Hərdən görürsən ki, darıxırsan. Sanki burnunun ucu göynəyir. İçində xiffətini çəkirsən, həsrətsən bir cüt qara gözə. Gün boyu onu axtarırsan, hətta yatanda da dua-dua yalvarırsan Sultanına, “Nə olaydı, bircə yuxu görəydim. O nur dolu gözlər, Haqqın aşiqlik yolu girəydi yuxuma,” - deyə iztirab çəkirsən. “Nə olaydı Sultanım, mərhəmətini əsirgəmə bizdən, Allahım?” - deyə ahu-fəğan edirsən. Güllərə yazırsan adını, gül ətirlinin. Sənə bülbülün halı tanışdı. Ancaq sən bülbüldən betərsən bu an.

Bu konu 3235 kez görüntülendi 2 yorum aldı ...
HƏZİN BİR YALNIZLIQ 3235 Reviews

    Konuyu değerlendir: HƏZİN BİR YALNIZLIQ

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3235 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    02.08.08
    Mesajlar
    1.686
    Beğendikleri
    10
    Beğenileri
    125
    @Ayselim
    Tecrübe Puanı
    501

    Standart HƏZİN BİR YALNIZLIQ

    Hərdən görürsən ki, darıxırsan. Sanki burnunun ucu göynəyir.

    İçində xiffətini çəkirsən, həsrətsən bir cüt qara gözə. Gün boyu onu axtarırsan, hətta yatanda da dua-dua yalvarırsan Sultanına, “Nə olaydı, bircə yuxu görəydim. O nur dolu gözlər, Haqqın aşiqlik yolu girəydi yuxuma,” - deyə iztirab çəkirsən. “Nə olaydı Sultanım, mərhəmətini əsirgəmə bizdən, Allahım?” - deyə ahu-fəğan edirsən. Güllərə yazırsan adını, gül ətirlinin. Sənə bülbülün halı tanışdı. Ancaq sən bülbüldən betərsən bu an. Bülbül səni görsə dərdini unudub səninçün oxuyar şərqilərini. Şam kimi yanırsan mum kimi əriyərək. Ancaq sənin yanmağının yanında şam kölgədə qalır. Şam bir ucdan yanarsa, sənin bütün vücudun yanır durmadan. Mənbə isə qəlbindir. Bütün vücudun gündə neçə dəfə əriyir, muma dönür. Gözlərin də qurutmur yaşını. Heyrət, bir gözdə nə qədər yaş olar. Hardan alır gözlərin bu qədər yaşı. Bəlkə Nil kimi mənbəyi Cənnətdir, çeşmə kimi çağlayan göz yaşlarının. Ümmanları o əmələ gətirdi çağlayaraq Həbibin həsrəti ilə. Sənin yolunun yolçularını, gözləri daima nəmli olanları görəndə səndən utanıram. Düşünürəm, sənin yolunda zənn edirik özümüzü. Ancaq boş içimizi mənasız şeylərlə doldurmağa çalışırıq aldadaraq sənə həsrət könlümüzü. Layiq olduğun kimi tanımırıq səni. Biz bizsiz olmağa razıyıq, Ey Sultan, Sənsiz buraxma bizi. Təhəmmül etmərik buna yaralı qəlbimizlə - demək istəyirəm minlərlə özüm kimilərin əvəzindən. Ancaq döyünən qəlbim “Allah, Allah” atışları ilə məni ayıldır. Sənsiz olmadığımı yenidən anladır bu atışlarıyla mənə. Baş-başa verən ağaclar, mənim həzin yalnızlığım kimi tərk edilmiş xurma ağacının iniltisini xatırladır mənə. Ancaq, mənim ümidsiz halıma “Həbib”inin həsrətindən saralıb- solan Haqq dostuna ünvanlanmış kəlmələr qanad verir: “Sevən sevdiyi ilə bərabər olar.” Yenə qaldırıram əlimi müznib halıma acıyaraq: “Nə olar bir yuxu”, - deyə səsləyirəm Səni.

    Yuxularım Sənsiz qalıb,
    Bilirəm, layiq deyiləm.
    Eşqindən sərxoşam, Gülüm,
    Sənsiz mən ayıq deyiləm.
    Misraları davam etdirir həzin yalnızlığımı.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: HƏZİN BİR YALNIZLIQ

          Kategori: Aşk Hikayeler

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 2

          Görüntüleme: 3235

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  2. #2
    GaRaGaN
    GaRaGaN - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    Alıntı Ayselim Rumuzlu Üyeden Alıntı
    Hərdən görürsən ki, darıxırsan. Sanki burnunun ucu göynəyir.

    Yuxularım Sənsiz qalıb,
    Bilirəm, layiq deyiləm.
    Eşqindən sərxoşam, Gülüm,
    Sənsiz mən ayıq deyiləm.
    Misraları davam etdirir həzin yalnızlığımı.

    €line €meğine Sağlık...

  3. #3
    aybala__@ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    31.07.08
    Mesajlar
    662
    Beğendikleri
    36
    Beğenileri
    44
    @aybala__@
    Tecrübe Puanı
    382

    Standart

    yüreğine emegine saglik aysel cok duygulandırdın meni..tesekkur ederem ...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş