Liya Vəkilova
Vəkilova/Talışinskaya Liya xanım Mirkazım xan qızı (8.2.1891, Tiflis-19.2.1965, Bakı) - Tiflis qızlar gimnaziyasını qızıl medalla bitirib, müəllimlik edib.
1919-da ailə qurduğu Faris bəy Vəkilovla Parisdə yaşayıb:
1920-26; Parisdə Ortopediya və Masac Məktəbini bitirərək orada işləyib.
1926-da Bakıya dönərək müxtəlif yaradıcı işlərdə çalışıb, əsasən müəllimlik və tərcüməçilik edib.