-
Ümumi məlumat
Şifahi xalq ədəbiyyatının ilk nümunələri – ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədər keçirdikləri hisslərin tərənnümüdir.
Bu hisslərin ilk nümünələri isə əmək nəğmələridir. Folklorun digər formaları – nağıllar, dastanlar, hikmətli sözləri və s. nümunələrdir. Şifahi xalq ədəbiyyatı kollektiv yarandıcılıq olduğu üçün xalqın çox hissəsinin arzu və istəklərini, müxtəlif hadisələrə və cəhətlərə münasibətlərini, tərbiyyəvi görüşlərini xalqın tarix yoluna çox sadə, təmiz və formalaşmış bir şəkildə nəsildən nəsilə sovqat olunub.
Şifahi xalq ədəbiyyatının qələmə alınması – təkcə Azərbaycan ədəbiyyatı üçün yox bir çox başqa elmlərin tarix, coğrafiya, etnoqrafiya və s. inkişafı üçün də böyük rol oynayıb. Məlumdır ki, azərbaycan xalqının dili türk dillərindən biridir və təbiidir ki, qədim türk xalqlarının yaratdığı dastanların süjetləri, motivləri azərbaycan şifahi xalq ədəbiyyatında geniş şəkildə öz əksini tapıb.[1