http://www.azerbaijanvision.com/custom/movzular/musiqichiler-karifeyler/habil.jpg Musiqimizin kamanı tarixində təkdi, tənhadı, təkrarsız, bənzərsizdi, əvəzsizdi Habil. Habil kiçik yaşlarından Ağdaş musiqi məktəbində kamança çalmağı öyrənməyə başlayıb. Elə həmin vaxtdan da meylini kamançaya salıb. 1938-ci ildə məktəblərində bayrama həsr edilmiş təntənəli gecə keçirilirdi. Habil ömründə ilk dəfə olaraq həmin gecədə iştirak etdi və sənətdə ilk addımını atdı. Yeddinci sinfi və həm də musiqi

Bu konu 2074 kez görüntülendi 3 yorum aldı ...
Habil Eliyev 2074 Reviews

    Konuyu değerlendir: Habil Eliyev

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2074 kez incelendi.

Konu: Habil Eliyev

  1. #1
    Doktor Amca - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    4.283
    Beğendikleri
    1.689
    Beğenileri
    1.232
    @Doktor Amca
    Tecrübe Puanı
    100

    Standart Habil Eliyev



    Musiqimizin kamanı tarixində təkdi, tənhadı, təkrarsız, bənzərsizdi, əvəzsizdi Habil. Habil kiçik yaşlarından Ağdaş musiqi məktəbində kamança çalmağı öyrənməyə başlayıb. Elə həmin vaxtdan da meylini kamançaya salıb. 1938-ci ildə məktəblərində bayrama həsr edilmiş təntənəli gecə keçirilirdi. Habil ömründə ilk dəfə olaraq həmin gecədə iştirak etdi və sənətdə ilk addımını atdı. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra Habil pedaqoji məktəbə girdi. Müharibə vaxtına düşdüyündən ailə şəraitinin çətinliyinə görə Habil pedaqoji məktəbdə oxumaqla bərabər axşamlar N.B.Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında işləyirdi, kamança çalırdı. 1947-ci ildə Habil Ağdaşda pionərlər evində dərnək rəhbəri oldu.
    1952-ci ildə Bakıya gəlib A.Zeynallı adına Musiqi Məktəbinin kamança şöbəsinə daxil oldu. Görkəmli tarzən Qurban Primovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənməyə başlayır.
    Habil 1953-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. 1961-ci ildə Habilin televiziyada ilk konserti oldu.
    Habil dünyanın bir çox ölkələrində Almaniya, İran, Fransa, Pakistan, İsveçrə, İngiltərə, Hindistan, Hollandiya, Mozambik, Suriya, Y***niya ve s. keçmiş SSRİ-nin respublikalarında qastrol səfərlərində olmuşdur. Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz","Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni həyat-kamança həyatı vermişdir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Habil Eliyev

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Doktor Amca

          Cevaplar: 3

          Görüntüleme: 2074


  2. #2
    GaRaGaN
    GaRaGaN - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    Eline Emeğine Sağlık Dr. Emi...

  3. #3
    DoĞu
    DoĞu - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    emegine saglikk yanliz ben bu yazinin bir çokk yerini anlayamadimm.

  4. #4
    Gara Lele
    Gara Lele - ait Kullanıcı Resmi (Avatar)

    Standart

    eline sağlıkk doktor amca

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş