Gəl Barışaq ft. Almaz Ələsgərli Vüqar Oğlan: Qaraqaşlı, qaragözlü, Şirin sözlü, gülərüzlü, Nədir dərdin, nə küsmüsən, Niyə məndən çəkinirsən? Nə sözün var, de görüm də, Bir mə`nasan ömürümdə. Nədir dərdin, nə küsmüsən,

Bu konu 2884 kez görüntülendi 0 yorum aldı ...
Gel Barışaq ft. Almaz Elesgerli Vüqar 2884 Reviews

    Konuyu değerlendir: Gel Barışaq ft. Almaz Elesgerli Vüqar

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2884 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Gel Barışaq ft. Almaz Elesgerli Vüqar

    Gəl Barışaq ft. Almaz Ələsgərli Vüqar

    Oğlan:
    Qaraqaşlı, qaragözlü,
    Şirin sözlü, gülərüzlü,
    Nədir dərdin, nə küsmüsən,
    Niyə məndən çəkinirsən?
    Nə sözün var, de görüm də,
    Bir mə`nasan ömürümdə.
    Nədir dərdin, nə küsmüsən,
    Nə danışıb, nə dinirsən.

    Biz sevəndə,

    Bağlayanda peymanı
    Böylə deyildik.
    Nələr oldu, nə eşitdin, sənə məndən nə deyildi?

    Nə günah eyləmişəm keç günahımdan barışaq,

    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

    Qız:

    Bir zamanlar ki, sevirdin
    “Sənə aşiqəm deyirdin”,
    Hər dəfə doğum günümdə
    Təzə tər çiçək verirdin.
    Başıma hey dolanırdın,
    Mənim eşqimlə yanırdın.
    Mənlə hər gün görüşürdün
    Təzə bir çiçək verirdin.

    Biz sevəndə,

    Bağlayanda peymanı
    Böylə deyildik.
    Nələr oldu, nə eşitdin, sənə məndən nə deyildi?

    Bir yerdə:

    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

    Oğlan:

    Səbəbin sən özün axtar,
    Şirin idin təzə vaxtlar.
    O çiçəklər ki alırdım
    Sənə hörmətlə verirdim.
    Sonra bir-birinə alışdıq,
    Sən də gözləyirdin artıq.
    O çiçəklər ki alırdım
    Və məhəbbətlə verirdim.

    Sonralarsa düşünürdüm

    Nə çiçək alım ki, mən
    Sən nə qədər gözəl çiçək var
    Onların göyçəyi sənsən.

    Bir yerdə:

    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

    Qız:

    Sən də əvf et məni, ey yar,
    Mənim də bir günahım var.
    Sevərək nazımı çəkirdin,
    Mən də hey naz eləyirdim.

    Biz səhərlər küsüşürdük,

    Yenə axşam görüşürdük.
    Sevərək nazımı çəkirdin,
    Mənsə naz az eləyirdim.

    İndi bildim ki, qıza naz yaraşır

    Oğlana dözmək.
    Hər dəfə barışmaqdan ötrü
    Bir bəhanədir küsmək.

    Bir yerdə:

    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gel Barışaq ft. Almaz Elesgerli Vüqar

          Kategori: Azeri Şarkı Sözleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2884

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş