldı aşım,
    Yatdı dəyirman daşım.

    Yelli babam,
    Yel babam
    Telli babam,
    Tel babam.

    Gülpərinin arpası,
    Xanmuradın yarması.
    Nabat da dalda qaldı,
    Uşaqlar darda qaldı.
    Çiynimə düşdü başım,
    Yatdı dəyirman daşım.

    Yelli babam,
    Yel babam
    Telli babam,
    Tel babam.

    Güllü tutdu savaşım,
    Təknədə qaldı aşım.
    Çiynimə düşdü başım,
    Yatdı dəyirman daşım.

    Yelli babam,
    Yel babam
    Telli babam,
    Tel babam.
    Güllü babam,
    Gül babam,
    Gəl babam.

    Dərdimi gəl, bil babam,
    Gəl babam, ay gəl babam.

    A Yel baba, yel baba,
    Tez gəl baba, gəl baba.
    Sovur bizim xırmanı,
    Atına ver samanı.
    Dən yığılıb dağ olsun.
    Yel babamız sağ olsun.

    Taxılımız yerdə qaldı,
    Yaxamız əldə qaldı.
    A Yel baba, yel baba,
    Tez gəl baba, gəl baba.
    Sovur bizim xırmanı,
    Atına ver samanı.
    Dən yığılıb dağ olsun.
    Yel babamız sağ olsun.

    Əcdadlarımızın əski inamına görə, bu çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə adamlara qalar.

    Taxıl döyümü zamanı oxuyurlar:

    Əl baba,
    Yel baba,
    Gəl ulağa saman apar,
    Nəfəsinlə külək qopar.



    Bərk əsən küləyi yatırmaq istəyəndə bir ananın ilki olan uşağın əlinə ələk verirlər, ona öyrədirlər ki, bu sözləri desin:

    -Külək, sürmə at,
    Gəl, ələkdə, yat!
    Mən anamın ilkiyəm,
    Ağzı qara tülküyəm.
    Külək, sürmə at,
    Gəl, ələkdə, yat!
    Fələk yatdı,
    Sən də yat,
    Bizim eldə
    Çapma at.

    Taxıl döyülüb qurtanrandan sonra isə deyirlər:

    Xırmanda şana qaldı,
    Yel əsdi, şana qaldı.
    Xırmannan bir qız keçdi,
    Saçı nişana qaldı.

    Bostanı bədnəzərdən qorumaq üçün itin kəllə sümüyünü ağaca keçirib torpağa sancırlar.

    Müəllif: Anonim


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yel baba şivənləri

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Yaver ARANCI

          Cevaplar: 0

          Görüntüleme: 2139


Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş