Aşağı git

Kullanıcı Tag Listesi

1 den 1e kadar. Toplam 1 Sayfa bulundu
  1. #1

    • Offline
    • Lap Yaxsı Yazır
    • Array

    Üyelik tarihi
    02.08.08
    Bulunduğu Yer
    Moskva (Russia)
    Mesajlar
    1.686
    Tecrübe Puanı
    373

    Seviye: 44 
    Tecrübe: 3.832.179
    Sonraki Seviye: 4.297.834

    Beğendikleri
    10
    118 Mesajına 260 Tşk. Aldı

    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Yazı Boyutu

    Standart NOVRUZ BAYRAMI haqqında...


    Azerica "Novruz " haqinda melumat.Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona`da bu bayram Nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz Əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz Bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.

    İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun İslamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz Bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizami`nin "Siyasətnamə"sini, Ömər Xəyyam`ın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.

    Sovet dövründə Novruz Bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.

    Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Torpaq və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci od, üçüncü yer, dördüncü çərşənbə küləyin köməyi ilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.

    Çərşənbələrin içində ən vacibi axırıncı – Axır Çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyatlardan paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. bişirilir. Süfrədə "S" hərfi ilə başlanan yeddi növ xörək olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s., bunlardan başqa güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. Ənənəyə görə bayramın ilk günü hamı öz evində olmalıdır. Ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də öz evlərinə qayıtmalıdırlar.

    Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

    Su və odla bağlı maraqlı ənənələr də var. Tonqallar qalanır və Novruzdan əvvəl Axırıncı Çərşənbə günü yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər də deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

    Su ilə əlaqədar olan ənənələr Azərbaycan`da təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, Axırıncı Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

    Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atışları açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycan`da Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atışları bildirirdi". Azəbaycan`da Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsi ilə günəşin hündürlüyünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: "Təzə il gəldi!" və elə bu anda yaylım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".

    Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

    Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü günü isə - qış sayırlar.

    Novruz - bir bayram kimi baharın gəlməsi münasibəti ilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəliminə həsr olunur.

    YENİ HƏYAT GƏTİRƏN, QƏLBLƏRİ SEVİNDİRƏN, ETRAFI GÖZƏLLƏŞDİRƏN, TƏBİƏTİ OYADAN, BAYRAMLARIN ƏN SEVİLƏNİ OLAN NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!!!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: NOVRUZ BAYRAMI haqqında...

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 0

          Görüntüleme: 8856

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish
    AyMaRaLCaN (24.03.13) Beğenenler

  • Konuyu değerlendir: Bu konuyu beğendiniz mi?

    NOVRUZ BAYRAMI haqqında...


    Değerlendirme: Toplam 0 oy almıştır, ortalama Değerlendirmesi puandır.

Ziyaretçilerin arayarak bu sayfada buldukları

novruz bayrami haqqinda insa

novruz bayrami insa

novruz bayramı aid seirler

novruz bayramina aid seirler

novruz bayrami haqqinda qisa insa

novruz bayrami haqqinda seir

novruz bayrami haqqinda qisa melumat

novruz bayrami haqqinda seirler

Novruz bayrami haqqinda melumat

novruz bayramina aid insa
novruz bayramı haqqında inşa
novruz bayrami genis haqqinda melumatlar
novruz haqqinda seirler
novruza aid insa
novruz aid seirler
novruz bayrami seirlerinovruz bayrami haqqinda elannovruz bayrami haqqinda qisa seirbahar bayramı aid seirlernovruz haqqinda insanovruz bayrami haqqinda statuslarnovruz bayrami haqqinda serlerNovruz bayramina aid statuslarnovruza aid qisa vidiolarnovruz bayramı haqqında şeirlnovruz aid insaNovruz bayrami haqqinda inwanovruz haqqinda qisa melumatNovruz.haqdaNovruz bayrami haqqinda insalarnovruz bayrami haqqinda meqalenovruz bayrami haqqinda essenovruz bayrami haqinda seirlernovruz bayramına aid uşaq şeirlnovruz bayramı haqqında insalarnovruz bayrami haqqinda en gozel seirlernovruz bayrami inwanovruz haqqında şeirlnovruz bayramina aid gozel sozlernovruz haqqinda serlernovruz haqqinda seirwww.azeribalasi.com novruz-bayrami-haqqinda-10031Novruz bayramina aid kissa seirlernovruz bayrami haqqinda genis melumatbayram haqqinda seir
SEO Blog

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197