Aşağı git

Kullanıcı Tag Listesi

1 den 10e kadar. Toplam 10 Sayfa bulundu
  1. #1

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...



    Seyid Ezim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailEsindE anadan olmuşdur. Şamaxının tanınmış, möteber şexslerinden olan atası Seyid Mehemmed, Seyid ezim kiçik yaşlarında iken vefat etmişdir. Seyid ezim ana babası molla Hüseynin himayesi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kendinde ruhanilik edirdi. Babasından ereb ve fars dillerini öyrenen Seyid ezim texminen 10 il sonra Şamaxıya qayıdır ve burada medresede oxuyub orta ruhani tehsilini tamamlayır. 1856-cı ilde ali ruhani tehsili almaq hevesi 21 yaşlı genc Seyid ezimi İraqa, evvel Necef ve Bağdada, sonra ise Suriyanın Şam şeherine aparır. Genc şair İraqda oxuyarken dünyevi elmlere de böyük maraq gösterir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ilde orada yeni üsul üzre mekteb açaraq ömrünün axırına qeder burada müellimlik edir. Köhne mollaxanalardan ferqli olaraq o, bu mektebde uşaqlara dini elmlerle yanaşı, Azerbaycan ve fars dillerini telim edir, tarix, coğrafiya, hesab ve s. fenlerden ibtidai melumat da verirdi. Heç tesadüfi deyil ki, Azerbaycanın görkemli şairi Mirze elekber Sabir, meşhur yazıçı ve pedaqoq Sultan Mecid Qenizade ve bir sıra başqa yazıçılar mehz onun mektebinde oxumuşlar.

    Zengin edebi yaradıcılığa malik olan Seyid ezim Şirvaninin bedii irsi biri azerbaycanca, digeri ise farsca iki böyük külliyyatdan ibaretdir.

    Şairin eserleri içerisinde müxtelif Şerq menbelerinden etdiyi tercümeler, Sedi, Hafiz ve Fizuli şerlerine yazdığı nezireler de vardır. Lakin bunlar görkemli yazarın zengin bedii irsi içerisinde az yer tutur. S.e.Şirvani yaradıcılığının çox hissesi lirik janrda yazılmış orijinal eserlerden ibaretdir ki, bunların da çoxu qezellerdir. Şairin qezellerinde heyat sevgisi, nikbin ehval-ruhiyye, dini etiqad xüsusi yer tutur. Onun aşiqane qezelleri daha çoxdur. Müellifin şere heraret ve can veren derin lirikasını mehz bu qezellerde görmek olur.

    Gece gördüm seni, ey afeti dövran, yuxuda,
    Ki, elerdin mene yüz lütfi-firavan yuxuda.


    Seyid ezim Şirvani yaradıcılığının ikinci merhelesi onun maarifçi ve tenqidi-satirik şeirlerile başlayır ki, artıq bu zamandan etibaren onun yaradıcılığında realizm üstünlük teşkil edir. Onun realist şeir yaradıcılığı sahesine keçmesinde "ekinçi" qezetinin mühüm rolu olmuşdur. Çünki, mehz "ekinçi"nin tesirile şair günün bir çox zeruri meseleleri ile maraqlanır ve yaradıcılığında yeni mövzulara keçir, müasir heyatın teleblerine uyğun şeirler yazır, Azerbaycanın ilk metbu orqanında neşr etdirir. Maarifçi şair üçün "ekinçi" bir xitabet kürsüsü idi. O, xalqı qeflet ve cehalet yuxusundan oyanmağa çağırır, Hesen bey Zerdabinin xeyirxah, maarifçi teşebbüslerini alqışlayır, onu bilikli bir müellim ve xeyirxah bir insan kimi qiymetlendirirdi. O, "ekinçi"de çap etdirdiyi şeirlerile müasirlerini bu qezeti oxumağa, ona kömek etmeye çağırırdı:

    Bes "ekinçi" celalımızdır bizim,
    Nasehi xoşmeqalımızdır bizim.
    Sey edek, ey guruhi-niksifat,
    Etmesin ta bizim "ekinçi" vefat.


    Şairin eserleri içerisinde öyüd, temsil ve didaktik mahiyyet daşıyan menzum hekayeler vardır ki, bunların da müeyyen bir hissesi öz ideyaları etibarı ile onun maarifçi şeirleri ile birleşir. Doğruçuluq, merdlik, dostluq, yoldaşlıqda metanet, çalışqanlıq, ezilenlere kömek, insanlarla yaxşı reftar ve s. gözel ve necib sifetlerin terbiyelendirilmesi hemin öyüdlerin esas mezmununu teşkil edir. Şairin öyüdlerinin çoxu bu güne qeder öz terbiyevi ehemiyyetini itirmemişdir.

    Filheqiqet direxti-nakamil,
    Terbiyet feyzine olur şamil.
    Növi-insan deyil ağacdan kem,
    Qabili-terbiyetdi her adem.


    Seyid ezim Şirvaninin ictimai mahiyyet daşıyan satiraları onun ümumi yaradıcılığında müstesna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdekilerin göye şikayet etmeleri", "Deli şeytan", "Mekri-zenan", "Belx qazisi ve xarrat", "Müctehidin tehsilden qayıtması", "Elmsiz alim", "Alim oğul ile avam ata" ve s. satiralarıdır.

    Öz zengin yaradıcılığı ile Azerbaycan edebiyyatı tarixine qızıl sehifeler elave eden Seyid ezim Şirvani 1888-ci il iyunun 1-de Şamaxıda vefat etmişdir. Görkemli şair 53 illik ömür salnamesinde böyük bir irs qoyub getmişdir
    .


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Seyid Ezim Şirvani...

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: S€®C€

          Cevaplar: 9

          Görüntüleme: 9305


  2. #2

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    Çobanın hekayesi


    Yay günü şehre geldi bir çoban,
    Deyenek elde, seyr edib her yan.
    Nagahan gördü bir nefer baqqal,
    Doldurub buz tebaqe malamal,
    Seslenir her zaman ki, “ay yexeser!”
    Bu gelam eyledi çobana eser.
    Buzu ol ehtiramde görcek,
    Yürüyüb vurdu bir neçe deyenek.
    Dedi: - Bax, bax, bizi bilir qanmaz!
    Ele bildi çoban bunu tanımaz.
    Qışda qırdı qoyun-quzum yekser,
    Burada adını qoyub “yexeser”.

  3. #3

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    Öyüd


    Ey oğul, bil ki, ademi-bikar,
    Xüşk olan bir odundu, layiqi-nar.
    Bunu bizden deyibdiler eqdem:
    Seneti olmayan deyil adem.
    Puç olub getse dövletin vaye,
    Yene senetdir elde sermaye.
    Ger ticaretçün olmasa dövlet,
    Sey qıl, hasil eyle bir senet.
    Elmdir ehli-senetin hüneri,
    Elmsiz senetin nedir semeri?
    Elmsiz senetin ne miqdarı,
    “Kari-buzine nist necari”1

  4. #4

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    Öyüd - 2


    (Qite)

    Ey oğul, büxlden sen eyle hezer –
    Ki, bexilin yeri cehenizmdir.

    Ger helak olsa cümleyi-alem,
    Yene söyler bexil kim, kemdir.

    İstemez bir kesi ola xoşbext,
    Ölecek görse kimse xürremdir.

    Şebpere1 afitabedir düşmen –
    Ki, ziyasıyla halı derhemdir.

    Seyyida, şebpere1 xisal olma –
    Ki, bu etvar mergi-ezemdir.

  5. #5

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    İsğenderin veqesi


    Seyre çıxmışdı bir gün İsgender,
    Rast bir novcevane geldi seher.
    Serbürehne, cünunü divane,
    Menzili bir fezayi-virane.
    Etdi divaneye o şah xitab,
    Oldu divane müstendi-cevab.
    Dedi men padşahi-dövranem,
    RübI-meskune, bil ki, sultanem.
    Zati-pakımda çün necabet var,
    Mende derya kimi sexavet var.
    Her ne sen istesen olur hasil,
    Iste bir şey ki, ta ola vasil.
    Dedi divane: - Ey şehi-meğrur,
    Menden eyle bu dem mekesleri dur.
    Mene milçekler eyleyir azar,
    Menden olsun buyur, bu lehze ker.
    Dedi sultan ona ki, divane
    Bir şey isteki, qadire ane
    Güldü divane söylei: - Ey şah,
    Qüdrein xeyli var imiş kutah.
    Qüdrein çünki yoxdu bir meee
    Edeese nelütf hiç kese
    Me tei çünki se deacizse,
    Özüvegörmeferi çaiz se.
    Seyyida, gör ki, sevei-medan
    Eyleib xütbeebu rezi bean.
    Xeyli acizdü bu beni
    Bir mekde çekir ava
    Meksehökm qılsa ol qeyum,
    Fil xortumuna salar xortum.

  6. #6

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    İsğenderin veqesi - 2


    Neql edirler ki, bir gün İsgender
    Eyledi bir xerabe sarı güzer.
    Gördü nageh xerabede bir pir,
    Arizi reşki-afitabi-münir.
    Maili-taeti-xudayi-elim,
    Etmedi padşahe bir tezim.
    Xişmnak oldu padşahi-qeyur,
    Dedi: - Ey rahi-merifetden dur,
    Ne üçün şahe etmeedin tezim?
    Menem İsgenderi-felektekrim.
    Asiman-qedr şahi-dövranem,
    Lütfe derya, sexavete kanem.
    Menem iqlim-girü bac-sitan,
    Hökmüme tabe oldu cümle cahan.
    Dedi: - Ey şah-vacibüt-tekrim,
    Sene bir kimse eylesin tezim –
    Ki, ola senden ehtiyacı onun,
    Dövletinden ola revacı onun.
    Qaneem men ki, künci-virane,
    Sözlerindir yanımda efsanesi.
    Hirs ile azdır qulam mene -
    Ki, olub indi padşah sene.
    Ey olan ol idi qulama qualm,
    Ne tefaxürdür eyledin elam?
    Çekdi ol gün xecalet İsgender,
    İltimas etdi ol felekçaker.
    Dedi: - Eyle meni-hezine dua –
    Ki, edehirsü azı def xuda.
    Seyyida, hirsü azdan hezer et,
    Genci-mülki-qenaete güzer et.
    Olasan ger Skenderi-sani,
    Olacaqsan zemanedefani.
    Ne qalır mülkü malı dünyanın,
    Neşükuhü celalı dünyanın.

  7. #7

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    İsgender dövründe iki hekim


    Vardı İsgender eski hekim,
    Mülki-yunanda, vacibüt-tekrim.
    Onların düşdü çün mübahisesi-
    Ki, nedendir zemane hadiseesi?
    Ol ne bürhan getirdi hüccet ile,
    Bu onu redd edirdi hikmet ile.
    Her ne metleb ki, qıldı bü ünvan,
    Ol getirdi buna gözel bürhan.
    Herçi ilzame oldular talib,
    Birine olmadı biri qalib.
    Aqibet şert qıldı iki tebib,
    Here bir zehr eylesin tertib,
    O bunun zehrini içe, bu onun,
    Ta bu tövdaye kim olur meğbun?
    Birisi şerbet eyledi tertib,
    Zehr hazır qılıb ikinci tebib.
    Bir-bire verdiler mehabet ile,
    Birisi içdi zehri cüret ile,
    Bilmedi zehr olduğun anın,
    Beledir müqtezası1 dövranın.
    Etmedi xövf semmi-nafizden,
    Qaldı ol şirdil sehih beden.
    Ol biri içdi xövf ile şerbet,
    Dari dünyadan eyledi rehlet.
    Öz işinden onu qiyas etdi,
    Vehşetinden zemaneden getdi
    .

  8. #8

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    İsgenderin vesiyyeti


    Demi-nezI-revanda İsgender
    Eyledi bir vesiyyet ol server-
    Ki, anama deyin bu göftari,
    Xelqeehsanım eylesin cari.
    Leyk her kes çeekibdi derdü bela
    Yemesin ol teamden qeta.
    Çünki saz oldu nemeti-elvan,
    Qıldı anın vesiyyetini beyan-
    Ki, gerek ekl etsin ol adem
    Çekmeyibdir cahanda möhnetü qem.
    Mütenebbih olub kelamından,
    Hamı çekdi elin teamından.
    Çünki çekmişdi hamı möhnetü qem,
    Çıxmadı hiç bir nefer xürrem.
    Maderi-eşkbari-İsgender
    Gerci olmuşdu zari-İsgender,
    Bildi ki, merge yoxdu bir çare,
    Hamının qelbine deyib yare.
    Dilbera, çox da çekme möhnetü qem,
    Könlüvü eyle qem günü xürrem.
    Gerdişi-çerxi-kecmedar keçer,
    Bu qemü derdi-ruzgar keçer.

  9. #9

    • S€®C€
    • Silinmis Üye
    Yazı Boyutu

    Standart Seyid Ezim Şirvani...

    İsğenderin veqesi - 2


    Neql edirler ki, bir gün İsgender
    Eyledi bir xerabe sarı güzer.
    Gördü nageh xerabede bir pir,
    Arizi reşki-afitabi-münir.
    Maili-taeti-xudayi-elim,
    Etmedi padşahe bir tezim.
    Xişmnak oldu padşahi-qeyur,
    Dedi: - Ey rahi-merifetden dur,
    Ne üçün şahe etmedin tezim?
    Menem İsgenderi-felektekrim.
    Asiman-qedr şahi-dövranem,
    Lütfe derya, sexavete kanem.
    Menem iqlim-girü bac-sitan,
    Hökmüme tabe oldu cümle cahan.
    Dedi: - Ey şah-vacibüt-tekrim,
    Sene bir kimse eylesin tezim –
    Ki, ola senden ehtiyacı onun,
    Dövletinden ola revacı onun.
    Qaneem men ki, künci-virane,
    Sözlerindir yanımda efsane.
    Hirs ileazdır qulam mene
    Ki, olub indi padşah sene.
    Ey olan ol idi qulama qualm,
    Ne tefaxürdür eyledin elam?
    Çekdi ol gün xecalet İsgender,
    İltimas etdi ol felekçaker.
    Dedi: - Eyle meni-hezine dua –
    Ki, ede hirsü azı def xuda.
    Seyyida, hirsü azdan hezer et,
    Genci-mülki-qenaete güzer et.
    Olasan ger Skenderi-sani,
    Olacaqsan zemanede fani.
    Ne qalır mülkü malı dünyanın,
    Ne şükuhü celalı dünyanın.

  10. #10

    • Offline
    • Site Cavabdehi
    • Array

    Üyelik tarihi
    30.07.08
    Bulunduğu Yer
    TURKİYE - Kars
    Mesajlar
    906
    Tecrübe Puanı
    100

    Seviye: 40 
    Tecrübe: 1.986.818
    Sonraki Seviye: 2.111.327

    Beğendikleri
    2
    96 Mesajına 346 Tşk. Aldı

    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    5 Konu
    Yazı Boyutu

    Standart

    selamun aleyküm

    bacim öncelikler teşekkür ederim. ellerine emeğine sağlık.

    Seyyid Ezim Şirvani'yi duymuş fakat ne yazıkki kim olduğunu bilmiyordum.
    bu değerli bilgileri bizlere ulaştırdığın için ayrıca teşekkür ederim.

    selametle.............
    Tutmamışsa Aşkın Mayası, Cezbeylemez Gözlerin Elası
    Hak'ka Yönelmişse Gönül, Yüze Ne Hacet..!




    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    Seyid Ezim Şirvani...


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

seyid azim shirvani qezeller

seyid ezim sirvani qezelleri

muctehidin tehsilden qayitmasi

seyid ezim sirvani

seyid ezim sirvani seirleri

seyid ezim sirvaninin temsilleri

seyid ezim sirvani haqqinda melumat

muctehidin tehsilden qayitmasi tehlil

seyid ezim sirvani temsilleri

mirze elekber sabir

seyid ezim şirvani

muctehidin tehsilden qayitmasi eseri
seyid
muctehidin tehsilden qayitmasi eserinin tehlili
seyyid ezim shirvani
s e shirvani qezeller
seyid ezim sirvani satiralari
seyid ezim sirvaninin tehsil felsefesi
ey oqul bil ki ademi bikar
s.ezim sirvani muctehidin tehsilden qayitmasi eseri
Seyid Ezim Sirvani Muctehidin tehsilden qayitmasi
Seyid Ezim sirvani Müctehidin tehsilden qayitmasi
Seyid ezim sirvanin temsilleri
seyit ezim sirvani
seyid ezim wirvani
seyid ezim sirvaninin satiralari
seyid ezim sirvaninin yaradiciligi
müctehidin tehsilden qayitmasi
seyid ezim sirvani qezeller
Seyid ezim sirvaninin menzum hekayeleriseyid ezim şirvani qezelleriseyid ezim sirvani eserlerisirvaninin temsilleriseyid azim shirvani tehsilden qayitmasi eserinin tehliliseyid ezim wirvani heyat ve yaradiciligiseyid azim shirvaniseyid ezim sirvani muctehidin tehsilden qayitmasi eseriseyid ezim sirvani heyat ve yaradiciligiWirvaninin menzum hekayeleriseyid ezim sirvaninin eserlerinin tehliliS.E.Sirvani vikipediyaSeyid ezim sirvani Muctehidin tehsilden qayitmasi tehliliseyid ezim sirvaninin sheirleriseyid ezim sirvaninin muctehidin tehsilden qayitmasi eserinin tehlilimuctehidin tehsilden qayitmasi insa
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197