Dəli könlüm yenə yaman qəmlənib
Həsrətinnən qan ağlayır qayıt gəl
Sənin sevgini qazanmadım deyə
Ürək məni hey dağlayır qayıt gəl
Sən ümüdsən ümidimi üzürəm
Saçlarıma ağ dənləri düzürəm
Sorma gülüm sənsiz necə dözürəm?
Gözlərimi qəm bağlayır qayıt gəl
Başına dönürəm pərvanə kimi
Gəzirəm çöllərdə divanə kimi
Səhər gün üzünü görənə kimi
Dilim səni sayığlayır qayıt gəl
Hardasan indi sən ay vəfasız yar?
Qayıtmağı gəl özünə bilmə ar
Daha dözməyir bu çarəsiz Anar
Bulaq təki hey çağlayır qayıt gəl
Alinti...