Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    08.10.10
    Bulunduğu Yer
    Türkiye
    Yaş
    54
    Mesajlar
    573
    Tecrübe Puanı
    549

    Seviye: 36 
    Tecrübe: 824.588
    Sonraki Seviye: 1.000.000

    Beğendikleri
    1.302
    384 Mesajına 756 Tşk. Aldı

    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    5 Konu
    Yazı Boyutu

    Harika Ağla, qerenfil, ağla!


    AĞLA, QƏRƏNFİL, AĞLA
    (şehidlerimize ağıt)

    Göylər yaman qarışıq,
    Ağla, qərənfil, ağla!
    Sis gəlir qan-qarışıq,
    Ağla, Qərənfil, ağla!

    Dünyada vəsvəsə var,
    Sirr düyünlü kisə var,
    Bu gecədə neşe var,
    Ağla Qərənfil, ağla!

    Bu gecə - ifrit gecə,
    Bu gecə - nifret gecə.
    Qudurmuş bir it gecə,
    Ağla, Qərənfil, ağla!

    Gecə fitnə toxuyur,
    Kim yazar, kim oxuyur?!
    Bu hava qan qoxuyur,
    Ağla, Qərənfil, ağla!

    Bu gecə - cəllad gecə,
    Bu gecə - zülmət gecə,
    Bu gecə - zillət gecə,
    Ağla, Qərənfil, ağla!

    Göy Qübbe Yere çökür,
    Hönkürür hönkür-hönkür,
    Bu gecə ağrı çəkir:
    Ağla, Qərənfil, ağla!

    Sanki dünya dağılar:
    İncik göyler boğular.
    Bu gecə şər doğulur,
    Ağla, Qərənfil, ağla!

    Donuxub bəşər endi,
    Meydan yenə sərin idi.
    Qopacaq məhşər indi:
    Ağla, Qərənfil, ağla

    Gecə qurşun doğacaq,
    Qan qoşun doğacaq,
    Qan bayquşun doğacaq,
    Ağla, Qərənfil, ağla!

    Eliyalınlar üstə
    Tank gəlir deste-deste-
    Celladlar durub qəsde:
    Ağla, Qərənfil, ağla!

    Yoluna güllə çıxsaq,
    Evezi: güllə ancaq! ..
    Dost - zeif, düşmən - alçaq!
    Ağla, Qərənfil, ağla!

    Getməyə yerim mi var,
    Adilmi, kerimmî var?!
    Qarabekirimmi var?! -
    Ağla Qərənfil, ağla

    Yol direndi yoxuşa,
    Gelmezini Enver paşa?!
    Bu dərdi çaxsın daşa -
    Ağla, Qərənfil, ağla!

    Qanımızı nə çəkdi?!
    Ömür solmuş çiçekdi ...
    Nuru paşa gecikdi,
    Ağla, Qərənfil, ağla!

    Düşünülmüş planlar,
    Gerçekleşmiş yalanlar...
    Şahe qalxıb İlanlar,
    Ağla, Qərənfil, ağla!

    Qefil toplar qışqırıq,
    Göz qorxudur, diş qırır,
    Bu gecə qan fışqırır,
    Ağla, Qərənfil, ağla!

    Qırırlar - bizik deye!
    Haqq işə düzü deye!
    Astarsız üzük deyə,
    Ağla, Qərənfil, ağla!

    Ev-eşik gülləbaran,
    Kesilmir güllə bir an.
    Qurşun yeyir yenə, Piran,
    Ağla, Qərənfil, ağla!

    Doxsan - bizə nes ildi:
    Haqq-edalet nazildi.
    Nəfəsimiz kəsildi,
    Ağla, Qərənfil, ağla!

    Gecə əriməz daha,
    Çətin çıxaq səhərə ...
    Bu fəryada, bu aha
    Ağla, Qərənfil, ağla!

    Lailaheillellah! Lailaheillallah!
    Qurşağa cixdi günah!
    Qaldımi haqqa pənah?!
    Ağla, Qərənfil, ağla!

    Kollardan o səddi hanı?!
    Can gedib, cəsəd hanı?!
    Əcəlləri fürsət hanı?!
    Ağla, Qərənfil, ağla!

    Qərənfil - şəhid qanı!
    Qan apardı dünyanı ...
    Ağla, inlet meydanı,
    Ağla, Qərənfil, ağla!

    Cavanlara qıydılar:
    Tanklar altda goydular.
    Qanım içib doydular,
    Ağla, Qərənfil, ağla!

    Sine yırtsın analar!
    Saç qopartsın analar!
    Ərzi qabartsın analar,
    Ağla, Qərənfil, ağla!

    Hər şəhidə bir düzüm.
    Abşeron - qan dənizim.
    Sən - menim ağlar gözüm,
    Ağla, Qərənfil, ağla!

    Uzaq mənzil, acı yol!
    Yoldu, yol, Əlacı yol!
    Şəhidin bacı ol:
    Ağla, Qərənfil, ağla!

    Bağ öldü, xezel ağlar,
    Bülbüller ezel ağlar.
    Gözəllər gözəl ağlar:
    Ağla, Qərənfil, ağla!

    Millətin bağrı zədə,
    Vurmıxur qorxu, hədə,
    Ağla, öz dərdinə də;
    Ağla Qerenfil. ağla!

    Nə ocaqdı çatmısan?!
    Fələyi ağlatmısan!
    Al qanıma batmısan,
    Ağla, Qərənfil, ağla!

    Eşq, sevda gilesiydin,
    Xonçada gelesiydin,
    Toylarda gülesiydin,
    Ağla, Qərənfil, ağla!

    Daha səni gördükcə
    Gözə batar o gecə.
    Bu gücsüzə, o gücə
    Ağla, Qərənfil, ağla!

    Kərbəla - qan çöllərə,
    Puç olan qönçelere -
    Nazenin incəlere
    Ağla, Qərənfil, ağla!

    Bexti asılan qıza,
    Hünəri aslan qıza,
    Toyu yas olan qıza
    Ağla, Qərənfil, ağla!

    Ağla, ürək boşalsın,
    Ünün göye baş alsın!
    Ağla, dağlar yumşalsın,
    Ağla, Qərənfil, ağla!

    Bu teklenmiş sirleri,
    Bu arxasi qəhrəmanları,
    Bu talesiz itələyər
    Ağla, Qərənfil, ağla!

    Bu, günahsız qanlara,
    Bu didilmiş canlara,
    Bu cansız cavanlara
    Ağla, Qərənfil, ağla!

    Bu bədənsiz qollara,
    Bu uçurum yollara,
    Bu yiyəsiz qullara
    Ağla, Qərənfil, ağla!

    Bu sengimez ağrıya,
    Bu qan sızan sargıya,
    Bu Allahsız qurğuya
    Ağla, Qərənfil, ağla!

    Bu qara yazılara,
    Bu körpə quzulara,
    Bu ölən arzulara
    Ağla, Qərənfil, ağla!

    Hara gedir bu qanlar?!
    Od püskürür vulkanlar!
    Boş əlimiz - qalxanlar,
    Ağla, Qərənfil, ağla!

    Xeyre şər üstün gəldi,
    İniltili ün gəldi ...
    Ağlamalı gün gəldi:
    Ağla, Qərənfil, ağla!

    Memmed Aslan (Məmməd Muxtar oğlu Aslanov)
    .


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ağla, qerenfil, ağla!

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Turkuaz&Tr.

          Cevaplar: 0

          Görüntüleme: 1847

    AZERBAYCAN BAYRAĞINDA MAVİ; TÜRKLÜK, BAĞIMSIZLIK VE GÖĞ'Ü İFADE EDER. MAVİ ÖZGÜRLÜK, MAVİ SONSUZLUKTUR.




    ''UYUYAN MİLLETLER YA ÖLÜR,
    YA DA KÖLE OLARAK UYANIR''

    Gazi Mustafa KEMAL
    Azeri Mp3 (30.08.13),Azeribalasi (30.08.13) Beğenenler

  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Ağla, qerenfil, ağla!


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

agla qerenfil agla

agla qerenfil agla seir
memmed aslan agla qerenfil agla seiri
qerenfil seiri
qerenfil sekilleri
agla qerenfil agla seiriağla qagla qerenfil agla memmed aslanqerenfil sekliagla qerenfilqerenfil resimlerimemmed aslan agla qerenfil aglaagla qerenfil seirağla qerenfil ağla agla qerenfil seiriagla qqerenfilmemmed aslan agla qerenfilqerenfil wekilleriqerenfil haqqinda seirqerenfil seirleriMp3 agla qerenfil agla yukleQerenfil seragla qerenfil agla şiiriQERENFİL ŞEİRİqerenfil shekilleriağla qerenfil ağla şeiri agla qerrnfilQerenfil.seyiritan tasci agla agla cep mabi indiriki qerenfil sekliAğla qerenfil mp3qerenfil sekli yukle agla qerenfil agla kim yazibQerenfil.seirağla qerenfilqerenfil weiragla qerenfil agla seirini kim yazib.MEMED ASLAN AGLA QERENFIL AGLAaqla qerenfil aqlaqerenfil seiraqla qerenfil aqla fullagla qerenfil şeiragla qerenfil agla seiri orginalmemmed aslanin agla qerenfil agla seiri
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197