Aşağı git

Kullanıcı Tag Listesi

1 den 10e kadar. Toplam 10 Sayfa bulundu
  1. #1

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Degerli Ata Sözlerimiz

    Ata Sözlerimiz İş, əmək və sənət Elm, bilik və ağıl Mərdlik igidlik Birlik Haqinda




    əmək və sənət haqqında
    Yazda çalan qışda oynar
    Yanan yerdən tüstü çıxar
    Yeddi ayda bir qarış, bir ayda yeddi qarış
    Yeməyə kömək, işləməyə də kömək
    Yeməyin qulu, işləməyin xəstəsi
    Yüyürək at özünə qamçı vurdurmaz
    Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır
    Yorğanına bax, ayağını uzat
    Kamil bağban çəkər bağın səfasın
    Nə əkərsən, onu biçərsən
    Nə qoyuna gedər, nə qapıda hürər
    Sənət insan üçün xəzinədir
    Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
    Sözün ilə işin bir olsun
    Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın
    Tənbələ iş buyur, o sənə nağıl danışsın
    Tənbəllik azar artırar, işləmək canı saf eylər
    Torpaq deyər: "Öldür məni, dirildim səni!"
    Uzaqdan baxana döyüş asan gələr
    Uzaqdan zurna səsi xoş gələr
    Ustadına gəc baxanın gözlərinə qan damar
    Usta görməyən şagirdin gözü əllərdə qalar
    Uşağa iş buyur, ardınca yüyür
    Halva-halva deməklə ağız şirin olmaz
    Çala-çala çalağan olar
    Çalışqan əl nəyə dəysə qızıl olar
    Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik
    Cəfa çəkməyən səfa görməz.
    Cəhrə əyirsən don yiyəsi olarsan
    Yalançının evi yandı,heç kəs ona inanmadı


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Degerli Ata Sözlerimiz

          Kategori: Güzel Sözler ve SMS Mesajları

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 9

          Görüntüleme: 520

    Konu AyMaRaLCaN tarafından (11.03.13 Saat 17:16 ) değiştirilmiştir. Sebep: Degerli Ata Sözlerimiz

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  2. #2

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Elm, bilik və ağıl haqqında
    Abdaldan paşa olmaz, taxtadan - maşa.
    Ağac bar verəndə başın aşağı dikər
    Ağıl ağıldan üstün olar
    Ağıl yaşda olmaz, başda olar
    Ağıllı baş hər şeydən mənfəət götürər
    Ağıllı qəm yeyər, ağılsız qamçı
    Ağıllı fikir edincə, dəli Kürdən keçər
    Bacarıq ağılın nişanəsidir
    Baxmaqla öyrənmək olsa, it də qəssab olar
    Başı daşa dəyməyincə ağlı başına gəlməz
    Bilmədiyini biləndən sor
    Bilməmək eyib deyil, soruşmamaq eyibdir
    Elm ağılın çırağıdır
    Elmin gücü yıxar bürcü
    Ədəb bazarda satılmaz...
    Göz görmək üçün, ağıl bilmək üçün
    Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
    Hər oxuyan Molla Pənah olmaz
    Qafil yaşamaqdan ölmək yaxşıdır
    Qələm qılıncdan itidir
    Qələm əyri yonulsa da düz yazar
    Qələmin ucu, qılıncın gücü
    Qələm yazanı qılınc poza bilməz
    Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar
    Məkkəyə gedən dəvə hacı olmaz
    Savadsız adam kor kimidir
    Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram"

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  3. #3

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Mərdlik və igidlik haqqında
    Ağalıq verimlədir, igidlik vurumla
    Ağac əyildi, sındı, igid əyildi, öldü
    Aydan arıyam, sudan duru
    Alıcı quş dimdiyindən bilinər
    Alnım açıq, üzüm ağ
    Araba qoş, çarxa dur, Mərd igidə arxa dur
    Aslanın nə erkəyi, nə dişisi
    Asta vur, Rasta vur
    At ət ilə, igid don ilə
    At ölər nalı qalar, İgid ölər namı qalar
    Beş günün yarağı, bir günün gərəyi
    Bir igid qırx ildə meydana gələr
    Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar
    Bir qorxaq bir ordunu bada verər
    Vura bilməyən, daşın böyüyünü götürər
    Vuran igid dayısına gəyişməz
    Vuraram ölər, kiş deyərəm getməz
    Vur qırxı, gedər qorxu
    Vur deyənlə, vuran yarıdır
    Qapan it dişin göstərməz
    Qaçanı qovmazlar
    Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz
    Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş
    Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol
    Qorxaq nə zərər eylər, nə mənfəət.
    Qorxaq hər şeyi dörd görər
    Qorxaq öz kölgəsindən də qorxar
    Qorxan gözə çöp düşər
    Qorxan öküz cütə getməz
    Qorxu adama yalan söylədər
    Qorxu başa bəladır
    Qorunan baş salamat olar.
    Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən
    Qoçdan qoç törər
    Qoç döyüşünə qoç dözər
    Qoç igid qurddan çəkinməz
    Qurbansız bayram olmaz
    Qurddan qorxan qoyun saxlamaz
    Quş var ətin yeyərlər, quş var ət yedirdərlər
    Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç
    Dağlar başına qış, igid başına iş
    Zəri də var, zoru da
    İgid arxasında igid gizlənər
    İgid ağzını açmaz, əlini açar
    İgid qovqasız olmaz
    İgid igidə xor baxmaz
    İgid ilqarından, dəvə ovsarından
    İgidin başı qalda gərək
    İgidin əli işdə gərək
    İgidin yaraşığı sınaqdır
    İgidin süfrəsi açıq olar
    İgidin ürəyi haça olar
    İgid min yaşar, fürsət bir düşər
    İgidlik döyüşdə məlum olar
    İgidlik ondur: biri zordur, doqquzu fənd
    İgid oğul düşmənə əyilməz
    İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana
    İgid ölər, adı qalar
    İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
    Yanında igid olsun, kol dibi evin olsun
    Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
    Yatma tülkü daldasında qoy yesin aslan səni
    Mərddən bir xəta, namərddən min
    Mərd əli kasad olmaz
    Mərdi qova-qova namərd eləmə
    Mərd igidlər süfrə açar, ad alar
    Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar
    Mərdin gözü tox olar, namərdin gözü ac
    Mərd gördüyün deməz
    Mərd mərdi qanar, bərkdə oduna yanar
    Mərd özündən bilər, namərd yoldaşından
    Mərd çörəyini daşdan çıxardar
    Namərddən keç, mərddə dur
    Namərdə yaxa vermə, mərdə arxa ol
    Namərdi bir gördüm, bir də görsəm namərdəm
    Namərdin otağından, mərdin ağac kölgəsi
    Namərdin plovundan, mərdin qaşıq aşı
    Namərdə tuş gələnin işi düyünə düşər
    Pis iş mərdə ar olar, namərd gözü dar olar.
    Təkədə qoç hünəri olmaz

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  4. #4

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Birlik və dostluq haqqında
    Ağıllı düşmən nadan dostdan yaxşıdır
    Arxalı köpək qurd basar
    Baş-başa verməyincə daş yerindən qalxmaz
    Birisi minə bağlıdır, mini də birə
    Bir gün düz yediyin yerə, qırx gün salam ver
    Birlik harada, dirilik orada
    Bir su ki girdi qaba, oldu içməli
    Vəfalı dost yad olmaz, görməsə yüz il səni
    Qarı düşmən dost olmaz
    Qoyun quzusunun ayağını basmaz
    Qonşu qonşuya baxar, canını oda yaxar
    Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar
    Qonşu iti qonşuya hürməz
    Qonşu qonşu olsa kor qız ərə gedər
    Qonşu muncuğunu götürən onu ancaq gorda taxar
    Qonşum sağ olsun, ocağından od verməsin
    Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan
    Qonşunun haqqı axirət haqqıdır
    Qonşu payı dolu gələr, dolu gedər
    Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
    Dağ dağa qovuşmaz, insan insana qovuşar
    Doğru dostluq qərəzsiz olar
    Dost başa baxar, düşmən ayağa
    Dost dost ilə tən gərək, tən olmasa gen gərək
    Dost dosta yaman gündə gərəkdir
    Dost dar gündə tanınar
    Dost ziyankar olmaz, ziyankar da dost olmaz
    Dost yaman gündə tanınar
    Dost yolunda boran olar, qar olar
    Dost yolunda can qurban
    Dostluqla tutub, düşmənliklə yıxma
    Dost min isə azdır, düşmən bir isə çoxdur
    Dostun versə qum, al ovcunda yum!
    Ev alma, qonşu al
    Əli ələ vurarsan, səs çıxar
    Ət ilə dırnaq arasına girən iyiyər çıxar
    Yaxşı dostu yaman gündə sına
    Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın
    Yeməklə dost olan illərlə küsülü qalar
    Yoldaşını nişan ver, özünü tanıt
    Örtülü bazar dostluğu pozar
    Özgə atına minən tez düşər
    Özgə buzovunu güdənin çatısı əlində qalar
    Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar
    Özgəyə quyu qazan özü düşər
    Özgəsinə göz qoyan özünkünü itirər
    Sidq ilə dost olan ürəkdən də bir gərək
    Tək əldən səs çıxmaz
    Hər şeyin təzəsi, dostun köhnəsi
    Çox qarışqa bir şiri öldürər
    Çörək itirən çörək tapmaz.

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  5. #5

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Vətən və el haqqında
    Abadan kənd tüstüsündən bilinər
    Ağac dibindən su içər
    Ağacı içindən qurd yeyər
    Ağac meyvəni dəyənə qədər böyüdər
    Ağac olan yerdə budaq sınar
    Ağac səmtinə yıxılar
    Ağac sınanda budaq nəyə gərəkdir?!
    Ana kimi yar olmaz, Vətən kimi diyar
    Anasından ayrı düşən quzunu qurd yeyər
    Asılsan da uca budaqdan asıl
    Bağa baxarsan bağ olar, baxmazsan dağ olar
    Bu dünyada şirin şey bir anadır, bir Vətən
    Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən"
    Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir
    Vətəndən ayrı düşsəm viran ollam, talannam
    Vətənə gəldim, imana gəldim
    Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi
    Qoçun buynuzu qoça ağırliq eləməz
    Qürbətdə xan olunca, Vətənində dilən, gəz
    Dağ yeri - duman yeri, yurd yeri - guman yeri
    Dam dirək üstə durar
    Doğma yurd şirin olar
    Dünyada Vətəndən əziz nə var?
    Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin
    El ağzını bağlamaq olmaz
    El ağzı faldır
    El arxası çəmən olar
    El atan daş dağdan aşar
    El atan daşa güc düşməz
    El tutanı ər tutar, ər atanı el atar
    El qapısı həm gec, həm güc açılar
    El bir olsa zərbi kərən sındırar
    El dəlisini çölə atmaz
    El elə sığışar, ev evə sığışmaz
    El elin aynasıdır
    Elə arxalanan igidin, arxası yerə dəyməz
    Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz
    Elimə qalsın, günümə qalmasın
    Elin eybini saxlamayan, sənin də eybini saxlamaz
    Elin gözü sərraf olar
    Elin gücü bir olsa, düşməni dara çəkər
    Elin oğlu yumurtaya qulp taxar
    El keçən körpüdən qorxma, sən də keç
    El köçdü, oba qaldı
    El gözündən düşən boy atmaz
    El gözündən düşən gözsüz qalar
    El gücü, sel gücü
    El gücü, yel gücü, sel gücü
    Ellərə gülən canım - indi olub el gülüncü
    El oğrusuz, çöl qurdsuz olmaz
    El öz dəlisini tanıyar
    El sevəni aləm sevər
    Elsiz dağ viranədir
    El tikəni yel yıxa bilməz
    El harda, sən də orda
    El çalan zurnanın səsi uzağa gedər
    Yerlərdir haman yerlər, görünməz oldu illər
    Yer, oturan adamla şərəflənər
    Yersiz gəldi, yerli qaç
    Yurddan çıxsan da, eldən çıxma
    Köçən yurdun qədrini, düşən yurdda bilərlər
    Lələ köçüb, yurdu qalıb
    Lələ var, yurdu yox
    Oba bizə, biz obaya hayanıq
    Oba köçüb, yurdu qalıb
    Ölər Koroğlu getməz bu yurddan
    Sular hərəkətlidir, torpaq bərəkətlidir
    Torpaqda itki olmaz, kötüksüz bitki olmaz
    Uçan damın böyüklüyü binövrəsindən bilinər
    Hər ağac öz dibinə kölgə salar
    Hər quşa öz yuvası doğmadır
    Hər kəsə öz Vətəni əzizdir
    Hər kəsi el istəsə, bülənd olar, ucalar

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  6. #6

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Valideyn və övlad haqqında
    Ana, bala ucundan canını oda yaxar
    Ana qarnında necə qalıbsan?
    Anadan əziz yenə anadır
    Anadan əmdiyim süd burnumdan gəldi
    Analar bizi bu gün üçün doğub
    Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
    Analı quzu, xınalı quzu
    Anan, bacın kimdir? - Yaxın qonşum
    Ananın səbri tükənməz olur
    Anasızın gördüyü iş danlaqsız bitməz
    Anası gəzən ağacları balası budaq-budaq gəzər
    Anasına bax qızını al, Qırağına bax bezini al
    Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər
    Ata-anamı itirdim, özümü yara yetirdim
    Ata-anasına xeyri olmayanın, elə nə xeyri
    Ata-ana sözünə baxmayan xoş gün görməz
    Ata-ananın canı övlada bağlı olar
    Ataya oğul, anaya qul
    Ata malına göz dikən ac olar
    Atam ilə atanı deyincə, özüm ilə özünü de
    Atam gündəni sayır, anam gündədən kəsir
    Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
    Ata olmasan, ata qədri bilməzsən
    Atı atası ilə tanıdarlar, qatırı anası ilə
    Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı
    Böyüyə hörmət vacibdir
    Böyük danışanda kiçik danışmaz
    Böyük danışanı kiçik götürər
    Böyük sözünə baxmayan baxımsız qalar
    Böyük tökəni kiçik yığar
    Böyüyün sözündən çıxmazlar
    Qoca başqa, qocaman başqa
    Qoca qurd kahasından çıxmaz
    Qocadan demək, cavandan əmək
    Qoca evin sütunudur
    Qocaya hörmət elə, sən də qocalacaqsan
    Qocanın biliyi, cavanın biləngi
    Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin
    Qız evlərdə tanınar, ipək dəzgahda
    Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
    Övlad ata-ananın ürəyidir
    Övlad ya ataya oxşar, ya anaya
    Ərkəsöyün böyüyən oğul avara olar
    Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə
    Kiçikdən xəta, böyükdən əta
    Oğlum oğul olsun, kol dibi evim
    Öz anasını sevməyən özgə anasını sevməz
    Uşaq atadan yox, anadan yetim qalar
    Uşaq atasını hamıdan güclü bilər
    Uşağa uşaq deyiblər, böyüyə böyük
    Uşaq evin yaraşığıdır
    Uşaq gördüyün götürər, eşitdiyin deyər
    Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar
    Uşaq sözün düzünü deyər

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  7. #7

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Söz, söhbət, danışıq haqqında
    Abır istəsən çox demə, sağlıq istəsən çox yemə
    Ağzının qaytanı yoxdur
    Adam var gözdən qızar, adam var sözdən qızar
    Adam odur ilqarından dönməyə
    Adam yıxıldığı yerdən qalxar
    Adın nədir? - Rəşid! Birin de, birin eşit!
    Adamın üzünə baxarlar, halını xəbər alarlar
    Ara sözü ev yıxar
    Başa dil gətirəni el gətirə bilməz
    Bildiyindən danış, bilmədiyin səni güdaza verər
    Bir qəlbi ki tikə bilmirsən, niyə yıxırsan?
    Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi
    Bir doğru ki, yalana oxşadı, onu deməzlər
    Bir misqal dilini qoyub, bir batman başı ilə danışır
    Bol çörəyin yoxdur, şirin dilin olsun barı
    Qorxu adama yalan dedirdər
    Damara bax, qan al
    Danışana macal vermir
    Danışmaq gümüş, danışmamaq qızıldır
    Danışıram - pis olur, danışmıram - his olur
    Dedim bir ağız ağla, demədim eli güldür bizə
    Dedim eşidəsən, demədim öyrənəsən!
    Deyə-deyə dilimdə tük bitdi
    Deyən ağılsız olsa, dinləyən ağıllı gərək
    Dilim-dilim olasan, dilim!
    Dilini saxlayan salamat olar
    Dil yalançı olunca, lal olsa yaxşıdır
    Dil ürəyin açarıdır.
    Dil yanılar, doğrusunu deyər
    Dil yarası qılınc yarasından yamandır
    Dinəndə pis olur, dinməyəndə dərd kəsir
    Doğru danışanın papağı yirtıq olar
    Doğru elə bilir hamı doğrudur
    Doğru yalanı qovar
    Doğruya zaval yoxdur, çəksələr min divana
    Doğruluqla dost qapısın dolan gəl öz evin kimi
    Doğru söz acı olar
    Doğru sözdən xəta gəlməz
    Doğru söz dəmiri dələr
    Düzlük xoşbəxtliyin açarıdır
    Düzlük uzanar, qırılmaz
    Düz sözə boynum qıldan nazikdir
    Əvvəl danış, sonra gül
    Əvvəl düşün, sonra danış
    İnsan ölər, söz qalar
    Yağmasan da gürulda
    Yalan ayaq tutar, yeriməz
    Yalan danışan hamını qanmaz bilər
    Yaman dil başa bəladır
    Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz
    Yaman yeyənin olsun, yaman deyənin olmasın
    Yalan ki var, doğrunun quludur
    Yalan söz üz qizardar
    Yalançını mənzilənədək qov!
    Yalançının evinə od düşdü, heç kəs inanmadı
    Yalançının üzü qara olar
    Yalançının hafizəsi olmaz
    Yalançı tamahkarı aldadar
    Kələk ilə gələn külək ilə gedər
    Kişinin sözü bir olar
    Nə dil bilsin, nə dodaq
    Sözü söz kəsər
    Söz bir olsa, dağ oynayar yerindən
    Söz var el içində, söz var ev içində
    Söz vaxtına çəkər
    Söz verər, bez verməz
    Söz qılıncdan kəsərlidir
    Söz danışıqdan keçər
    Sözdən söz götürür
    Sözdən söz çıxar
    Söz doğar
    Söz insanın vuran əlidir
    Söz ki var, dəmirdir, vurduqca uzanar
    Söz götürənin, yer oturanındır
    Sözlə plov olmaz, yağ ilə düyü gərək
    Sözü məqamında deyərlər
    Söz odur ki, haqqa vara
    Söz sözün dayağıdır
    Söz sözü çəkər, arşın bezi
    Sözü ağzında bişir, sonra çıxart
    Sözü at, yiyəsi götürər
    Sözün damarı olar, çəkdikcə uzanar.
    Sözün də qanadı var
    Sözün doğrusun de, min atını çap
    Sözün doğrusunu zarafatla deyərlər
    Sözün ilə işin bir olsun
    Sözün yalanı olmaz, yanlışı olar
    Sözün yaxşısı baldan şirin olar
    Sözünü bilməyənə aşağı başda da yer yoxdur
    Sözü sözdən alarlar
    Söz həyatın bəzəyidir
    Söz çeynəyən çox, söz deyən az
    Söyləyəndən dinləyən arif gərək
    Söyləyən olma, dinləyən ol
    Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq
    Çox bilirsən, az danış
    Çox bilib az danışmaq igidin ləngəridir
    Çox bilən quş dimdiyindən cələyə düşər
    Şirin dil ilanı yuvadan çıxardar.

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  8. #8

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Ehtiyat və sayıqlıq haqqında
    Ağzı əyrini boynunun ardından tanımaq olar
    Arifə bir işarə, qanmaza min toppuz
    At oğurlanandan sonra axur nəyə gərək
    Bir ağızdan çıxan min ağıza yayılar
    Bir daş altda, bir daş üstdə
    Qarğa, qarğa, məndə qoz var
    Qaçırılan fürsət ələ düşməz
    Qurdun qonağlığına get, köpəyi də yanınca apar
    Daldan atılan daş topuğa dəyər
    Düşmən zəif olsa da, ehtiyatı əldən vermə
    Ev bizim, sirr bizim.
    Ehtiyat igidin yaraşığıdır
    Ehtiyatlı oğulun anası ağlamaz
    Eşitdiyinə inanma gördüyünə inan
    İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı
    Yatan itləri oyatma
    Yerin də qulağı var
    Yoldan çıxanı yol vurar
    Yüz ölç, bir biç
    Nə göz görsün, nə ürək bulansın
    Nə eşitsin, nə də qanı qaralsın
    Nə yada sirrini ver, nə namərdə bel bağla
    Nə görsün, nə də hürsün
    On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir
    Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər
    Pusquda oturan yatmaz
    Sirr açandan el qaçar
    Sirrini demə dostuna, dostunun da bir dostu var
    Sonrakı peşmançılıq fayda verməz
    Soruşan dağları aşar, soruşmayan düzdə çaşar
    Xalam bildi - aləm bildi
    Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  9. #9

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    Ümid, arzu və istək haqqında
    Adam adam sayəsində adam olar
    Adamın gərək dili ilə ürəyi bir ola
    Adamın tamarzısı, hər kəsin öz arzusu
    Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar
    Allaha əl çatmır, padşaha söz
    Allahdan buyruq, ağzıma quyruq.
    Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ
    Aman istəyənin boynun vurmazlar
    Arzu bir, ümid iki
    Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
    Atın izi itin izinə qarışmaz
    At ölüb, itlərin bayramıdır
    Axtaran tapar, yoğuran yapar
    Ac toyuq yuxuda darı görər
    Bağbanın könlü olsa, nə gəlib bağda bara
    Bal tutan barmaq yalar
    Balıq istəyən özünü suya vurar
    Başına gələn başmaqçı olar
    Başını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz.
    Bizim evdə də bir gün bayram olar
    Boş çanağı vurur dolu çanağa
    Boyunduruq bilir öküz nə çəkir
    Bu arxa bir su gəlib, ümid var bir də gələ
    Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
    Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş
    Qabaqca danışma!
    Qarğa cəmdək üstə yığılar
    Qoyunu qurda tapşırıb
    Qulağının dibini görəndə...
    Quyuya su tökməklə quyu sulu olmaz
    Qurunun oduna yaş da yanır
    Dağ dağa qovuşmaz, insan insana rast gələr
    Dama dama göl olar, dada dada heç
    Diş tutmayanı, dodaq tutmaz
    Dəvə bir fikir eləsə, sarban iki fikir elər
    Dəvənin quyruğu yerə dəyəndə işim düzələr
    Dəlidən doğru xəbər
    Dərdlərə dərman olub, dərmansız qalan canım
    Dovşanı araba ilə tutur
    Düzdə gəzdi hərləndi, gəldi dağa dirəndi
    Elə bil biyara gedir
    Eşit, inanma
    Əli aşından da oldu, Vəli aşından da...
    İki qoçun başı bir qazanda qaynamaz
    İnək bir, sağan iki
    İnsan istəsə dağı dağ üstə qoyar
    İstədi qaşın qayıra, vurdu gözün çıxartdı
    İstədiyini deyən, istəmədiyini eşidər
    İstədi çıxa dağ başına, daş düşdü sağ başına
    İstəyənin bir üzü qara, verməyənin iki üzü
    İstək gözdə olar, məhəbbət ürəkdə
    İstərəm dosta varam, əlim boş, üzüm qara
    İt dəmirçi dükanından nə aparar?
    İt də getdi, ip də getdi
    Yağ yağa qarışdı, yarmalar yavan qaldı
    Yağışdan çıxdıq yağmura düşdük
    Yazıya pozu yoxdur
    Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən
    Yel aparan yelinki, yerdə qalan mənimki
    Yeməkdən ümid yaxşıdır
    Yıxılan ağaca balta çalan çox olar
    Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur
    Keçənə güzəşt deyərlər
    Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir
    Könülsüz işin axırı olmaz
    Köpəyin qarnı tox gərək
    Kötük üstündə çox budaqlar doğranıb
    Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır
    Göz görmək üçün, könül seçmək üçündür
    Göz görmür, üz utanmır
    Gözü boynunun ardını görəndə...
    Gün batdı - bat, gün çıxdı - çıx!
    Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun
    Nə doğrarsan qabına, o çıxar qaşığına
    Nə əkərsən, onu biçərsən
    Niyyətin hara, mənzilin ora
    Od yanan yerdən işıq gələr
    Olan olub, keçən keçib
    Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır
    Öz-özünü oda yaxır
    Öz-özünü bəyənən ağam vay
    Ölmə eşşəyim, yaz gələr yonca bitər
    Pis günün ömrü az olar
    Pişiyin ağzı ətə çatmayanda deyər iy verir
    Samanlıqda iynə axtarır
    Sınan gəmiyə nə külək
    Suda boğulan saman çöpündən yapışar
    Tez duranla tez evlənən uduzmaz
    Toyun axırında zurna belə səslənər
    Toydan sonra nağara, xoş gəldin, bayram ağa
    Toyun əvvəlinə getmə, axırına da qalma
    Toyunda qəlbirlə su daşıyım
    Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi
    Tula itdən də murdar
    Ucuz ətin şorbası olmaz
    Ürək götürməyəni əl götürməz
    Fikirdən iti gedən şey yoxdur
    Xəstə tələsər, armud vaxtında dəyər
    Haray üzülən canım, ipə düzülən canım
    Heç kəsin çırağı axıracan yanmayıb...
    Hər aydınlığın bir qaranlığı var, hər qaranlığın da bir aydınlığı
    Hər arzu yerinə yetməz
    Hər quşatan ovçu Pirim olmaz
    Hər deyilənə inanmazlar
    Hərə öz atını minib çapır
    Hər için öz yeri, hər sözün öz məqamı var
    Hər parıldayan qızıl olmaz
    Hər saatın bir hökmü var
    Çarx dolanır, gün keçir
    Çıxmayan cana ümid çoxdur
    Çobanın meyli olsa təkədən pendir tutar
    Yanan yerdən tüstü çıxar

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  10. #10

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 25.708.863
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.182 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Cevap: Degeli Ata Sözlerimiz

    İnsan qüsurlarının tənqidi haqqında
    Abdalın qarnı doyunca gözü qapıda qalar
    Abırlı abrından çəkinər, abırsız nədən çəkinər
    Abırsızdan abrını gözlə
    Ağa gətirər navala, xanım tökər çuvala
    Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm
    Ağzına çullu dovşan sığışmır
    Ağıl çox - pul yox, ağıl yox - pul çox
    Ağıllı olan bir dəfə aldanar
    Ağır otur, batman gəl
    Adam var ki, adamların naxşıdır, adam var ki, dindirməsən yaxşıdır
    Adam olmayan yerdə adamdır
    Adamın başına nə bəla gəlsə, dilindən gələr
    Adı it dəftərində də yoxdur
    Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu
    Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq
    Aza qane olmayan çoxa çatmaz
    Ay doğar gədiyindən, utan bir dediyindən
    Ayı qandı, abid qanmadı
    Al - ver deyiblər, al vermə deməyiblər
    Ala itdən məşhurdur
    Aldığını verməz, bildiyini deməz
    Alim olmaq asandır, adam olmaq çətin...
    Artıq tamah baş yarar
    Arı yeyib, namusu atıb dalına
    Bağa qınından çıxdı, qının bəyənmədi
    Bazarın bazar, qadam sənə mərdumazar!
    Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır
    Başını yarıb, ətəyinə qoz tökür
    Başından böyük danışma
    Başı daşa dəyməyincə ağlı başına gəlməz
    Belə otlayan idin, niyə arıq düşdün?
    Beşdə alacağın yox, üçdə verəcəyin
    Bədəsil əsil olmaz, boyunca qızıl qala
    Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər
    Bildiyini babasına da verməz...
    Bir ac qudurar, bir yalavac
    Bir dadanandan qorx, bir qudurandan
    Bir versən bir də istər, yatmağa yer də istər
    Bir qəpiklik qutab kimi özünü ortaya soxma
    Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən
    Bir ziyandan min böhtan doğar
    Bir gözü alça dərir, bir gözü gavalı
    Bir napakdan qorun, bir də köpəkdən
    Bir tikəni bilməyən, min tikəni də bilməz
    Birə bir deyiblər, birə iki deməyiblər
    Boşdan bir çıxar, bərkdən iki
    Boyaqxana küpünü azdırma
    Bu uşaqlıq deyil, şıltaqlıqdır
    Buğda göstərir, arpa satır
    Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
    Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz
    Burda mənəm, Bağdadda kor xəlifə
    Burnun girməyən yerə başını soxma
    Bığdan götürüb, saqqala qoyur
    Varlılığa tələsən, yoxsulluğa tez düşər
    Vəz oxumaq asan işdir, əməl eləyən gərək
    Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz
    Qazan qarası gedər, üz qarası getməz
    Qazancını it yeyər, yaxasını bit
    Qaydanı pozan peşman olar
    Qayınananın gücü qızına çatar
    Qamış ola, gomuş ola, görməmiş ola...
    Qanmaza qoşulanı qanmaz çağırarlar
    Qanı qan ilə yumazlar
    Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən
    Qapıdan qovursan, bacadan gəlir
    Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur
    Qaraçı bir ələk verib, elə bil evə dirək verib
    Kifirə sabun, dəliyə öyüd neyləyər
    Qarğa özün quş bilir, xaşıl özünü aş
    Qarğanı qırğı bilir
    Qarnı tox olan qayğısız olar
    Qarın başa bəladır
    Qarın qardaşdan irəlidir
    Qarın səndən aşağıdır
    Qəlb odur ki, qəlbindəkin deməyə...
    Qorğaya öyrənən çərəzsiz qalmaz
    Qonaq bu il burdadır, gələn il də sərasər
    Qonağa get deməzlər, altından palazı çəkərlər
    Qonşunun toyuğu qonşunun gözünə qaz görünər
    Qurddur, qoyun dərisinə girib
    Qırqovul kimi başını kola soxub, elə bilir görünmür
    Dağarçığını çuval yanına qoyur
    Dadanan qudurandan pis olar
    Dedi - qodu ev yıxar
    Demək olmur gözün üstə qaşın var
    Dəymişin qoyub, kalın dərir
    Dəli qazandı, ağıllı yedi
    Dəli qırmızı sevər, gic - sarı
    Dəli dəlini görəndə çomağını yan tutar
    Dərə xəlvət, tülkü bəy...
    Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar
    Dilinin bəlasını çəkir
    Dilim səni görüm dilim-dilim olasan
    Dili dost, qəlbi qara
    Diriyə hay verməz, ölüyə pay
    Dolunu yeyib, boşa təpik atır
    Duzu yeyib, duzqabını sındırır
    Dığ-dığ adamı azara salar
    Eyibli öz eybini bilsə, başına kilim örtər
    Elə bilir yuxa arasında halva var
    Elə yerdə otur, altına su çıxmasın
    Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir
    Elə elə ki, nə şiş yansın, nə kəbab
    Eşşək palçığa bir dəfə batar
    Əvvəl arxı tullan, sonra bərəkallah de
    Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı
