Aşağı git

User Tag List

Sayfa 1 Toplam 4 Sayfadan 1234 SonuncuSonuncu
Toplam 35 adet sonuctan sayfa basi 1 ile 10 arasi kadar sonuc gösteriliyor
  1. #1

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart Azeri Şairlerinden şiirler.




    Ayinə sevər candan rüxsareyi-canani,
    Bir qayətə yetmiş kim, ayrılsa çıxar cani.

    Fəryad ki, əks oldu ol kim görəyim derdim,
    Ayineyi-rüxsarın lövhi-dili-heyrani.

    Ol çahi-zənəxdanda derdim görərəm könlüm,
    Könlümdə görər oldum od çahi-zənəxdani.

    Azadələrin könlün cəm etmiş ikən qəflət,
    prətmə səba, billah, ol zülfi-pərişani.

    Yarə qəmi-pünhanim izhar edə bilməzdim,
    Şadəm ki, rəvan oldu gözdən cigərim qani.

    Dərdü qəmi-pünhanim fəhm etdi el ahimdən,
    Yüz ah ki, faş oldu dərdü qəmi-pünhani.

    Hicran gecəsin görgəc duzəx ələmin bildim
    Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani.

    Candan keçəli buldum rahət qəmi-adəmdən,
    Xoş hikmət ilə buldum ol dərdə bu dərmani.

    Yarəb, nə səbəbdəndir kim, hiç əsər qılmaz,
    Dildarə Füzulinin fəryad ilə əfqani.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azeri Şairlerinden şiirler.

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Dygsuz

          Cevap: 34

          Görüntüleme: 19527

    Azeribalasi (07.07.14) Beğenenler

  2. #2

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart




    Sən, ey on dörd yaşlım, hər elmə yetkin!
    Gözündə əksi var iki aləmin!
    Yeddi yaşın oldu o zaman ki, sən,
    Açıldın gül kimi, güləndə çəmən.
    İndi ki, çatmışdır yaşın on dördə,
    Başın sərv kimi durur göylərdə.
    Qəflətdə oynama, qeyrət vaxtıdır,
    İndi hünər vaxtı, şöhrət vaxtıdır.
    Ucalmaq istəsən, bir kamala çat,
    Kamala ehtiram göstərər həyat.
    Uşaqkən əslini sorsalar bir az.
    Ağac bar verəndə cinsi sorulmaz!
    Elə ki böyüdün, belədir qayda,
    Atanın adından sənə nə fayda?
    Sən, aslanlar kimi keç cəbhələrdən,
    Yalnız hünərinin balası ol sən!
    Səadət kamalla yetişir başa,
    Xalqa hörmət elə, ədəblə yaşa.
    Başına əfsanə düşdüyü zaman
    Allah qorxusunu unutma bir an.
    Öz adına layiq işlər gör ki, sən

    Axırda utanma xəcalətindən.
    Oğul, sözlərimə yaxşı qulaq as!
    Ata nəsihəti faydasız olmaz.
    Görürəm, şöhrətdə ləyaqətin var,
    Şerdə, sənətdə məharətin var.
    Şairlik eləmə Dövrə bax ki, bir„
    Tərif əvəzinə pislənir şer
    Şerdən ucalıq umma dünyada.
    Çünki Nizamiylə qurtardı o da.
    Hərçəndi sənətin çox rütbəsi var»
    Həyata faydalı bir elm axtar.
    Bu əyri cizgilər cədvəlində sən
    Özünü şərh edib, özünü öyrən!
    Ol öz vicdanının sirrinə açar,
    Çünki bu mərifət qəlbə nur saçar,
    Elmlər elmidir demiş peyğəmbər
    Din elmə, təbabət elmi müxtəsər.
    Göbəkdəki ətri bu iki elmin
    Fəqihlə təbibdir bunu bil yəqin.
    Fəqih olsan əgər itaətkar ol,
    Hiylədən, riyadan daim kənar ol.
    İsa mərifətli həkim ol, amma,
    İnsanı öldurən bir həkim olma.

    Bir elm öyrənmək istədikdə sən
    Çalış ki, hər şeyi kamil biləsən.
    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan.
    Məndən söyləməkdir, səndən eşitmək,
    Bir insan əliboş gəzməsin gərək.

    NIZAMI GƏNCƏVI
    Azeribalasi (07.07.14) Beğenenler

  3. #3

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart


    1.QƏZƏL
    Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

    Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan,
    Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

    Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
    Desəm ol bivəfa bilmən, inanarmı inanmazmı?

    Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
    Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

    Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su,
    Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

    Deyildim mən sənə mail, sən etdin əqlimi zail,
    Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?

    Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
    Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?





    2.QƏZƏL
    Ah eylədiyim sərvi-xuramanın üçündür,
    Qan ağladığım qönçeyi-xəndanın üçündür.

    Sərgəştəliyim kakili-mişkinin ucundan
    Aşüftəliyim zülfi-pərişanın üçündür.

    Bimar tənim nərgisi-məstin ələmindən,
    Xunin ciyərim ləli-dürəfşanın üçündür.

    Yaxdım tənimi vəsl günü şəm tək, əmma
    Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

    Qurtarmağa yəğmayi-qəmindən dilü canı,
    Səyim nəzəri-nərgisi-fəttanın üçündür.

    Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,
    Can içrə səni bəslədiyim anın üçündür.

    Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,
    Ol vəsf sənin külbeyi-əhzanın üçündür.




    3.QƏZƏL
    Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
    Zülali-zövq şövqün təşneyi-didar olandan sor!

    Ləbin sirrin gəlib göftarə məndən, özgədən sorma,
    Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor!

    Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
    Kəvakib seyrini şəb ta səhər bidar olandan sor!

    Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,
    Xəbərsiz məstlər bidadını hüşyar olandan sor!

    Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,
    Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor!

    Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,
    Xərabat əhlinin əhvalını xummar olandan sor!

    Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
    Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor




    Azeribalasi (07.07.14) Beğenenler

  4. #4

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart



    Aldı gülzar içre su eksi-üzari-alini,
    Çekdi güller suretin menzur edib timsalini.

    Adın etmiş gün, alıb bir eks mirati-felek,
    Sübh gösterdikde sen rüxsari-ferrüxfalini.

    Şerhe bir gün qıldığın bidadi çekmez heşredek,
    Ol melek kim, yazmaq ister nameyi-emalini.

    Seyli-xun xalın xeyalile pozub göz merdümün,
    Merdüm etmiş çeşmi-xunbare xeyali-xalini.

    Mürği-dil qalmadı kim, seyd olmadı, ey şux çeşm,
    Sakin et pervazden şehbazi-mişginbalini.

    Qoymadın bir kimse cövrün çekmeye, rehm et demi,
    Men qıl xunrizlikden qemzeyi-qettalini.

    Qem günü üstümde senden qeyri yox, ey dudi-ah!
    Lütf qıl, menden götürme sayeyi-iqbalini.

    Ey Füzuli, bes ki, qemnak oldu ehvalın senin,
    Qemden ölsen, hiç kim sormaz dexi ehvalini.

    Füzuli
    Azeribalasi (07.07.14) Beğenenler

  5. #5

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart



    Alem oldu şad senden, men esiri-qem henuz,
    Alem etdi terki-qem, mende qemi-alem henuz.

    Can bağışlardı lebin izhari-göftar eyleyib,
    Vurmadan İsa lebi canbexşlikden dem henuz.

    Secdegah etmişdi eşq ehdi qaşın mehrabını,
    Qılmadan xeyli-melaik secdeyi-Adem henuz.

    Cane derdin, cisme peykanın revan etmişdi hökm,
    Cism ile can irtibatı olmadan möhkem henuz.

    Eşk serf eyler felekden kam hasil qılmağa,
    Bu güher qedrini bilmez dideyi-pürnem henuz.

    Perdeyi-çeşmim meqam etmişdi bir tersabeçe,
    Olmadan mehdi-Mesiha dameni-Meryem henuz.

    Ey Füzuli, eyledi her derde derman ol tebib,
    Bir menim zexmimdir ancaq bulmayan merhem henuz.






    Arizin görse felek, mehr buraxmaz aye
    Zerre, zerre qılıb onu buraxar sehraye.

    Suretin eksin alıb, bağe girer herdem su,
    Reşkden qan içirer bergi-güli-renaye.

    Yeridir eksine ayine demir bend ursa,
    Ne üçün qarşı durur sen kimi bihemtaye.

    Bulduğu yerde hesedden gün urar sayene tiğ
    Ki, refiq olmaya sen mahi-meleksimaye.

    Oxa peykan dikilir qemzen üçün peyveste
    Toxunur tene oxu qaşın ucundan yaye.

    Leli-nabın sifeti, şehdi-müseffadır, leyk
    Acı etmiş onu sefrayi-hesed sehbaye.

    Yar meylin sene salmazsa, Füzuli, ne eceb,
    Nece meyl etmek olur sen kimi bir rüsvaye
    Azeribalasi (07.07.14) Beğenenler

  6. #6

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart



    Aşiq oldum yene bir taze güli-renaye
    Ki, salır al ile her dem meni yüz qovğaye.

    Müşt urub, qalibi-fersudemi geh hebs qılır,
    Geh serasimevü üryan buraxır sehraye.

    Üzümün qani ile sinemi al etdim kim,
    Aleti-senet ola ol büti-bipervaye.

    Bu ne işdir ki, bizi iyne kimi inceldib,
    Salır iplik kimi herdem bir yzun sevdaye.

