Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Azeri Manhnı Cavabdehi
    • Array

    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.724
    Tecrübe Puanı
    100

    Seviye: 59 
    Tecrübe: 45.105.254
    Sonraki Seviye: 47.989.448

    Beğendikleri
    9.766
    5.842 Mesajına 12.141 Tşk. Aldı

    Bahsedildi
    16 Mesaj
    Etiketlenmiş
    27 Konu
    Yazı Boyutu

    Standart Fərrux Rüstəmov


    Fərrux Rüstəmov


    Fərrux Abbas oğlu Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur.

    1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V.İ.Lenin adına (indiki N.Tusi adına ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur.

    Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, “Əla təhsilə görə”, “Əla təhsilə və ictimai işə görə” SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur.

    Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdünə-Lenin tədaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ilə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir.

    1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngidar kəndindəki səkkizillik məktəbdə 1982-1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir.

    Az vaxt ərzində məktəbin maddi-texniki bazasını yaxşılaşdırmış, məktəbi ixtisaslı kadrlarla təmin etmiş, kollektivdə işgüzar mühit yaratmış, şagirdlərin, müəllimlərin və kənd əhalisinin sevimlisinə çevrilmişdir.

    1985-ci ildə elmi işə maraq onu yenidən V.İ.Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur.

    1985-1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir.

    Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında “Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl,

    1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.

    Namizədlik dissertasiyası akademik Hüseyn Əhmədov, prof. X.Fətəliyev, prof. Y.Talıbov, dos. Ə.Cəlilov və Moskvalı alim pedaqoji elmlər namizədi T.İqnateva tərəfindən yüksək qiymətləndirilmişdir.
    N.Tusi adına ADPU-nin Ümumi pedaqogika kafedrasının nəzdindəki

    “Şagirdlərin peşəyönümü” problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan Prof. F.Rüstəmov, az sonra kafedrada müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir.

    Hal-hazırda N.Tusi adına ADPU-nin ümumi pedaqogika kafedrasının professoru, “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının “Pedaqogika, psixologiya, fəlsəfə” bölməsinin rəhbəridir.

    1998-ci ildən həm də Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının müdiri, Pedaqoji fakültəsinin dekanıdır.

    22 aprel 1998-ci ildə Beynəlxalq pedaqoji Akademiyanın həqiqi üzvü (akademiki) seçilmişdir.

    N.Tusi adına ADPU-də fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir.

    İlk kitabını 1990-cı ildə nəşr etdirən F.Rüstəmovun qısa bir dövr ərzində 26 monoqarfiya, kitab və kitabçanın, 17 tədris proqramını, 200 elmi məqalə və tezisin, 250-ə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir.

    Əsərləri Bakı, Tbilisi, Moskva, Çeboksari, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunmuşdur.

    Azərbaycan Jurnalistlər Birliyinin Üzvüdür. “Akademik Mehdizadə” və “Gənc alimlər” mükafatı laureatıdır. “Pedaqoji Universitet Xəbərləri” (Pedaqoji-psixoloji elmlər seriyası) elmi-pedaqoji jurnalının 24 sayı onun redaktorluğu ilə nəşr olunmuşdur.

    Prof. F.Rüstəmov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1996, 2001, 2006), həm də 5 cildlik “Seçilmiş pedaqoji əsərləri”nin tərtibçilərindən biridir.

    1.“Prof. H.Əhmədovun əsərlərinin izahlı biblioqrafiyası” (1990), 120s.
    2.“Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən” (1992), 112s.
    3.“Günüuzadılmış qruplarda tərbiyə məsələləri” (A.İsmayılovla birlikdə) (1993), 130s.
    4.“M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin təlim-tərbiyə haqqında fikirləri” (İ.İsayevlə) (1994), 112s.
    5.“Azərbaycan pedaqoji biblioqarfiyası: məktəb və pedaqogika tarixinə aid ədəbiyyat” (1995), 96s.
    6.“Görkəmli pedaqogika tarixçisi Əyyub Tağıyev” (1996), 32 s.
    7.“Azərbaycanda pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin hazırlanması və təkmilləşdirilməsi tarixi” (1997), 26s.
    8.“Azərbaycanda pedaqoji terminalogiyanın inkişaf tarixindən” (1997), 108s.
    9.“Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri” (1998), 486s.
    10.“Pedaqogika kafedrasının tarixi: sələflər və xələflər” (1999), 136s.
    11.“Pedaqogika” Yeni kurs (Ə.Paşayevlə birlikdə), (2002), 512s.
    12.“Ümumtürk pedaqoji fikrində əxlaqi-mənəvi dəyərlər” (2002), 112sş
    13.“Şərqdə pedaqogika tarixi” I kitab, (2003), 256s.
    14.“Qərb pedaqogika tarixi”, II kitab (2003), 256s.
    15.“Yeni dövrün pedaqogika tarixi” III kitab, (2004) 320s.
    16.“Ən yeni dövrün pedaqogika tarixi”, IV kitab (2005) 204s.
    17.“Akademik Hüseyn Əhmədov və onun yetirmələri” (2004), 248s.
    18.“Pedaqogika tarixi” (Xarici ölkələrdə təhsil və pedaqoji fikir tarixi) (2006), 752s.
    19.“Ali məktəb pedaqogikası”, (2007), 435s.
    20.“Pedaqoji oçerklər: sələflərim və xələflərim” (2010), 342s. və s.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Fərrux Rüstəmov

          Kategori: Azerbaycan Tarihi Şahsiyetler

          Konuyu Baslatan: Azeri Mp3

          Cevaplar: 0

          Görüntüleme: 1335


  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Fərrux Rüstəmov


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

ferrux rustemov pedaqogika tarixi

pedaqogika tarixi kitabi

ferrux rustemov

pedaqoji tecrube

pedaqogika kitabi

ferrux rustemov pedaqogika

pedaqogika kitabi yukle
pedaqogika tarixi kitabi yukle
ferrux rustemov pedaqogika kitabi
pedaqogika tarixi kitabi Ferrux Rustemov
pedaqogika tarixi ferrux rustemov
pedaqogika ferrux rustemovadpu ferrux rustemovpedaqogika tarixi- fpedaqoji fikir tarixiyeni dovr pedaqogika ferrux rustemovyeni kurs pedaqogika Ferrux Rustemovferrux rustemov pedaqojipedaqogika kitablaripedaqogika tarixi kitabi Ferruxferrux rustemov pedaqogika yuklepedaqogika tarixi kitablaripedaqogika kitabıferrux rüstrustemov pedoqogikanin tarixi 2006ferrux rustemov en yeni dovr pedaqogikapedaqogika tarixi kitabi yuklferrux rustemov pedaqogika tarixi yukleferrux rustemov yeni dovrun pedaqogika tarixiFerruxRustemovun Pedaqogika ferrux rustemov pedaqogika kitabı 2010pedaqogika tarixi yuklpedaqogika kitabi f.rustemov yukleFerrux Rustemov-Pedaqogika tarixiprofessor ferrux rustemovFerrux Rustemoferrux rustemov pedaqogika pdfpedoqogika tarixi ferrux rustemovun yukleF.Rustemovun pedaqogika kitabiF.Rustemov pedaqogika tarixi kitabiADPUFERRUXferrux rustemov pedaqoqika kitabipedaqogika tarixi kitabi.ferrux rustemov.baki.2010.pdfpedaqogika tarixi kitabi indir ferrux rustemov pedoqogika kitabi
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197