    Ədəbi kimdən öyrəndin, ədəbsizsən
    Əzizim əziz, tərbiyəsi ondan əziz
    Əl qatma harama
    Əlindən bir iş gəlməyən on danışar
    Əsli, nəcabəti olmayana qamçı neylər?
    Əhl ilə daş daşı, naəhl ilə yemə aşı
    Zər ilə olan, zor ilə olmaz
    Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
    İki canbaz bir ipdə oynamaz
    İlqarı olmayanın imanı da olmaz.
    İnsan zülmə tabedir
    İnsan olmayan insan qədrin nə bilər!
    İsti aşa soyuq su qatma
    İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır
    İçdin üzüm suyunu, tökdün üzün suyunu
    İşini möhkəm tut, qonşunu oğru tutma
    Yanan da mən - yaman da mən.
    Yiyəsinə baxıb atın nallayırlar
    Yemə namərd çörəyini, axırda başına vurar
    Yükünü yığdı təpəyə, elə arxa çevirdi
    Yıxılanı vurmazlar
    Yuxarı evə baxıb, aşağı evi yıxma
    Kasıblıq eyib deyil, oğurluq eyibdir
    Keçi can hayında, qəssab piy hayında
    Kiminin əvvəli, kiminin axırı
    Kişi sözü üzə deyər
    Kişi tüpürdüyünü yalamaz
    Kişini tez qocaldar axşamdan yatan arvad
    Kişinin özünə baxma, sözünə bax
    Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər
    Kor kor, gör gör
    Kor tutduğun buraxmaz
    Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir
    Köhnə kəndə təzə nırx qoyur
    Quyu var, suyu yox
    Külək kimi hərdən bir tərəfə əsmə
    Gah nala döyür, gah mıxa.
    Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
    Gedər bağlar qorası, qalar üzlər qarası
    Gedər bu dövran sənə də qalmaz.
    Gəlin bəzənincə toy əldən gedər
    Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa
    Gəmidə oturub gəmiçi ilə vuruşur
    Goru var ki, kəfəni də ola
    Gözlərindən qan damır
    Gözünü qırpdın sənin deyil
    Gündüz gəzər obanı, gecə sancar dabanı
    Günü günə satmazlar
    Gününü düyünləyib göy əsgiyə
    Meşə çaqqalsız olmaz
    Miyançının kisəsi gen olar
    Milçək bir şey deyil, könül bulandırır
    Nəğdi qoyub, nisyə dalınca düşmə
    Nadiri taxtda görüb, Süleymanı qundaqda
    Nə qanır, nə qandırır
    Niyyətin hara, mənzilin ora
    Od düşdüyü yeri yandırar
    Od ilə oynamaq olmaz
    Od olub aləmi yandırır...
    Oddan kül törər, küldən nə törər?
    Oynamaq bilmir, deyir: yerim dardır
    Onun üzü - dəvənin dizi
    Ot kökü üstə bitər
    Oxun atıb, yayın gizlətmə
    Öz ağlını özgəyə vermə
    Özgə evində koxalıq eləməzlər
    Ölüdən də pay istəyir
    Ölünün dalınca danışmazlar
    Örtülü bazar dostluğu pozar
    Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar
    Pay verdi, dalınca xəbər göndərdi
    Paxıl artmaz
    Paxıl olmasan dərdin olmaz
    Pişiyi bağlayıb süfrə açır
    Pul verməz, can verər
    Sayanın quluyam, saymayanın ağası
    Saman sənin deyil, samanlıq ki, sənindir
    Sən ağa, mən ağa, inəkləri kim sağa
    Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
    Sənə vur dedilər, öldür ki, demədilər
    Sənin ipinlə quyuya girmək olmaz
    Səhər gedər naxıra, axşam gələr axıra
    Sirkə nə qədər tünd olsa, öz qabını sındırar
    Siçandan törəyən kəsəyən olar
    Soğan yeməmisən için niyə göynəyir
    Su bir yerdə qalanda iylənər
    Tazıya deyir tut, dovşana deyir qaç
    Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl
    Tutub ucundan, gedir ucuzluğuna
    Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar
    Uman yerdən küsərlər
    Üstü bəzək - altı təzək
    Hazırın naziri
    Hamam suyu ilə özünə dost tutur
    Haram malın bərəkəti olmaz
    Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver
    Hələ quyruğu qapı arasında qalmayıb
    Hər işi tutdun, insafı əldən qoyma
    Hər kəs nə eləsə, özünə elər
    Hayasızdan hayanı saxla
    Çanax öz başında sınar
    Çatana çatır, çatmayana bir daş atır
    Çörəyini özü öz ayağı ilə tapdaladı
    Çörək itirən çörək tapmaz
    Canavardan qorxan meşəyə girməz
    Canavarın nə qocası, nə cavanı
    Cəhənnəmə gedən özünə yoldaş axtarar
    Cücəni payızda sayarlar
    Şadlığına şitlik eləmə
    Şaftalı tabağı kimi ortada durma

    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim

    Azeri Mp3 (11.03.13) Beğenenler

  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Degerli Ata Sözlerimiz


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

Meydana bax meydana obba mp3

SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197