    Ayağın bağlamış avarelerin senet ile,
    Yox nihayet seri-kuyinde gezen şeydaye.

    Lext-lext olmuş iken, qemze direfşini çekib,
    Çaresiz olmadı bir gün meni-qemfersaye.

    Yaxa çak edeni başmaq kimi salır ayağa,
    Ey Füzuli, bax onun etdiyi istiğnaye.






    Aşiyani-mürği-dil zülfi-perişanındadır,
    Qanda olsam, ey peri, könlüm senin yanındadır.

    Eşq derdile xoşam, el çek elacımdan, tebib,
    Qılma derman kim, helakim zehri-dermanındadır.

    Çekme damen naz edib üftadelerden, vehm qıl,
    Göylere açılmasın eller ki, damanındadır.

    Gözlerim yaşın görüb şur, etme nifret kim, bu hem
    Od nemekdendir ki, leli-şekkerefşanındadır.

    Mesti-xabi-naz olub, cem et dili-sedparemi
    Kim, onun her paresi bir növki-müjganındadır.

    Bes ki, hicranındadır xasiyyeti-qeti-heyat,
    Ol heyat ehline heyranem ki, hicranındadır.

    Ey Füzuli, şem tek mütleq açılmaz yanmadan,
    Tablar kim, sünbülünden rişteyi-canındadır.
    Azeribalasi (07.07.14) Beğenenler

  7. #7

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart



    Bağe gir bülbüle erzi-güli-rüxsar eyle,
    Yıq gülün irzini bülbül gözüne xar eyle.

    Bağ şahidlerine zülf ile çeşmin göster,
    Sünbülü derhem edib, nergisi bimar eyle.

    Qönçeye lafi-letafetde ağız açdırma,
    Lehze-lehze onu şermendeyi-köftar eyle.

    Serve azadelik ismile yaraşmaz yürümek,
    Onu hem şiveyi-reftare giriftar eyle.

    Dari-dünyanı könül, cehd qılıb terk ede gör,
    Xabi-qefletde iken özünü bidar eyle.

    A ciyer zexmi, ağız açma xedengin görüben,
    Yetene razi-nihanım, yeter, izhar eyle.

    Kes, Füzuli, temein qeyr temennalerden,
    Qanda olsan telebi-dövleti-didar eyle.






    Bağe girdim, seri-kuyin anıb efğan etdim,
    Gül görüb, yadın ile çaki-giriban etdim.

    Baxuban nergise, eyyar gözün qıldım yad,
    Nergisi nalevü efğanıma heyran etdim.

    Qönçevü lale deme, dağ qarasın qoparıb,
    Alü alaye sarıb sebzede pünhan etdim.

    Güli-ter üzre düşen şebneme düşdü nezerim,
    Gözümü şövqi-cemalında dürefşan etdim.

    Bergi-gül sanma ki, xunabe töken demde gözüm,
    Neçe yaprağe ciyer qanı silib, qan etdim.

    Görücek sünbülü, andım şikeni-kakilini,
    Sünbülü giryevü ahile perişan etdim.

    Ey Füzuli, revişi-eql melul etdi meni,
    Sehv qıldım ki, cünun derdine derman etdim.
    Azeribalasi (07.07.14) Beğenenler

  8. #8

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart


    Bari-möhnetden nihali-qametin xem olmasın.
    Başımızdan sayeyi-servi-qedin kem olmasın.

    Hasilim rüxsarü lelü çeşmü qemzen olmasa,
    Ömr bir an, bir nefes, bir lehze, bir dem olmasın.

    Gerdi-rahin ezmi-gerdun etdi kim, bu qedr ile
    Şöhreyi-alem hemin İsayi-Meryem olmasın.

    İltimas etdim sebaden tutiya çekdirmeye,
    Ağlama, ey göz, qübari-dergehi nem olmasın.

    Sen tek afet geldiyin bilmişdi kim, heqden melek
    İltimas eylerdi kim, alemde Adem olmasın.

    Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq,
    Bu sözü faş etmesin, rüsvayi-alem olmasın.

    Ey Füzuli, zövqi-derdi-eşqe nöqsan heyfdir,
    Ehtiyat et, penbeyi-dağinde merhem olmasın.
    Azeribalasi (07.07.14) Beğenenler

  9. #9

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart


    Batalı qane oxun dideyi-giryan içre,
    Bir elifdir sanasan kim, yazılar qan içre.

    Yeridir, sineyi-suzanıma gülxen deseler,
    Bes ki, yanmışdır oxun sineyi-suzan içre.

    Canı ten içre ne saxlardım eger bilse idim
    Ki, deyil gizli qemi-leli-lebin can içre.

    Ala gör oxlarını didelerimden, ey dil,
    Heyfdir, olmaya nageh ite müjgan içre.

    Çak könlüm arasında yaraşır peykanın,
    İqdi-şebnem xoş olur qönçeyi-xendan içre.

    Qeddine serv demiş, qönçelerin teninden
    Duramaz badi-seba hiç gülüstan içre.

    Ey Füzuli, kime suzi-dilimi şerh qılım,
    Yox menim kimi yanan ateşi-hicran içre.






    Bezmi-eşq içre şerabımdır sirişki-lalegun,
    Qıldı qem, qeddim büküb, cami-şerabım sernigun.

    Her teref pürxun eliflerdir çekilmiş köksüme,
    Ya havadan mövc urur bağrımdakı deryayi-xun.

    Artırır eyyami-hicranın sirişkim hiddetin,
    Müddeti-eyyam mey keyfiyyetin eyler füzyn.

    Mesken etmiş yar mari-zülfü, çeşmim rexnesin,
    Pend vermiş kim, onu, ondan çıxarmaz min füsun.

    Qeti-ülfet, qaliba, düşvardır kim, eylemiş
    Neqşi-Şirin ile Ferhadı müqeyyed Bisütun.

    Rişteyi-can eyledim peyvend tari-zülfine,
    Ah kim, çekmekde imdad eylemez bexti-zebun.

    Ey Füzuli, men melamet gövherinin genciyem,
    Ejdahadır kim, yatır çevremde zenciri-cünun.
    Azeribalasi (07.07.14) Beğenenler

  10. #10

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    10.864

    Seviye: 55 
    Tecrübe: 25.381.189
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    0
    442 Mesajına 578 Tşk. Aldı

    Mentioned
    0 Post(s)
    Tagged
    1 Thread(s)
    Yazı Boyutu

    Standart



    Bilmez idim, bilmek ağzın sirrini düşvar imiş,
    Ağzını derlerdi yox, dediklerince var imiş.

    Aciz olmuş yıxmağa ah ile kuhi Kuhiken
    Neylesin miskin, onun eşqi hem ol miqdar imiş.

    Daşe çekmiş xelq üçün Ferhad, Şirin suretin,
    Erz qılmış xelqe mehbubin, eceb biar imiş.

    Kebe ehramine zahid, dediler, bel bağladı,
    Eyledim tehqiq, onun bağlandığı zünnar imiş.

    Ömrlerdir eylerem ehvali-dünya imtehan,
    Nerdi-ömrü hasili-dünya heman bir yar imiş.

    Zövqi-didarile dildarın, yox etdim varimi,
    Dövleti-baqi ki, derler, dövleti-didar imiş.

    Dün Füzuli, arizin görgec, revan tapşırdı can,
    Laf edib derdi ki, canım var, emanetdar imiş.




    Bu gün tiğin çekib, çıxmışdır ol namehriban serxoş,
    Saqın, ey rehm eden canine kim, bilmez aman serxoş.

    Ona hüşyar iken derdi-dil istermen deyem, saqi,
    Peyapey sunma camı, qılma ol servi revan serxoş.

    Degil teqvaden etsem bade terkin, vehmim ondandır
    Ki, izhar eyleyim xelq içre eşqin nagahan serxoş.

    Meger qan içmek ile esrümüş nergislerin, ver ne
    Besi mey nuş edenler gördüm, olmaz böyle qan serxoş.

    Meyi-eşqinle sermest olduğum elden nihan qalmaz,
    Mühali-eqldir kim, saxlaya razin nihan serxoş.

    Könül ta oldu bixud, aldı qemzen canımı tenden.
    Verer yeğmaye neqdi-gencin olğac pasiban serxoş.

    Füzuli, qeyr ile xelvet meger bezm etmiş ol gülrux,
    Reqibi-kecrövü gördüm bu gün bari yaman serxoş.





    Budur ferqi, könül, mehşer gününün ruzi-hicrandan
    Kim, ol can dönderer cisme, bu cismi ayırar candan.

    Tutub rahi-edem, bulmuş dehanından könül kamın,
    Mene hem cezmdir ol ezm, men hem qalmazam andan.

    Qemim şerh etmek içün isterem her gördüyüm saet
    Tutam damanını, deymez elim çaki-giribandan.

    Tevafi-kuyin isterdim qılam, bari-qemi-eşqin
    Xem etdi qametim, yollar tutuldu xari-müjgandan.

    Ne xoş ülfet tutubdur natevan cismimle can, guya
    Sanır bir tari-mudur o seri-zülfi-perişandan.

    Oxun geldikde çeşmim tökse bağrım qanın ondandır,
    Ki, bağrım qanına yer qalmadı sinemde peykandan.

    Sitem daşı, melamet xenceri, bidad şemşiri,
    Füzuli, her cefa kim gelse xoşdur cane, canandan.
    Azeribalasi (07.07.14) Beğenenler

  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Azeri Şairlerinden şiirler.


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197