Getdi Zülfiyyə Xanbabayeva
Üzünü çevirib bir dəfə baxdı
Elə bil canımda şimşəklər çaxdı
Ömrümün, günümün bu gözəl vaxtı
Mənim sevincimi apardı, getdi...
Məhəbbət oduda yandırdı məni
Bircə baxışıyla dondurdu məni,
Eşidə bilsəydi könlüm deyəni,
Məndə səadət tapardı, getdi..
Getdi...
Sevən ürəyimi qəmə boyadı..
Bu sevgi bəxtimə qismət olmadı..
Bu dərdli halımı heç soruşmadı,
Soruşsa halıma yanardı, getdi