Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Azerbaycan Cavabdehi
    • Array

    Üyelik tarihi
    24.08.08
    Mesajlar
    11.533
    Tecrübe Puanı
    100

    Seviye: 55 
    Tecrübe: 26.049.275
    Sonraki Seviye: 26.073.450

    Beğendikleri
    3.478
    3.622 Mesajına 5.184 Tşk. Aldı

    Bahsedildi
    2 Mesaj
    Etiketlenmiş
    8 Konu
    Yazı Boyutu

    Standart Ayrılıqdan öncə Azərbaycanın ikiyə bölünməsi ərəfəsində baş verən olaylar (1801-1812)

    Ayrılıqdan öncə
    Azərbaycanın ikiyə bölünməsi ərəfəsində baş verən olaylar
    (1801-1812)
    “...Bir görəydim ayrılığı kim saldı?
    Ölkəmizdə kim qırıldı, kim qaldı?..”
    (Məhəmmədhüseyn Şəhriyar)
    13 sentyabr 1801 – Çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Manifestə əsasən, Azərbaycanın tarixi torpaqları olan Qazax, Şəmsəddil, Borçalı və Pəmbək əraziləri də Rusiyanın tərkibinə qatılıb.

    22 iyun 1802 – Görkəmli şərqşünas alim, maarifçi Mirzə Kazımbəy (1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və Mirzə Kazımbəy onun ilk dekanı təyin edilib. O, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü idi.

    26 dekabr 1802 - Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları Rusiyanın himayəsinə keçmək barədə Georgiyevsk anlaşmasını imzalayıblar. Sənədi Quba hakimi Seyfəli xan və Talış (Lənkəran) hakimi Mir Mustafa xan imzalamışdı. Hər iki xanlıq rusların hərbi təhdidi altında bu anlaşmaya getmişdilər. Talış xanlığı həm də İran tərəfdən hücumlardan qorunmaq üçün bu addımı atmışdı. Georgiyevsk anlaşması xanlıqların hələ Rusiyaya birləşdirilməsi demək deyildi. Bir qədər sonra Rusiya Azərbaycan torpaqlarının gerçək işğalını həyata keçirdi.

    29 mart 1803 – Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər. Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi. Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.

    12 aprel 1803 – Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərtləri və «Andlı öhdəlik haqqında» saziş imzalanıb. Car-Balakənin ələ keçirilməsi ilə Rusiyanın Azərbaycan torpaqlarını istilası genişləndi. Rusiya öncə Car-Balakənə nisbi muxtar idarəçilik (camaatlıq) versə də, sonradan işğalçı siyasətinə uyğun olaraq onu ləğv etdi.

    3 yanvar 1804 - Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə həlak olub. Cavad Şahverdi xan oğlu 19 il (1785-1804) Gəncənin xanı olmuş, Azərbaycanın tarixində vətənpərvər, mərd və cəsur sərkərdə kimi qalmışdır. Çar Rusiyasının Gəncə xanlığını işğal etməsi ilə Azərbaycanın digər xanlıqlarının işğalına da yol açılmış oldu.

    16 iyul 1804 – Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb.

    27 iyul 1804 – Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi (indiki Ermənistanın Eçmiədzin rayonu) yaxınlığında baş verən döyüşdə İran qoşunları rus qoşunlarını məğlub ediblər.

    4 sentyabr 1804 – İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında çar Rusiyası və İran qoşunları arasında döyüş olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bu, Rusiya-İran müharibəsində (1804-1813) rus qoşunlarının ikinci məğlubiyyəti idi. Bununla belə, rus qoşunları 1805-ci ilin əvvəlində Şəki və Qarabağ xanlıqlarına hücum etdilər.

    15 may 1805 - Rusiya-İran müharibəsi gedişində birinci Kürəkçay müqaviləsi bağlanıb. İndiki Goranboy rayonu ərazisində eyniadlı çayın sahilindəki Kürəkçay kəndində imzalanan müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.
    ►Bax: Kürəkçay müqaviləsi (mətn)
    21 may 1805 – Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Şəki xanı Səlim xanla Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, Şəki xanlığı müstəqil xarici siyasətdən imtina etmiş, ərazisində rus qoşunlarını yerləşdirməyə razılıq vermişdi. Rusiya isə xanlığın daxili işlərinə qarışmamaq barədə öhdəlik götürmüşdü. Lakin bu, işğal üçün, sadəcə, görüntü idi. Car-Balakən (1803), Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarının (1805) ələ keçirilməsi ilə Rusiyanın Azərbaycanın torpaqlarını istilası genişləndi.

    27 dekabr 1805 - Qarabağ və Şəki xanlıqlarını ələ keçirəndən (may 1805) sonra Şirvan xanlığı üzərinə yürüşə başalayan rus qoşunları Şamaxı şəhərinə daxil olublar. Şirvan xanlığı çar Rusiyasına birləşdirilib.

    8 fevral 1806 – Rusiyanın Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən xanın qardaşı oğlu Aslan bəy tərəfindən öldürülmüşdü. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı.

    12 iyun 1806 - Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Erməni əsilli mayor Lisaneviçin dəstəsi xan çadırına basqın edərək bütün ailəni vəhşicəsinə öldürüblər. Çar Rusiyası bir il öncə (14 may 1805) İbrahim xanla bağladığı Kürəkçay müqaviləsinin şərtlərinə beləcə «əməl etdi».

    22 iyun 1806 – Azərbaycan torpaqlarına yürüşü davam etdirən çar Rusiyasının qoşunları Dərbəndi işğal ediblər. Dərbəndin ələ keçirilməsi rus qoşunlarının Bakıya doğru yürüşünə imkan yaratdı.

    3 oktyabr 1806 – Rus qoşunları Bakını işğal ediblər. Şəhər 1806-cı ilin fevralından faktiki mühasirədə idi. Bakını ələ keçirən rus qoşunları şəhərdə böyük qırğın və talan törətmişdi. İşğaldan sonra Bakı xanlığı ləğv olundu və xanlığın ərazisində Rusiyanın Qafqaz hakimliyin Bakı dairəsi yaradıldı.

    10 oktyabr 1812 – Birinci Rusiya-İran müharibəsinin (1894-1813) yekununa əhəmiyyətli təsir edən Aslandüz döyüşü baş verib. Rusiya qoşunları döyüşdə qalib gəliblər. Bu döyüşdən sonra ruslar Talış xanlığı ərazisinin böyük hissəsini ələ keçiriblər.

    31 dekabr 1812 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirənrus qoşunları Talış (Lənkəran) xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər. Talış xanlığının süqutu ilə müharibə faktiki başa çatdı.



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ayrılıqdan öncə Azərbaycanın ikiyə bölünməsi ərəfəsində baş verən olaylar (1801-1812)

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: AyMaRaLCaN

          Cevaplar: 0

          Görüntüleme: 590


    Sinemde yanar dağlar bahçeler bağlar yetim
    Sensizken canım ağlar bensizken memleketim
    Özüme bir kez dokun gör nasıl birisiyim
    Aşka aşıkken bile memleket delisiyim


  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Ayrılıqdan öncə Azərbaycanın ikiyə bölünməsi ərəfəsində baş verən olaylar (1801-1812)


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

azerbaycanin ikiye bolunmesi

azerbaycanin ikiye bolunmesi insa
vetenin ikiye bolunmesi haqqinda insa
azerbaycanin rusiya ve iran arasinda bolunmesi
i rus-i
azer baycanın ayrılıq mp3azerbaycanin 2 ye bolunmesi haqdaAzerbaycanin 2 ye bolunmesiereblerin yurusu erefesinde haqqinda insaazerbaycanin ikiye bolunmes haqqindaazerbaycanin ikiye bölunmesi azerbaycanin 2ye bolunmesinden1802-ci il 26 dekabr azerbaycanin 2 yere bolunmesiazerbaycanin ikiye bolunmesi haqqindaAzerbaycanin 2-yere bolunmesiazerbaycan torpaqlarinin ikiye bolunmesiazerbaycanın 2-ye bolunmesı haqqındaazerbaycanin bolunmesiazerbaycanin bolunmesi haqqinda movzuazerbaycanin ikiye bolunmesi haqqinda insaazerbaycanin bölünmesivetenin ikiye bolunmesi haqqinda torpaqlarimiz in bolunmesi haqqindaazerbaycan torpaqlarinin ikiye bölûnmesiazerbaycanin ikiye bolunmesi adli insaazerbaycanin bolunmesi haqqindavetenin ikiye bolunmesi haqqinda insa yazmaq
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197