asiq mirze mehemmed katip garabagi ( susa,1933,-susa,1988) yüzyıl âşıklarındandır. 1833 yılında Şuşa şehrinde dünyaya gelmiş, 1888 yılında aynı yerde vefat etmiştir. Halk şiirinin çeşitli şekillerinde söy-leyen Kâtip'in elimizde çok az sayıda şiiri vardır. Bu şiirlerini de umumiyetle koşma nazım şekli ile söylemiştir Sevgilisinin vefasızlığını, kendine bir türlü gel-meyişini "Olsun" redifli koşmasında başarılı bir bi-çimde vermiştir. Edebî sanatları ve kelimeleri ustalıkla

Bu konu 19602 kez görüntülendi 11 yorum aldı ...
azerbaycan sairlerinin siirleri 19602 Reviews

    Konuyu değerlendir: azerbaycan sairlerinin siirleri

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 19602 kez incelendi.

  1. #11
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart Cabir Novruz.EŞQ, MƏHƏBBƏT YAŞAYIRSAN...

    Nə zaman ki, rast gəlirəm bir-bir qoşa gəzənlərə,
    Bir-biriyçin yerdən çiçək, göydən ulduz üzənlərə,
    Sevgi üçün hər cəfaya, hər əzaba dözənlərə
    Düşünürəm bu cahanda müqəddəslik yaşar hələ
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

    ***

    Qoca olsun, cavan olsun, zərrə qədər fərqi yoxdur,
    Kim ki, tənha yaşayırsa ruhu yoxdur, qəlbi yoxdur.
    Xilqət üçün eşqdən böyük himn yoxdur, şərqi yoxdur,
    Kafiri də sevən olsa, açar, gözəlləşər hələ
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

    ***

    Onun üçün nə millət var, nə qanun var, nə sərhəd var,
    Ayaqları sayalıdır, onda xeyir-bərəkət var.
    O cahanda hökmransa ədalət var, hürriyyət var,
    O yox isə müdrik şəxslər ləyaqətdən düşər hələ,
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

    ***

    Onun adı çəkiləndə Əsli, Kərəm yada düşür,
    Leyli, Məcnun yada düşür, dərd-ələm yada düşür.
    Füzuli tək yanar ürək, sirli aləm yada düşür,
    Onu məğlub etməyiblər nə bir zülm, nə şər hələ,
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

    ***

    Onu nə var, nə də zinyət əvəz edir bu dünyada,
    Nə bir sərvət, nə bir qüdrət əvəz edir bu dünyada.
    Məhəbbəti, tək məhəbbət əvəz edir bu dünyada,
    Ondan qeyri-dəyərsizdir min cür ləli-gövhər hələ,
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.

    ***

    Sən ona can vermisənsə, verəcəkdir o sənə can,
    Qanımızda, canımızda çağlayır o ölənəcən.
    Axırıncı nəfəsəcən, əzrayılı görənəcən,
    Bizlər gəldi-gedəriyik o əbədi yaşar hələ,
    Eşq, məhəbbət yaşayırsa tükənməyib bəşər hələ.


    GECİKMİŞ MƏHƏBBƏT.


    Sən gizli gəlmisən ömrümə inan.
    Bu gizli eşq ilə yaşayacağam
    Dünyanın ən ağır yükü sayılan,
    Gecikmiş məhəbbət daşıyacağam.
    Sən mənim ömrümdə açan çiçəksən.
    Onu ürəyimdə bəsləyəcəyəm.
    Sən məni heç zaman görməyəcəksən
    Mən səni hər zaman gözləyəcəyəm
    Uzaqdan göz qoyub gözünə sənin
    San ki görəcəyəm Allahımı mən.
    Düşüb qarış - qarış izinə sənin
    Əzbərləyəcəyəm yollarını mən
    Səni zərə - zərə kəşf edəcəyəm
    Səni milyon kərə kəşf edəcəyəm
    Hər günü adınla başlayacağam
    Hər günü adınla bitirəcəyəm.
    Səni röyalarda oxşuyacağam
    Səni xəyallarda itirəcəyəm.
    Sən məni heç zaman duymuycaqsan
    Mən bütün ömrünü izləyəcəyəm
    Sən mənə məhəldə qoymayacaqsan
    Mən səni həmişə səsləyəcəyəm.
    Hər gün mənim üçün doğulacaqsan,
    Hər gün mənim üçün yox olacaqsan,
    Mənim sevincim də sən olacaqsan
    Mənim kədərim də sən olacaqsan.
    Mən sənin adına hər saat, hər an,
    Qəlbimdə məktublar yollayacağam.
    Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
    Mən heç vaxt yadında qalmayacağam.
    Beləcə həsrətlə qalacağam,
    Keçib hər alovdan, keçib hər oddan,
    Böyük əzabından şad olacağam,
    Sən mənə həyatda ən doğma adam,
    Mən sənə yaddan da yad olacağam,
    Sən ömr edəcəksən ayrı adamla,
    Mən kiməm, nəçiyəm bilmiyəcəksən
    Bir gün bu dünyadan sənin adınla,
    Köçüb gedəcəyəm bilmiyəcəksən.....


  2. #12
    BeNdeKiSeN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    29.11.2011
    Yaş;
    38
    Mesajlar
    207
    Konular
    126
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    494
    @BeNdeKiSeN

    Standart Cevap: azerbaycan sairlerinin siirleri

    bu da menen olsun...


    Görənlər nərgisi-məstin, nigarim, öylə məst olmuş,
    Çəkib səf dövri-çeşmində müjəntək paybəst olmuş.

    O gündən kim, qaşın taqi olub taətgəhi-mərdüm,
    Pozulmuş taqi-məscid, rövnəqi-minbər şikəst olmuş.

    Nə xoş ülfət tutub zülfi-siyəh rüxsari-al ilə,
    Təəccüb eylərəm, əf’i gedib atəşpərəst olmuş.

    Olubdur xanəyek əbrulər ilə mərdümi-çeşmin,
    Nə mərdümlik, dəxi əyrilə ol kim, həmnişəst olmuş.

    Səba şərh eyləmiş guya bu gün qəddü rüxi vəsfin
    Ki, gül pəjmürdələnmiş, qaməti-şümşad pəst olmuş.

    Saqınma kim, çıxa sevdayi-eşqin ta əbəd sərdən,
    Dilü can valehü heyran sana ruzi-ələst olmuş.

    Nisari-məqdəminçün can kimi nəqdi-rəvacim var,
    İnanma gər desə əğyar Zakir təngdəst olmuş.


    QASIM BƏY ZAKİR

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş