Bahtiyar Vahapzade Hayatı Azerbaycan edebiyyatının, bütövlükde XX esr poetik fikrinin görkemli nümayendesi, xalq şairi Bextiyar Vahabzadenin adı tekçe respublkamızda deyil, onun serhedlerinden çox-çox uzaqlarda mütefekkir şair, lirik dramaturq, istedadlı alim ve publisist, qeyretli ve cesaretli ictimai xadim, sade ve semimi insan kimi meşhurdur. Tesadüfi deyil ki, onun eserleri - şer kitabları, dramları ve publisist yazıları dünyanın çox dillerinde, o cümleden ingilis, fransız, alman, fars,

Bu konu 2012 kez görüntülendi 1 yorum aldı ...
Bahtiyar Vahapzade 2012 Reviews

    Konuyu değerlendir: Bahtiyar Vahapzade

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2012 kez incelendi.

  1. #1
    bYMuH@mM£d76 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    31.07.08
    Mesajlar
    1.271
    Beğendikleri
    0
    Beğenileri
    56
    @bYMuH@mM£d76
    Tecrübe Puanı
    380

    Standart Bahtiyar Vahapzade

    Bahtiyar Vahapzade Hayatı

    Azerbaycan edebiyyatının, bütövlükde XX esr poetik fikrinin görkemli nümayendesi, xalq şairi Bextiyar Vahabzadenin adı tekçe respublkamızda deyil, onun serhedlerinden çox-çox uzaqlarda mütefekkir şair, lirik dramaturq, istedadlı alim ve publisist, qeyretli ve cesaretli ictimai xadim, sade ve semimi insan kimi meşhurdur. Tesadüfi deyil ki, onun eserleri - şer kitabları, dramları ve publisist yazıları dünyanın çox dillerinde, o cümleden ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar ve köhne Sovyet birliyine dahil olan bir çox salqların dillerine tercüme edilmiş ve bu eserler çox böyük maraq ve sevgi ile qarşılanmışdır.

    Bextiyar Vahabzade Mahmud oğlu 1925-ci ilde Şekide doğulmuş, 1934-cü ilde ailesi ile beraber Bakıya köçmüşdür. 1942-ci ilde orta mektebi bitirib, Bakı Dövlet Universitetinin filologiya fakultesine daxil olmuş, 1947-ci ilde hemin fakulteni bitirib universitetin nezdinde aspiranturaya qebul olunmuşdur.

    1951-ci ilde "S.Vurğunun lirikası" mövzusunda namizedlik, 1964-cü ilde ise "S.Vurğunun heyat ve yaradıcılığı" mövzusunda monografiyasını mödafie edib, filoloji elmler doktoru alimlik derecesini almışdır.

    Bextiyar Vahabzade bedii yaradıcılığa ikinci cahan müharibesi illerinde başlamış, 1945-ci ilde Yazıçılar İttifaqının üzvlüyüne qebul olunmuşdur. Mehsuldar bedii yaradıcılıqla yanaşı, B.Vahabzade 40 ilden artıq Universitetde ders demiş, 1990-ci ilden teqaüde çıxmışdır. 1980-ci Azerbaycan Elmler Akademiyasının müxbir üzvü seçilmişdir.

    B.Vahabzade 70-den artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın ve yüzlerle meqalenin müellifidir. Bakı Akademik Dövlet Dram Teatrının sehnesinde onun "Vicdan", "İkinci ses", "Yağışdan sonra", "Yollara iz düşür", "Feryad", "Hara gedir bu dünya ?", "Özümüzü kesen qılınc", "Cezasız günah", "Dar ağacı" pyesleri tamaşaya qoyulmuşdur. O, tarixi ve müasir mövzuda 20-den artıq iri hecmli poemanın müellifidir.

    O, 1974-cü ilde emekdar incesenet xadini, 1975-ci ilde respublika, 1984-cü ilde ise SSRI Dövlet Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ilde ona "Xalq şairi" adı verilmiş, 1995-ci ilde ise Azerbaycan xalqının milli azadlıq uğrunda mübarizesinde xesusi xidmetlerine göre "İstiqlal" ordeni ile teltif edilmişdir.

    B.Vahabzadenini şerleri obrazların kamilliyi, bedii vasitelerin measirliyi ve orijinallığı ile seçilir. Onun bütün eserlerinde dünyaya felsefi baxış esas yer tutur.

    Son 30-40 ilde Azerbaycan edebiyyatında B.Vahabzade qeder ümumxalq mehebbeti qazanmış ikinci bir şairin adını çekmek çetindir.

    Bedii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fealiyyetle üzvi suretde elaqelendiren B.Vahabzade 5 defe Azerbaycan Ali Sovetine millet vekili seçilmişdir (1980-2000).

    O, hele 60-cı illerden başlayan mili azadlıq herekatının öncüllerinden biri olmuşdur. 1959-cu ilde yazdığı "Gülüstan" poeması ile iki yere parçalanmış Azerbaycanın tarixi faciesini dile getirmiş, rus ve fars imperiasının pençesi altında inleyen Azerbaycan xalqının azadlıq ve istiqlal uğrundakı edaledli mübarizesine qoşulmuşdur.

    Bu poemaya göre 1962-ci ilde şair "Milletçi" damğası ile Universitetden çıxarılmış, yalnız 2 ilden sonra yerine qaytarılmışdır. Sovyet rejiminde milli varlığı tapdanan, her cür mehrumiyyetlere meruz qalan milletin derdlerini remzler ve müxtelif edebi üsullarla ifade itmiş, iri hecmli poemaları ve pyeslerinde hadiseleri ya tarixe, ya da başqa ölkelere keçirerek öz milletinin derdlerini dile getirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa eden eserlerini ise şair, Sovyetler İttifaqı dağılandan sonra "Sandıqdan sesler" başlığı altında neşr etdirmişdir.

    Bu vaxta qeder qüdretli söz ustası, keskin publisist, edebi-bedii prosesin teşkilaçısı kimi tanınan B.Vahabzade son vaxtlar xalqı düşündüren bir çox meselelerde, o cümleden uydurma Qarabağ problemi ile elaqedar meselelerde ağsaqqal kimi ciddi fealiyyet gösterir. Hemçinin o, ana dilimizin saflığı, temizliyi uğrunda daim, yorulmadan mübarize aparır.

    B.Vahabzadenin evi bir növ, milletin ümid qapısına dönmüşdür. Bele ki, respublikanın müxtelif kend ve rayonlarından her gün onlarla mektub alır, neçe-neçe şikayetçini evinde qebul edir, onları dinleyir ve imkan daxilinde her birinin derdine elac etmeye çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi meclislerde, kütlevi informasiya vasitelerindeki çıxışlarında o, xalq menafeyinin esl müdafieçisi, heqiqi veten****** ve ictimai xadim kimi hamının derin hörmet ve mehebbetini qazanmışdır. Yaradıcılığı boyu xalqın istek ve arzularını terennüm eden, bu arzuların heyata keçmesine çalışan vetendaş şair üçün xalqın menafeyi onuın şexsi menafeyine çevrilmişdir


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bahtiyar Vahapzade

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: bYMuH@mM£d76

          Cevaplar: 1

          Görüntüleme: 2012

    ßŶ ๓ยђค๓๓є๔

  2. #2
    Gara Lele
    Gara Lele - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    emeğine sağlık muhammed

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş