Kullanıcı Tag Listesi

Təravətli görünmək üçün nə yeyək? Qızartısız və civzəsiz olmaq üçün nə yeyək? Qırışsız olmaq üçün nə yeyək? Hamar və cavan dəri üçün nə yeyək? Sızanaqlarsız yaşamaq üçün nə yeyək? Dərimizin qurumaması üçün nə yeyək? Kapilyar partlamasının qarşını almaq üçün nə yeyək? http://www.fotokritik.com/photos/lowres/0/7/2/072163/0cd316ccefa4571c3b5d6948844c6c9e.jpg

Bu konu 1994 kez görüntülendi 0 yorum aldı ...
Gözəl və sağlam olaq! 1994 Reviews

    Konuyu değerlendir: Gözəl və sağlam olaq!

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1994 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    126
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    553
    @Ayselim

    Standart Gözəl və sağlam olaq!

    Təravətli görünmək üçün nə yeyək?
    Qızartısız və civzəsiz olmaq üçün nə yeyək?
    Qırışsız olmaq üçün nə yeyək?
    Hamar və cavan dəri üçün nə yeyək?
    Sızanaqlarsız yaşamaq üçün nə yeyək?
    Dərimizin qurumaması üçün nə yeyək?
    Kapilyar partlamasının qarşını almaq üçün nə yeyək?




    Elə qida məhsulları var ki, onlar dərinin təravətlənməsində və qidalanmasında və əvəzsizdir. İndi mən sizə elmi baxımdan izah edilmiş məhsullardan yazacağam.


    Təravətli görünmək üçün nə yeyək?
    Narıncı və qırmızı rəngli meyvə və tərəvəzlər: kök, pomidor, ərik, bibər, balqabaq. Bu meyvələr və tərəvəzlərdə dəri toxumalarının yenilənməsi üçün antioksidant olan betakarotin (dərini cavanlaşdıran kremlərin əksəriyyətinin tərkibində retinol var ki, bu da A vitamini deməkdir. Bu da karotindən hazırlanır). Əgər gün ərzində bir neçə kök yemiş olsanız, dəriniz daha təravətli olar və möhkəmlənər.
    Qızartısız və civzəsiz olmaq üçün nə yeyək?
    Bütün göyərtiləri sadalamaq olar. Ən məsləhətlisi ispanaqdır.
    Göyərtilərin tərkibində sink olduğu üçün tibdə yaraların sağalmasında istifadə olunur. Çimnelli isə yağlı qida məhsullarının qəbulunu dayandırmağı, bunun əvəzində həftədə iki dəfə cəfəri, kərəviz, xiyar, pomidor, avokado, limon şirəsi və zeytun yağı ilə hazırlanmış salat yeməyi tövsiyə edir.

    Qırışsız olmaq üçün nə yeyək?
    Qızılbalıq, siyənək, tunes, skumbriya. Dəniz balığı A və D vitaminləri, eləcə də soyuqlamanı götürən Omeqa 3 yaöğ turşularının mənbəyidir. Qan dövranının yaxşılaşması nəticəsində dəri gözəlləşir, qalınlaşır, saçların parıltısı artır. D vitamini və Omeqa 3 hallogen liflərini möhkəmləndirir və bunun sayəsində dəri elastikliyini itirmir. Çənədə civzələr çıxarsa, əti balıqla əvəz edin.

    Hamar və cavan dəri üçün nə yeyək?
    Qoz. –Dietoloqlar qozu əbədi cavanlıq mənbəyi adlandırırlar. Qoz regenerasiya prosesini tezləşdirən, dəri toxumalarını qidalandıran və onu cavanlaşdıran E və koenzin Q 10-la zəngindir. Koenzim Q10 insan orqanizminin özündə istehsal olunur və 30 yaşından sonra bu proses ləngiməyə başlayır. E vitamini isə dəri toxumalarını günəş və zərərli maddələrin təsirindən qoruyur. Qida rasionunuza həftədə 3 dəfə 50 qram qoz, fındıq, badam və s. daxil edin. Əgər allergiyanız varsa, qozu buğda dənələri ilə də əvəz edə bilərsiniz. Onlar E vitamini ilə zəngindir. Əgər dəriniz yağlıdırsa, qozdan istifadə etməməyə çalışın.
    Sızanaqlarsız yaşamaq üçün nə yeyək?
    Sıyıq və buğda unundan çörək. – Dolmuş məsamələr və iltihab bağırsaqlardakı problemlərdən xəbər verir. Bunun üçün sellülozla zəngin olan dənli bitkilərə müraciət etmək lazımdır. Taxıl və paxla epidermisi möhkəmləndirən kollagen və dərinin bərpa edilməsi, qidalanmasında rolu olan B vitamininin istehsalını stimullaşdırır.

    Dərimizin qurumaması üçün nə yeyək?
    Bitki yağı əla qidadır. Bu, dəri toxumalarının tezliklə regenerasiya olunmasında iştirak edən faydalı yağ turşularının mənbəyidir. Bundan əlavə, yağ turşuları olmadan dəri A, D, E vitaminlərini mənimsəyə bilməz. Syuzan Çiminelli hesab edir ki, hətta incə bel üçün belə, bitki yağlarından imtina etmək olmaz. Hər gün yediyiniz salatla bitki yağı əlavə etsəniz, dəriniz qocalmayacaq və vaxtından əvvəl qurumayacaq. Zeytun yağındakı yağ turşuları və B, E vitaminlərinin miqdarı günəbaxandakından 3 dəfə çoxdur.

    Kapilyar partlamasının qarşını almaq üçün nə yeyək?
    Giləmeyvələr. –Kapilyar partlamasından qorunmaq üçün Çimnelli duzlu yeməklərdən imtina etməyi və qara giləmeyvələrdən üz tutmağı məsləhət görür. Məsələn, üzüm, qarağat, quşarmudu. Onların tərkibində kapilyarın divarını möhkəmləndirən kifayət qədər antioksidant var. Eləcə də bütün giləmeyvələrdə damarları möhkəmləndirən, kollagenin formalaşmasına təsir göstərən C vitamini var. Yəqin ki, C vitamininin nələrə qadir olduğunu, insan orqanizmi üçün mühüm sayıldığını, çatışmadıqda isə hansı xəstəliklərin yarandığını az-çox bilirsiniz. Optimal rasion: Birgündənbir səhərlər giləmeyvəli yoğurt yeyin.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gözəl və sağlam olaq!

          Kategori: Sağlıklı Yaşam İçin

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 0

          Görüntüleme: 1994

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş