Aşağı git

Kullanıcı Tag Listesi

1 den 3e kadar. Toplam 3 Sayfa bulundu
  1. #1

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Sheyx Nizami Gencevi ...

    Sheyx Nizami Gencevi (1141-1209)


    İlyas Yusif oğlu Nizami Gencevi (1141, Gence -1209, Gence) -Azerbaycan şairi ve mütefekkiri. Senetkar ailesinde doğulmuş, Gence medreselerinde tehsil almış, şexsi mütaile sayesinde orta esr elmlerini mükemmel öyrenmiş, xüsusen Yaxın Şerq xalqlarının şifahi ve yazılı edebiyyatına yaxından beled olmuşdur. Türk dilinden başqa ereb ve fars dillerini de incelikle bilen şairin yunan dili ile de tanış olduğu, hemçinin qedim yunan tarix ve felsefesini, astranomiya, tibb ve hendese elmlerini yaxşı menimsediyi eserlerinden aydın olur.Ömrü boyu Gencede yaşamış, saray şairi olmaqdan qetiyyetle imtina etmiş,halal zehmeti ile dolanmışdır. Teqriben 1169/70-ci ilde Derbend hökmdarı Seyfeddin Müzefferin keniz kimi hediyye gönderdiyi qıpçaq qızı Afaq (Appaq) ile evlenmiş, 1174-cü ilde oğlu Mehemmed anadan olmuşdur.
    Nizami Gencevi yaradıcılığa lirik şerlerle başlamışdır. Eserlerinden melum olur ki, şair böyük divan yaratmış, qezel ve qesideler müellifi kimi şöhretlenmişdir. Lakin Şerq tezkireçilerinin 20 min beyt hecminde olduğunu qeyd etdikleri bu divandakı şerlerin çox az hissesi dövrümüzedek gelib çatmışdır. Nizami Gencevi bütün yaradıcılığı boyu lirik şerler yazmış, sonralar poemalarında ireli sürdüyü mütereqqi ictimai-felsefi fikirlerini ilk defe hemin şerlerinde ifade etmişdir.
    Nizami Gencevi lirikası yüksek senetkarlığı, mehebbete dünyevi münasibeti, insan taleyi haqqında humanist düşünceleri ile seçilir.
    Lakin Nizami Gencevi dünya edebiyyatı tarixine mesnevi formasında yazdığı 5 poemadan ibaret "Xemse" ("Beşlik") müellifi kimi daxil olmuşdur. 1177-ci ilde bitirdiyi "Mexzenül-esrar" ("Şirler xezinesi") adlı ilk poeması şaire böyük şöhret qazandırmışdır. III Toğrul un sifarişi ile qeleme aldığı «Xosrov ve Şirin» poemasını 1180 ilde bitirmiş ve Mehemmed Cahan Pehlevana göndermişdir. Cahan Pehlevanın ölümünden sonra taxta çıxan Qızıl Arslan Gencenin yaxınlığında öz çadırında şairle görüşmüş ve onun nesihetlerini dinlemiş, şaire Hemdünyan adlı bir kend bağışlamışdır. 1188 ilde Şirvan hökumdarı I Axsitan şaire «Leyli ve Mecnun» mövzusunda bir eser yazmağı sifariş etmişdir. Nizami Gencevi bundan boyun qaçırmaq istemişdise de oğlunun tekidi ile teklifi qebul edib az müddetde «leyli ve Mecnun» poemasını (Şerqde ilk defe) yaratmışdır. 1196 ilde Elaeddin Körpe Arslanın adına «Yeddi gözel» eserini, nehayet, ömrünün sonlarına yaxın bütün edebi-estetik, ictimai-felsefi görüşlerini yekunlaşdırdığı «İsgendername» (teqr. 1203) poemasını qeleme almışdır.
    Nizami Gencevinin ilkin Şerq Renessansının zirvesi olan yaradıcılığında dövrünün en hümanist, ümümbeşeri ictimai-siyasi, sosial ve menevi-exlaqi idealları parlaq bedii eksini tapmışdır.
    Nizami Gencevi üçün şexsiyyetin en yüksek meyarı insanlıq idi. İrqi, milli ve dini ayrı-seçkiliyi qetiyyetle redd eden bu şairin qehremanları içerisinde türk, fars,ereb,çinli, hindli, zenci, yunan, gürcü ve s. xalqların nümayendelerine rast gelirik. Hümanist şair müxtelif dinlere mensub o an bu qehremanların heç birisinin milliyetine, dini görüşlerine qarşı çıxmır. Onun qehremanları edalet, xalq xöşbextliyi, yüksek meqsedler uğrunda mübarize aparırlar. İnsan şexsiyyetine , insan emeyine ehtiram şairin yaradıcılığının baş mövzularındandır.
    Nizami Gencevi hem de vetenperver idi. O, tesvir etdiyi bütün hadiseleri Azerbaycanla elaqelendirmeye, vetenin keçmiş günlerini terennüm etmeye çalışmışdır. Nizami Gencevi yaradıcılığında Veten mehebbeti doğma xalq yolunda qehremanlıq ideyası ile birleşir.
    Nizami Gencevinin yaradıcılığı hümanizm, yüksek senetkarlığı ile Zaqafqaziya, Yaxın Şerq xalqları (fars, tacik, hind, efqan, kürd, türkmen, özbek, qazax, qırğız ve s.) edebiyyatlarının inkişafına güclü tesir göstermiş, dünya medeniyyeti xezinesine daxil olmuşdur.
    Nizami Gencevi-nin eserleri dünyanın bir çox xalqlarının diline tercüme olunmuşdur. Eserlerinin nadir elyazma nüsxeleri bir çox xarici ölke şeherlerinin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkend,Tebriz, Tehran, Qahire, İstanbul, Dehli, London, Paris ve s.) mehşur kitabxana, muzey ve elyazmaları fondlarında qiymetli inciler kimi qorunub saxlanılır.
    Nizami Gencevinin Gencede defn olunduğu yerde möhteşem meqberesi tikilmişdir. Allah rehmet etsin.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Sheyx Nizami Gencevi ...

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: S€®C€

          Cevaplar: 2

          Görüntüleme: 3342


  2. #2

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Şeyx Nizami Gencevi ...

    Şeyx Nizami Gencevi

    Sözün de su kimi letafeti var,
    Her sözü az demek daha xoş olar.

    Bir inci saflığı varsa da suda,
    Artıq içilende derd verir su da.

    İnci tek sözler seç, az danış, az din
    Qoy öz sözlerinle dünya bezensin.

    Az sözün incitek menası solmaz,
    Çox sözün kerpic tek qiymeti olmaz

    Esli temiz olan saf mirvarılar
    Suya ve torpağa min bezek vurar.

    Medenle dolsa da her bir xezine,
    Her kiçik zerresi dermandır yene.

    Üreyi oxşayan bir deste çiçek
    Yüz xırman otundan yaxşıdır gerçek!

    Yüz ulduz yansa da göylerde, inan,
    Bir güne baş eymek xoşdur onlardan.

    Göyde parlasa da ne qeder ulduz,
    Güneşdir nur veren aleme yalnız.

  3. #3

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Şeyx Nizami Gencevi ...

    Şeyx Nizami Gencevi
    Menim tek köhne bir dostu neçin qemxar saxlarsan?
    Var ol, ehsen deyir alem, ne yaxşı yar saxlarsan.

    Mene xoşdur qemim, canan, ona gel derman axtarma!
    Sual etme "Nedir derdin?" eceb bimar saxlarsan?

    Ne rengde sen olursan ol, seninle men varam daim,
    eger tesbihe mayilsen ve ya zünnar saxlarsan

    Seni men dost sayırdım, sen meni düşmen hesab etdin.
    Seninle fexr edirdim, sen meni naçar saxlarsan.

    eger olsa qemim yüngül, senin qüssen olar asan,
    Nece ki, könlüme xoşdur, meni, dildar, saxlarsan.


    Seni daim Nizami öz eziz cananı bilmişdir,
    Revamı sen onu, böyle, sitemle xar saxlarsan!?

  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Sheyx Nizami Gencevi ...


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

nizami gencevi qezeller dinle

nizami gencevi isgendername

nizami gencevinin sozleri

nizami gencevi kelamlari

nizami gencevinin xemse leri

nizami gencevinin seirleri oglu mehemmed

nizami gencevinin kelamlari
qesideler
nizami gencevini zehmete kelamlari
nizami gancavi dini sozlari
Nizami Gencevi Azerbaycan sairi
Nizami Gencevi isgendername azerice
nizami gencevi din
nizami gencevinin soz incileri
sheyx nizami
nizami gencevi qezelleri dinle
nizami gencevi sozleri
yhs-ddc_bd
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197