http://img24.imageshack.us/img24/6565/tike.jpg KABABLAR Tikə kabab Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfəri və reyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və

Bu konu 3688 kez görüntülendi 0 yorum aldı ...
Azeri mutfağı....KABABLAR 3688 Reviews

    Konuyu değerlendir: Azeri mutfağı....KABABLAR

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3688 kez incelendi.

  1. #1
    Dygsuz - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    10.793
    Konular
    3263
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1050
    @Dygsuz

    Standart Azeri mutfağı....KABABLAR


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    KABABLAR
    Tikə kabab



    Qoyun əti - 330q, baş soğan 0 60q, göy soğan - 40q, cəfəri və reyhan 0 10q, sumaq - 3q, və ya nar şərab - 5q, duz, istiot
    Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.




    Lülə kabab


    Qoyun əti - 330 q, quyruq yağı - 20q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot.
    Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub yaxşıca qarışdırılır. Qiymə soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkababın yanına halqavari doğranmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.




    Toyuq kababı


    Toyuq əti - 300q, baş soğan - 35q, keşniş və cəfəri - 25q, duz, istiot, sumaq.
    İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verili rvə üstünə göyərti səpilir. Hind toyuğu kababı da belə hazırlanır.




    Cücə kabab


    Cücə - 285q, xama - 10q, baş soğan - 30q, keşniş və cəfəri - 25q, lumu 1/2 əd., və ya narşərab - 25q, duz, istiot.
    İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Hazır kababın yanında halqavari doğranmış baş soğan verili rvə üstünə lumu dilimi qoyulur.




    Qara ciyər kababı


    Qoyun qara ciyəri - 230q, qoyun quyruğu - 60q, cəfəri - 18q, sumaq - 3q, duz.
    Qara ciyər pərdələrdən təmizlənir. 30-40 qr çəkidə doğranır . Qoyun quyruğu 1015 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qara ciyərə duzlu su çilənir. Hazır kababın üstünə göyərti və sumaq səpilir.




    Kartof kababı



    Kartof - 350q, qoyun quyruğu - 60q, göy soğan - 40q, cəfəri - 10q, duz, istiot.
    Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15020 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kababın üstünə göyərti səpilir.





    Badımcanla quyruq kababı



    Badımcan - 350q, qoyun quyruğu 0 60q, soğan - 40q, cəfəri və şüyüd - 20q, duz, istiot.
    Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.




    Həvəskar kababı


    Xammallar və hazırlanma qaydası tikəkababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5-6 tikə ət kəsir və şişə taxıldıqda həmin tikçələrin üstü bir tərəfə baxmalıdır.




    Tava kababı


    Qoyun əti - 220q, ərinmiş yağ - 30q, baş soğan - 40q, yumurta - 2əd., şəkər - 5q, sirkə - 10q, keşniş və şüyüd - 25q, duz, istiot. Yay vaxtı şəkər və sirkə 50q pomidorla əvəz edilir.
    Qoyun ətinin yumşaqhissəsi soğanla ətçəkən maşından keçirilir, istiot v ədu vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə bitoçki hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kababına kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azeri mutfağı....KABABLAR

          Kategori: Azerbaycan Mutfağı

          Konuyu Baslatan: Dygsuz

          Cevaplar: 0

          Görüntüleme: 3688


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş