Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Azeri Manhnı Cavabdehi
    • Array

    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.713
    Tecrübe Puanı
    100

    Seviye: 59 
    Tecrübe: 47.014.248
    Sonraki Seviye: 47.989.448

    Beğendikleri
    9.748
    5.252 Mesajına 10.987 Tşk. Aldı

    Bahsedildi
    16 Mesaj
    Etiketlenmiş
    27 Konu
    Yazı Boyutu

    Standart Yusif Memmedeliyev Böyük itki

    Bəstəkarın xatirəsi...
    İçindəkilər

    11

    Yusif Məmmədəliyev
    Böyük itki


    Azərbaycan xalqının qiymətli oğlu Üzeyir Hacıbəyov milli musiqi mədəniyyətimizin inkişaf tarixində ən parlaq bir simadır.

    Böyük Oktyabr sosiallst inqilabından qabaq yalnız bir həvəskar kompozitor kimi mə'lum olan Üzeyir Hacıbəyovun yüksək zəkası yalnız sovet dövründə, Lenin Partiyasının qayğısı ilə nəşvü-nüma tapmış və əziz bəstəkarımız əzəmətli Sovet ölkəsinin böyük sənətkarı olmuşdur.

    Üzeyir Hacıbəyov bütün şüurlu ömrü boyu mədəni inkişafımızın müxtəlif sahələrində xalq müəllimi, bəstəkar, alim, dramaturq, publisist, ictimai xadim kimi yorulmadan çalışmışdır. O, bütün yaradıcılığında xalqdan ilham almış və xalqa sədaqətlə xidmət etmişdir. Onun ölməz əsərlərində yüksək musiqi sənətilə yanaşı, xalqın ürək arzuları, azad və xoşbəxt həyat uğrundakı mübarizəsi, demokratik məfkurələri tərənnüm edilməkdədir. Qəhrəmanlıq epopeyası olan son dərəcə zəngin məzmunlu «Koroğlu» operasında Azərbaycan xalqının əzəmətli eposu böyük sənətkarlıqla canlandırılmış və dillərdə dastan olan Koroğlu, onun öz xalqına sədaqəti, cəngavərliyi, yadelli işğalçılara və zülmkar feodallara qarşı amansız mübarizəsi, habelə qardaş Zaqafqaziya xalqlarının dostluğu dərin duyğular və böyük ustalıqla təsvir edilmişdir.

    Əziz bəstəkarımız Azərbaycan xalqının zəngin ədəbiyyatından məharətlə istifadə edərək, dünya ədəbiyyatında görkəmli yer tutan böyük Füzulinin cazibədar lirikasına—«Şəbi-Hicran», «Nalədəndir» və qeyri şe'rlərinə, dahi sənətkar və mütəfəkkir Nizaminin «Sevgili canan», «Sənsiz» və bir çox başqa şe'r incilərinə musiqi ilə həyat vermiş və onları geniş xalq kütlələrinin ruhi qidasına çevirmişdir.

    Üzeyir Hacıbəyov böyük bəstəkar və alim olmaqla bərabər, eyni zamanda bacarıqlı bədii söz ustasıdır. «Arşın mal alan», «Məşədi İbad» və qeyri musiqili komediyalarında keçmiş həyatın mənfur cəhətlərini, mövhumatı, cəhaləti, qadın əsarətini, burjua millətçiliyini özünə məxsus bir yumorla qamçılamış, bütün iste'dadını demokratik ideyalar uğrunda mübarizəyə sərf etmişdir.

    Üzeyir Hacıbəyovun qiymətli nəzəri əsərləri Azərbaycan musiqi elminin inkişafı tarixində yeganə və ölməz əsərlərdir. Bu əsərlərdə Üzeyir Hacıbəyov yüksək zəkalı bir alim kimi musiqi mədəniyyətimizin əsaslarını dərindən tədqiq edib, onun inkişaf yollarını göstərmiş, bununla da həm indiki, həm gələcək nəslə misilsiz xidmət etmişdir. Ölməz bəstəkarımızın «Azərbaycan xalq musiqisinin əsasları» adlı əsəri bütün dünya musiqişünaslıq elminə böyük hədiyyə olub, xalq musiqisini öyrənmək işində parlaq səhifələr açır və şəkilcə milli, məzmunca sosialist Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün geniş imkan yaradır.

    Üzeyir Hacıbəyovun bütün yaradıcılığında dünya musiqi mədəniyyətində ən qabaqcıl yer tutan böyük rus xalqının musiqi mədəniyyətinin nəcib tə'siri vardır. O, ilk musiqi təhsilini Peterburqda almış və öz müəllimləri olan rus musiqi klassiklərinin gözəl ən'ənələrini davam və inkişaf etdirmişdir. Üzeyir Hacıbəyovun ölməz yaradıcılığı, öz xalqına və partiyasına sədaqəti elm və sənət xadimləri üçüm ən gözəl nümunədir.

    1945


    Şövkət Məmmədova
    Vətənpərvər insan



    Onunla çarizmin irtica illərindəki ilk görüşümü xatırlayarkən, Üzeyirin—öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm.

    Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bakıda olduğumdan xəbər tutub, o, mənim taleyimdə yaxından iştirak etdi. Özünün ilk musiqi əsərlərinin müvəffəqiyyətindən ruhlanan Üzeyir, son əsərlərinin əlyazısını götürərək, məni öz yaradıcılıq planları ilə tanış etdi. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o, dərhal təklif etdi ki, tamaşa təşkil edib, toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Həssas qəlbə malik Üzeyir həyatımın ən çətin anlarında öz kömək əlini mənə uzatdı.

    Tale bizi bir daha Azərbaycanda Sovet hakimiyyətinin xoşbəxt illərində görüşdürdü. Bakıdakı qadınlar klubunda «Arşın mal alan»dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rə'ylər eşitdim. Onun səmimi tə'rifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı. Bu dostluq 30 il davam etdi.

    Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir, biz müəllimlərə də atalıq qayğısı göstərirdi.

    Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu.

    1948


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yusif Memmedeliyev Böyük itki

          Kategori: Azeri Müzik Adamları

          Konuyu Baslatan: Azeri Mp3

          Cevaplar: 0

          Görüntüleme: 4620


  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Yusif Memmedeliyev Böyük itki


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

yusif memmedeliyev haqqinda

Yusif memmedeliyev haqqinda melumat

yusif memmedeliyev

yusif memmedeliyev haqqinda m
yusif memmedeliyev ailesi haqqindayusif memmedeliyevin ailesi haqqindayusif memmedeliyev haqqinda deyilenleryusif memmedeliyevin ailesi haqqinda melumatyusif memmedeliyev haqqinda azerbaycancaYusif Memmedeliyevin ailesiyusif memmedeliyev haqqinda genis melumatYusif Memmedeliyev ailesiyusif memmedeliyev haqqinda vikipediyayusif memmedeliyev ailesi haqqinda melumatyusif memmedeliyevin anasiyusif memmedeliyev haqqinda melumatlaryusif memmedeliyev haqqinda melumat azerbaycancayusif memmedeliyev melumatYusif Memmedeliyev haqqinda azeriYusif Memmedeliyev ssriyusif memedeliyev haqqinda melumatYUSIF MEMMEDELIYEV HAQQINDA ESSEyusif memmedeliyev genis melumatYusif Memmedeliyev haqqinda insameruze yusif memmedeliyevyusif memmedeliyevin ailesi hqqinda yusif memmedeliyev haqda melumatYusif Memmedeliyev ailesi haqqinda-melumatyusif memedeliyevalim yusif memmedeliyev haqqindamemmedeliyeb yusif alim haqqindayusif memmedeliyev anasi haqdayusif memedeliyevin ailesi haqqindayusif myusuf memmedeliyev ailesi haqqindayusif memmedeliyevin haqqinda melumatyusif memmedeliyevın anasıyusif memmedeliyevin sekilleriyusif memmedeliylyevin ailesi haqda mrlumatlaryusif memmedeliyevin bioqrafiyasiyusif memmedeliyev anasiyusif memmedeliyev haqda vikipediyamemmedeliyev yusif anasiYusif Memmedeliyevin ailesi haqqında melumatyusif memmedeliyev haqinda. yaz
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197