Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Azeri Manhnı Cavabdehi
    • Array

    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.713
    Tecrübe Puanı
    100

    Seviye: 59 
    Tecrübe: 47.530.394
    Sonraki Seviye: 47.989.448

    Beğendikleri
    9.748
    5.254 Mesajına 10.992 Tşk. Aldı

    Bahsedildi
    16 Mesaj
    Etiketlenmiş
    27 Konu
    Yazı Boyutu

    Standart Abbasqulu ağa Bakıxanov - Şeirleri


    Abbasqulu ağa Bakıxanov -Şiirleri




    Abbasqulu ağa Bakıxanov Azəbaycan mədəniyyətinin inkişaf tarixinə böyük
    alim, müfəfəkkir, tarixçi, filosof və şair kimi daxil olmuşdur. O, 1794-cu il iyun
    ayının 21-də Bakı qəzasının Əmirhacıyan kəndində doğulmuş, uşaqlıq çağlarını
    doğma yurdda, oraya yaxın olan Balaxanı vəMaştağa kəndlərində yeniyetməlik
    və ilk gənclik dövrunü isə Qubada, atasının Əmsar kəndindəki malikanəsində
    keçirmişdir.
    1819-cu ilin dekabr ayında Tiflisə gedib orada Qafqazın baş hakimi general
    A.P. Yermolovun idarəsində Şərq dilləri üzrə mütərcim vəzifəsinə qəbul
    edişmişdir. Rəsmi dövlət qulluğu Rusiya-İran və Rusiya-Türkiyə müharibələri
    dövrünə təsadüf etdiyindən o, bir sıra hərbi səfərlərdə iştirak etmiş, bacarıqlı
    ictimai xadim-diplomat kimi ianınmışdır. Hərbi xidmət sahəsində poikovnik
    rütbəsinə yüksələn A.Bakıxanov rəsmi dövlət qulluğunda çalışmaqla yanaşı elmi
    və ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, muxtəlij illərdə "Qanuni-Qüdsi",
    "Təhzibi-əxlaq", "Kitabi-nəsihət", "Kitabi-Əsgəriyyə", "Mişkatül- I ənvar " və b.
    əsərlərini yazmışdır.
    1845-ci ildə Şərqə səyahət fikrinə düşür. 1846-cı ilin martında səfərə
    çıxaraq, əvvəl İrana, oradan Türkiyəyə gedir. Bir ay Ustambulda qalır, Misiri
    gəzdikdən sonra Məkkəyə gedir. Lakin vaxtsız ölüm səyahətini davam etdirməyə
    ona imkan verməmişdir.
    A.Bakıxanov 1847-ci ildə Məkkə ilə Mədinə arasındakı "Vadiyi-Fatimə"də
    vəba xəstəlıyindən vəfat etmiş və orada dəfn edilmişdir. Şeirlərindən nümunələr
    "Bədü əsərləri" kitabından (1964) götürülmüşdür.

    QƏZƏLLƏR
    Gözlərin kim, aşiqə məxmur şəklin göstərir,
    Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərir.
    Bəs ki, çəkdim qamətin yadilə ahi-atəşin, -
    Xatirim nari-şəcərdən Tur şəklin göstərir.
    Nəşeyi-meyxarə bais olduğun bildim, kimin
    Bir pərivəş can ara məstur şəklin göstərir.
    Kuyi-canandan cüda aşiqlar əhvalın desəm,
    Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.
    Qamət üzrə taqği-geysudən asılmış, həqqi var,
    Dil "ənəlhqq" söyləsə, Mənsur şəklin göstərir.
    Asimanda kövkəbi-səd olsa, Əsəd yerdədir,
    Bu səbəbdən yer səvadi nur şəklin göstərir.
    Töhfeyi-babi-Süleyman söyləsəm, Qüdsi, nolur,
    Bu qəzəl rani-mələxlə mur şəklin göstərir.
    * * *
    Arizu eylər könül dildar gəlsin, gəlmədi,
    Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
    Hər pərivəş cilveyi-hüsn eyləmiş, mən gözlədim
    Dilrübalər fövcinə sərdar gəlsin, gəlmədi.
    Canə gəldim bivəfalar ülfətindən, istərəm
    Bir vəfa rəsmində sabit yar gəlsin, gəlmədi.
    Dərdü möhnət keçdi həddən, bəs ki, çəkdim intizar,
    Gözlədim ol şux gülrüxsar gəlsin, gəlmədi.
    Ləhceyi-canpərvərindən şur salsın aləmə,
    Əndəlibi-şaxeyi-gülzar gəlsin, gəlmədi.
    İstədim, Qüdsi, deyim vəsfi-cəmalın dilbərin,
    Kuşiş etdim, zineti-göftar gəlsin, gəlmədi.
    * **
    Dil eşq yolunda zar olubdur,
    Bir gül həvəsində xar olubdur.
    Xunabə dönübdü rəngi-zərdim,
    Bu gülşən üçün bahar olubdur.
    Dövrani-fələk müxalif olmuş,
    Can düşməni-ruzigar olubdur.
    Dilbər qəmi, dustlər fəraqi,
    Dərdim bir ikən bəzar olubdur.
    Mən etmə, kəlamım olsa dilsuz,
    Söz mənşəyi pürşərar olubdur.
    Xunin ciyərim bəsani-lalə,
    Əfsurdəvü daği-dar olubdur.
    Qəm bihədü dərd binihayət
    Möhnət dəxi bişümar olubdur.
    Hicran sitəmi alıb qərarım,
    Gün nuri gözümdə tar olubdur.
    Hicrində düşüb bəlayə,
    Qüdsi Sərgəştəvü biqərar olubdur.
    * * *
    Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
    Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə.
    Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
    Nə məharət eləmiş saqiyi-yarım bu gecə!
    Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var,
    Almasaydı əgər o, səbrü qərarım bu gecə.
    Üzünü yad eləyib gözlərimə axdı qanı,
    Batinü zahir olub güllü baharım bu gecə.
    Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
    Nə qiyamət eləyir laləzarım bu gecə.
    Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
    O çəmənzarı dilər bülbüli-zarım bu gecə.
    Kakilindən hələ mən bircə dügün açmamışam,
    Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.
    Pisləyirsən gözəli sən necə hər an, ey şeyx?
    Bu necə əql, nə insaf, nə iman, ey şeyx?
    Sevgini xəlqə həram etdin əzəldən, lakin
    Qəlbini çaldı sənin huriyi-qılman, ey şeyx!
    Hər nədən məst olursan, nə təfavüt, məstsən,
    Məstliyinlə bizi sən eylədin heyran, ey şeyx!
    Nə üçün inciyəsən, üzr varındır hər an,
    Olmusan cümlə təriqətlərə nadan, ey şeyx!
    Bir baxaq biz içirik, məst oluruq bir meydən,
    Söylə verdik bu işilə kimə nöqsan, ey şeyx!
    De görək ki, nə olub hasilin ol məsciddən,
    Nə verib ömrünə bu naləvü əfqan, ey şeyx!
    Qüdsiyə vermə nəsihət belə boş baş ilə sən,
    Onu almış ələ bir zülfi-pərişan, ey şeyx!
    MÜXƏMMƏSLƏR
    Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdür,
    Əyyami-vüsalın şəbi-hicranə dönübdür.
    Bülbül tək işin naləvü əfqanə dönübdür,
    Tiflisə nəzər qıl ki, gülüstanə dönübdür.
    Hər bir gözəli afətü cananə dönübdür.
    İrs ilə yetib bunlara asari-vəcahət,
    Geysuləri sünbül tək alıb tabü təravət
    Qamətləri dünyaya salıb türfə qiyamət,
    Hər dilbərə bir növ verib rəngi-nəzakət,
    Kür suyu məgər çeşmeyi-heyvanə dönübdür?
    Hər şuxi-pəripeykər açıb türreyi-tərrar,
    Dildadələri etmək üçün damə giriftar.
    Səyyadi-sitəmgər bu güzərgahda çox var,
    Ahubeçələr tək doludur kuçəvü bazar,
    Çin mülkimə bu mənzili-viranə dönübdür.
    Hər kim gələ Tiflisə tamaşa tələbindən,
    Zülfi-ruxi-məhvəşləri görmək səbəbindən,
    Görməz əsəri-rahəti-can ruzü şəbindən,
    Xoşləhcə pərizadələrin ləli-ləbindən,
    Bu kişvəri-pürşur Bədəxşanə dönübdür.
    Bunlarda bu yarəb, nə səfadır fərəhəngiz,
    Hər sərvqədin şiveyi-rüxsan bəlaxiz,
    Rüxsari-niku, türreyi-mişkini dilaviz,
    Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,
    Qan tökmək üçün hər müjə peykanə dönübdür.
    Hərçənd bu gülzardə çox dilbəri gördüm,
    Can qəsdim edən şuxi-sitəmküstəri gördüm,
    Arizləri mehtaba bərabərləri gördüm,
    Əvvəl yetişən gündə ki, İskəndəri gördüm,
    Aya bu mələkdir, dedim, insanə dönübdür.
    Qüdsi ki, dəmi-qüdsi vurub lafi-təvəüa,
    Tən eylər idi görsə birin valehü-şeyda,
    Tərk eyləmiş islamı görüb bunları hala,
    İstər ola çarubkeşi-səhni-kəlisa,
    Zünnar salıb boynuna, Sənana dönübdür.
    * * *
    Dila! Əzm eylə sən bülbül sifət gülzarə, bismillah,
    Muradın olsa meyl etmək fəğanü zarə, bismillah,
    Gər istərsən müdam olmaq cigər sədpara, bismillah,
    Qərəz fikrin tamaşadır əgər dildarə, bismillah,
    Nəzər qıl ləli-canbəxşi-rüxi-gülnarə, bismillah.
    Təmənnasında gün-gündən məni-dilxuni şeyda qıl;
    Gərəkməz namü namusum, qəmi-eşqilə rüsva qıl,
    Verib dünyavü din nəqdin məlai-vəslə sevda qıl.
    Əgər yox dəstrəs sevdayə bari get tamaşa qıl,
    Gəlibdir Yusifi-gülpirəhən bazarə, bismillah.
    Çəkərdin arizu daim deyirdin şövqi-yar ilə -
    Ki, düşsün ittifaqi-vüslət ol siminüzar ilə,
    Edim canım ona təslim zövqü etibar ilə,
    Durubdur ol büti-sərməst tiği-abidar ilə,
    Sözün gər doğrudur, ey aşiqi-biçarə, bismillah.
    Demişdin, ey büti-tərsanikəc, bərhəmzəni-aləm –
    Ki, etməm aşiqimdən mən yaman gün iltifatim kəm.
    Alıbdır səbrimi dərdü bəla can qəsdin eylər həm,
    Əgər iqrarı sabitsən vəfa həngamidir bu dəm,
    Tərəhhüm qıl, qədəm bas dideyi-xunbarə, bismillah.
    Olubdur qərqi-xunabi-cigər çeşmi-tərin, Qüdsi,
    Yanıbdır daği-möhnətdən düi-qəmpərvərin, Qüdsi,
    Gətir təqrirə bir-bir yarə ərz et qəmlərin, Qüdsi,
    Əgər bu şivədən dilgir olarsa dilbərin, Qüdsi,
    Şüru eylə bir özgə vəchlə izhara, bismillah.

    MİŞKATÜL-ƏNVAR

    İxtisarla

    Ey düzlüyü sevən, eşqi gəl eyləmə məzəmmət,
    Zahidlikdə mən görmürəm nicat üçün əlamət.
    Küfrilə din heyran qalıb, onlar kimi arayır?
    Daraq kimin mişk ətirli saçlarını darayır?!
    Mən duyuram ruhoxşayan yar ətrini inanın,
    Can mülkündən xəbər verir iltifati cananın.
    Nəşə verdi yar canından nuş etdiyim hər damla,
    Adı ilə bəzədim bu kitabımı inamla.
    Çünki onun hümmətinin feyzi ilə bu pak can,
    Günəş kimi tülu etdi sanki qara torpaqdan.
    Hər nə qədər tərifini mən söyləsəm var yeri,
    Odur bizə kəşf eyləyən bilinməyən şeyləri.
    O səadət günəşidir mənə işıq, nur verən,
    Odur mənim hər zərrəmdə yüz möcüzə göstərən.
    Bu canımdir ancaq onun bir müşkatul-ənvari,
    Bu qəlbimin xəznəsidir o məxzənül-əsrari.
    Bu kitabda istəyirəm yazım onun sirrindən,
    Qoy "Mişkatül-ənvar" - deyə adlandırım onu mən.
    Qəribədir, tarixi də sanki doğmuş əsrardən,
    Hasil oldu can adı da bu "Mişkatül-ənvar"dən.
    Ey misilsiz cavan, çalış hümmət eylə hər işə,
    Cavanbəxtsən, qoca kimi tədbirli ol həmişə.
    Cavanlıqda dərdlər səni tez qocaltdı, durma get!
    "Var"ın, "yox"un cəfasından varlığını xilas et!
    Ey işıqsız yar gözünə nur bəxş edən gün kimi,
    Ey zavallı aşiqlərin dərdlərinin həkimi.
    Bu xəstəyə öz qəmzəndən lütf et, bir dərman göndər,
    Gülüşündən bu ölmüşə ruh ver, yeni can göndər.
    Qüdsini sən bu səhrada qoyma qalsın sərsəri,
    Öz yolunu itirənin, axı, sənsən rəhbəri.
    Həqiqətə çatmaq üçün mənə doğru yol göstər,
    Nədə bir səhv etsəm onu, bir mürəbbim ol, göstər!

    FİKRİN İZAHl

    Ömür keçdi boş-boşuna, etdik daim ahü vah,
    Keçdi xoşluq zamanları, çatdı bəla günü, ah!
    Ey saqi, ver piyaləni, doldur, içim durmadan,
    Bəlkə şadlıq bir də gəlsin qəlb evinə meyhiman.
    Əl tutmasan qəmlər məni məhv eyləyər, yaxşı bil,
    Ona görə verdiyin su adlanmada Səlsəbil.
    Ey saqi, gəl atəşimə bir su çilə, çat dada,
    Qızışdırsın ta ki, o su atəşimi daha da.
    Qəlb evinin təmizliyi o şərabdan pay alar,
    Su deyilir ona, lakin bir atəşdir aşikar.
    Ey saqi, bu ruzigardan mən də bir kam almadım,
    Bir badə ver, ənbər içən, çağırılsın qoy adım.
    Bəlkə o mey nicat verə mənə sonsuz kədərdən,
    Torpağıma ruh piləyə, cana gələm bir də mən.
    Ey saqi, bir ayna ver ki, dünyaları seyr edim,
    Tut qarşımda, sənə gözəl bir macəra söyləyim.
    Tuti ayna görən kimi məlumdur ki, dil açar,
    Sən də sudan bir ayna tut, sirlər edim aşikar.
    Saqi, mənə abi-həyat peymanəsi əta et,
    Əsrlərin günəşilə bu dərdimə dəva et!
    Qoy yarımın surətini mən göstərim badədə,
    Əhsən desin bu qüdrətə yar da, mən də, badə də.
    Bu dünyada hər kəs olur vəchlə kamiran,
    Zülmətdən - Xızr, mənsə günəş çeşməsindən hər zaman.
    Ey saqi, mən dərd içində avarayəm ruzü şəb,
    Heyranlığın səhrasında dolanıram təşnələb.
    Susuzluğa bir çarə qıl, ürəyimi sirab et,
    Sən bu suyun xassəsini anlat mənə, savab et!
    "Cami-mey" ki, söyləyirlər, bu sözdə nə məna var?
    Acı badə içində de nə qəribə halət var.
    Nəzərlərdə saf, gül rəngi görünür o hər zaman,
    İçəriyə çəkən zaman neçün olur qızıl qan?
    Deyirlər ki, huşyar edər içənləri bu badə,
    Bəs neçin məst, xar eləyir, verir həyatı badə?
    Gözə bir cür görünən bu mayedə min sifət var?
    Onda şoran duzu vardır, Fəratdan da nemət var.
    Sənə qurban olum, saqi, sakit qalma, yenə dur,
    Sən hərəkət edən zaman məclisimiz şən olur.
    Dolu şərab badəsi ver, unudum hər dərdi mən,
    Bəlkə bir az can qurtarım bu şüurun əlindən.
    Urək şənlik məclisinin çiçəklənən bağıdır,
    Ağıl isə yolkəsən tək vurub onu dağıdır.
    Dünyaları əks eyləyən saf aynadır bu ürək,
    Ağıl toxu örtər onu paslı, qara pərdə tək.
    Lütf et, saqi, məqsədimə çatım bəlkə birtəhər,
    Bihuş olub qələm çəkim huşyarlığa bir qədər.
    Urək azad olan zaman işgəncədən, əzabdan,
    Bəlkə ona gizli sirrlər olacaqdır nümayan.
    Biləcəkdir bu badənin xoş səfası necədir,
    Biləcəkdir ibtidası, intihası necədir.
    Əgər mənə kömək olsan, ümidim var, nəhayət,
    Sənin gözəl niyyətinlə kəşf edilə həqiqət.

    CAN YAXAN EŞQİN İŞIĞINDAN BİR ŞÜA

    Salam sizə, ey sevdanı bilən əhli-mərifət,
    Səlamətlik guşəsinə çəksin sizi məhəbbət.
    Məhəbbətsiz bu dünyada nəşə yoxdur, bu şəksiz,
    Eşqi isə duymaq olmaz saf duyğulu ürəksiz.
    Ürəklərin rahatlığı eşq ilədir hər zaman,
    Hər kəs olmuş öz eşqilə bu dünyadə kamiran.
    Bu dünyada yoxdur ancaq məhəbbətin adəmi,
    Başdan-başa o qəm-kədər olsa belə, nə qəmi?!
    Onun qəmi elə qəmdir ki, üstündür şadlıqdan,
    Onun bəndi içindəsə sad olar hər insan.
    Dərd içində nalan cdər o qədor cismü canı,
    Unudarsan həmişəliksən hər iki dünyanı.
    Dərhanından yaxşı olan dərdi çəksin qoy ürək,
    Bil əbədi yaşamaqdan xoşdur bu dərdlə öhnək.
    Bu xərabə yerə düşüb can çəkişən hər insan,
    Öz kədərli ürəyini istər edə şadiman.
    Lakin yoxdur bir nəfər də bu dünyada bəxtiyar,
    Şadlıq, şöhrət, xoşbəxtliyin ancaq quru adı var.
    Hərənin bir dərdi vardır, deyin kimdə qəm yoxdur?
    Bir fərq ilə: birində az, o birində çox-çoxdur.
    Başdan-başa bu dünyanın işləri qəm, kədərdir,
    Lakin insan bu işlərdən qafildir, bixəbərdir.
    Bu dünyada bir iş yoxdur, olsun tamam zərərsiz,
    Bir şirin bal tapılmaz ki, olsun tamam zəhərsiz.
    Hər bir işin mənasını axtarırlar səbəbdə,
    Əziyyətsiz tapılmaz bu aləmdə bir səbəb də.
    Cəhd eyləyər hər kəs tapsın bir az şadlıq dəmini,
    Şadlıq tapmaz, o daha da artırar öz qəmini.
    Bu dünyada möhnətdən başqa yoxdur səadət;
    Eşq olsun o aşiqə kim, ona gülür məhəbbət.
    Bu qəmlərdən, kədərlərdən, işgəncədən, əzabdan,
    Ancaq bir eşq xilas edər ürəkləri hər zaman.
    Olmasın qoy can evində yar qəmindən başqa qəm,
    Dərd bir olsa, tez tapılar o dərdinə bir məlhəm.
    Sənin dərdin o vaxt çatar istədiyin dərmana –
    Ki, qovuşsun könül yara, can vəfalı canana.
    Bu mətləbi yaxşı dərk et: Məhəbbətdir azadlıq,
    Onun qəmi, kədəri də olar xoşluq və şadlıq.
    Həqiqətdən bəhs edərkən yada düşdü bir məcaz,
    Bir cavandan deyim sizə ki, olmuşdu eşqbaz:
    EŞQDƏ TƏMİZLİK HAQQINDA
    Eşqdə nə küfr vardır, nə də dinə uyan var,
    Rindlik, məstlik olan yerdə təmiz və saf vicdan var.
    Fisq ilə zöhd insanlara qurulmuş bir duzaqdır,
    Huşyar olan şübhəsiz ki, bu kələkdən uzaqdır.
    Səfsətədir hər müddəa, fikirləri müəmma,
    Məsələlər məlum olmur, hər şeydə var bir əmma.
    Aşiqlərdə təqlidə heç olmaz zərrə etimad,
    Ancaq vardır hər bir işdə öz gücünə etiqad.
    Boş laqqırtı nəyə lazım xoş gəlsə də hər avaz,
    Göz gördüyün qəbul edər, quru sözə inanmaz.
    Eşq hədisi başqa şeydir, tələbi də bir başqa,
    Gəl dolanaq indi biz də bu hədisin başına.
    Sözə yeni məna ilə yeni şəkil verərək,
    "İstincanı", "İstibranı" biz başqa cür şərh edək.
    Bunlar nədir ki, bunlarsız taət həram sayılır,
    Onlar olsa insan ğəflət yuxusundan ayılır.
    Burda daha yada düşdü bu sözlərin izahi
    Ki, demişdi fazillərin başçısı Şeyx Bəhayi:
    Yaramazlar, bu əməldən, hərəkətdən utanın
    Ki, istinca daşlarıni gizlərsiniz şeytanın.
    İstincadan qərəz budur ki, qəlb təmiz olmalı,
    Alçaq tiynət məhv edilib paklıq əziz olmalı.
    İstibrasa o deməkdir, gizli saxla hər sözü,
    Sirr deyilən xəzinəyə məxzən olsun qəlb özü.
    Şərab içsən şərabla da apararsan xumarı,
    Su olmasa bəs təmizlik nə cür olar, bil barı!
    Əbədiyyət badəsilə sərxoş olan hər adam,
    "Vəlləzinə amənu"dən alar qüvvət və ilham.
    Bu söz ilə təmizlənsə hər ürəyin qubarı,
    Cəmalında şəfəq salar könüllərin ilğarı.
    Bu bədxahlıq, yaramazlıq, xəbisliklə, ey cahil,
    İbadətin mənasızdır, qəbul olmaz duan bil.
    Bu hərəkət çox bənzəyər dərgahında üsyana,
    Zahirdə həqq, batindəsə bağlanmışsan şeytana.
    Bu riyakar itaətdən susmaq daha yaxşıdır,
    Üsyankarlıq kafirlikdən hər mənada yaxşıdır.
    Pis sifətdən çəkin, həqqə istinad et, ey insan!
    Bir an belə üz döndərmə "gəl-gəl" deyən Allahdan.
    Alın açıq hər işini eşqə bağla həmişə,
    Qoy eşq olsun dil əzbərin sənə yüksək bir peşə.
    Məhəbbətdən başqa yoxdur sənə düz yol göstərən,
    Odur səni xeyir işlərə çəkib - qorxma, gəl, - deyən.
    Ey qəfəsdə çırpınan quş, tənbəllikdən iş aşmaz,
    Sən qartalsan, milçək işi qüdrətinə yaraşmaz.
    Öz nəfsinin məhbəsindən qurtar, azad qanad çal,
    "Leysə lil-insanə illa ma səa"dən ibrət al!
    Əqlin varsa puç eyləmə ömrünü qıl ehtiyat,
    Qoyma boş-boş kefcilliyə hədər olsun bu həyat.
    Bir düşünsün əbədiyyət dövlətinə sahibsən,
    Müvəqqəti ləzzət üçün uçurursan əlindən.
    Asiliklə əziz ömrü göylərdən yerə saldın,
    Uşaq kimi çirk içində batıb qaldın, qocaldın.
    Azad doğan ürəyini özün saldın zindana,
    Yaradıliş mənasından xəbərsizsən, qansana!
    Həqq yaratdı özü kimi səni, verdi min zinət,
    Bu qamətlə dedi bizə etməlisən itaət.
    Ta ki, səndə olsun əlaməti, cəlalı,
    Dil və candan istəyəsən ta ki, o zülcəlalı.
    Xəlvətdən bir mənzil verdi sənə möhkəm, mükəmməl,
    Sonra dedi öz əqlinlə bizə tərəf qayıt, gəl.
    Lakin indi bunları son unutmuşsan, ey insan,
    Heyif olsun sənə, heyif, yazıq sənə, bir utan!
    Bəzən guya meyl edirsən xaliqə, ibadətə,
    Bu yerdə də pərdə olur öz varlığın taətə.
    Taət etsən behişt şövqi, ya cəhənnəm xofindən,
    Yəqin bil ki, dərgahında sədaqətli deyilsən.
    Çünki bu nəfs istəyidir, xudpərəstlik deməkdir,
    Həqqə taət əvəzinə, qurulmuş bir kələkdir.
    Bəhaidən yenə düşdü yadıma bir rəvayət,
    Bu yerdə çox münasibdir qoy eyləyim hekayət.
    O demişdir: - Əvəz almaq məqsəd olsa taətdən,
    Kor olmaqdır, muzdurluqdur, əl çək belə adətdən.
    Aşiqlərə məqsəd ancaq yar vəslidir hər zaman,
    Cənnət şövqi, ya cəhənnəm xofi bilməz o bir an.
    Hər kəsin ki, yar sevdası başındadır nə qəmi,
    Onun vardır öz behişti, öz müdhiş cəhənnəmi.
    Kafirlərin küfri, həm də dini hər bir dindarın,
    Ürəyində bir zərrəcik dərdə bənzər əttarın.
    Hər şəxsin ki, olsa bu cür yüksək ali hümməti,
    Əssabiqun ayəsindən alar gücü, qudrəti.
    Candan keçib çatar o dəm cananının vəslinə,
    Əzəliyyət aləmilə qavuşar bil o yenə.








    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Abbasqulu ağa Bakıxanov - Şeirleri

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeri Mp3

          Cevaplar: 0

          Görüntüleme: 1843


  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Abbasqulu ağa Bakıxanov - Şeirleri


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

abbasqulu aga bakixanov qezelleri

bakixanovun qezelleri

bakıxanovun lirikası

abbasqulu aga bakixanov eserleri

Abbasqulu aga Bakixanovun seirleri

Abbasqulu Ağa Bakıxanov şeirl

abbasqulu ağa bakıxanov

bakıxanov kitabi n

Bakixanovun seirleri

Abbasqulu aga Bakixanov lirikasi

bakixanov kor eseri
Abasqulu agabakixanov seirleri
abbasqulu aga bakixanovun eserleri
abbasqulu aga bakixanov yaradiciligi uşaq nümun
abbas qulu aga bakixanovun qezelleri
Abbasqulu agabakixanov seirleri
abbasqulu aga bakixanov yaradiciligi
abbasqulu aga bakixanovun eserleri
A.Bakıxanovun qezelleri
bakıxanov mişkatül
abbasqulu aqa bakixanov seirleri
abbasqulu aga baxixanov
abbasqulu aqa bakixanov seirler
abbasqulu ağa bakıxanovun qezelleri
abbasqulu ağa bakixanov lirikasi
abbasqulu aga bakixanov şeirl
abasqulu aga bakixanovun weirleri
abbasqulu ağa bakıxanovun eserleriabbasqulu aga bakixanov temsilleriabbasqulu aga bakixanov eserlerinin adlaribakixanovun eserleriabasqulu Aga bakixanov kor eseriabbasqulu ağa bakıxanov seirleriabbasqulu ağa bakıxanovun lirikasıabasqulu aga bakixanovun didaktik eserleriabbasqqulu aga bakixanov sekilleria.bakıxanovun lirikasıAbbasqulu Aqa Bakixanov qezelleribakixanovun lirikasibakixanovun serlerivaxtsiz olum seirleriabasqulu agabakixanovun olumuabbasqulu ağa bakıxanovun Bakıxanov Şeirabbasqulu aga bakixanov
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197