Kullanıcı Tag Listesi

Xüsusi deyilsən elə də bircə o var ki tapmısan özünü Özünü tapmısan da Məni tapsaydın sevərdim səni.

Bu konu 1047 kez görüntülendi 0 yorum aldı ...
XÜSUSİ DEYİLSEN ELE DE Ülker Süleymanlı 1047 Reviews

    Konuyu değerlendir: XÜSUSİ DEYİLSEN ELE DE Ülker Süleymanlı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1047 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.681
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    77
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart XÜSUSİ DEYİLSEN ELE DE Ülker Süleymanlı





    Xüsusi deyilsən elə də

    bircə o var ki tapmısan özünü



    Özünü tapmısan da

    Məni tapsaydın sevərdim səni.



    Mən istəyən kimi tapmısan deyə sevəcəm.

    Minnətə bax.



    Yarana toxunum ? Deşməyəcəm toxunacam
    Üzünün qırışları.



    Niyə hamısı ağzı aşağıdı.

    Ağlamaqdandı,ya narazılıqdandı.



    Bilirəm heç vaxt ağlamırsan

    Adam yanında.



    Onda narazılıqdandı

    Mən də narazıyam

    Qırışlarından



    Qoy hamısı ağzı yuxarı olsun

    Ağzı yuxarı olsa gülərsən

    Gülmüş kimi görünərsən

    Narazılığına da xətər gəlməz



    Ağzını yuxarı tutanlar onsuz da

    narazılardı.



    Eybəcərsən

    Öz də tanıdıqlarımın ən gözəli

    ən gözəl eybəcərsən



    Səni sevirəm



    Bir dəfə də olsun fikirləşməmişəm.

    Çünki yaxşı tanıyıram içini

    Fikirləşsəm sevməyəcəyəm

    Sevməsəm nə olacaq?



    Sənə heç nə

    heç kəsə heç nə olmayacaq



    Onda sevirəm

    Qoy hamıya hər şey olsun

    Hamıya heç nə olsun.



    O dəqiqə olmasa da

    Olduğum kimi tanıdın

    Çünki mən olduğum kimi idim

    Sən də olduğun kimi oldun.



    Çox nahaq



    Belə görməsəydim

    Başqa cür sevərdim.



    Olduğun kimi sevməzdim.



    Bir də nə vaxtsa özün olacaqsan?

    Yenə sevmək üçün soruşuram.



    Soruşub sevənə bax.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: XÜSUSİ DEYİLSEN ELE DE Ülker Süleymanlı

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1047


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş