Tahir TALIBLI Tanrı Gedən gedir,gələn gəlir Yüngül sənnən,agır sənnən Hər nə var sənnən başlayır Əzəl sənnən,axır sənnən Xoş üzünə açır güllər

Bu konu 1125 kez görüntülendi 0 yorum aldı ...
Tahir TALIBLI 1125 Reviews

    Konuyu değerlendir: Tahir TALIBLI

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1125 kez incelendi.

  1. #1
    azeri_azeri_azeri - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    07.03.2009
    Mesajlar
    1
    Konular
    1
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @azeri_azeri_azeri

    Standart Tahir TALIBLI

    Tahir TALIBLI

    Tanrı

    Gedən gedir,gələn gəlir
    Yüngül sənnən,agır sənnən
    Hər nə var sənnən başlayır
    Əzəl sənnən,axır sənnən

    Xoş üzünə açır güllər
    Ləhcənnən oxur bülbüllər,
    Sənnən əsir əsən yellər
    Gümüş sular axır sənnən

    Nələr sonaladım,seçdim
    Odun gördüm,suyun içdim
    Hər şeydən bezdim də, keçdim
    Keçəmmədim axır sənnən

    30.10.2008

    Tahir TALIBLI

    Qorxu

    Gedirsən yoluna çıxır,
    Durursan qarşına gəlir,
    Qorxudu,qorxduqlarındı
    Hamısı başına gəlir

    Dagına daşına gələnlər,
    Qurduna quşuna gələnlər,
    Sonda başına gələnlər,
    Əvvəldə tuşuna gəlir

    Azında çoxun qurtarır,
    Gözündə yuxun qurtarır,
    Elə ki,qorxun qurtarır,
    Ölümdə xoşuna gəlir
    2007


    Tahir TALIBLI

    Gedən Süleymanlar,şahlar,
    Dönən,taxtdı,taxtdı
    Sənə güvəndiyim daglar,
    Sənə də gümanım yoxdu

    Gəldi də yaşımız çatdı,
    Pisimiz,yaxşımız çatdı,
    Insanı yaşadan baxtdı
    Qəhr edən də baxtdı,baxtdı

    Torpaq altda itəsiyik
    Haqdan birdə bitəsiyik
    Bir də çıxıb gedəsiyik
    Desələr ki,vaxtdı,vaxtdı
    2007

    Tahir TALIBLI

    Öz içimnən başladıgım
    Sona çatıb yürüş daha
    Butalamaz ayrılıqlar,
    Kama yetməz görüş daha

    Öz-özünə kim qocalıb,
    Daha əllərim qocalıb
    Içimdə içim qocalıb
    Gətirəmmir duruş daha

    Içibdi eşqin camını,
    Dadıbdı dərdin tamını
    Tanrının bu adamını
    Göy üzünnən soruş,- daha
    2007


    Tahir TALIBLI

    Yerin tanrının yanımı
    Beləcə ucadı bilmədim,
    Istədim açım qapını
    Halın necədi bilmədim

    Yeddi qat sirrər oyatdı
    Yeddi dag,bələn oynatdı,
    Sözün içimi göynətdi
    Könlün incədi bilmədim

    Çixmaqnan bitməz hər yoxuş
    Bitməz,saqqalı agarmış
    Bizdən öncə ölüm varmış
    Ölüm öncədi bilmədim
    2007

    Tahir TALIBLI

    Bir kimsə bilməz necəsən,
    Xəbər yox halınnan sənin
    Yarandı küllü-kainat,
    Bir kəlmə olunnan sənin.

    Biz kimik,heçik gedirik,
    Zamannan keçib gedirik,
    Beləcə,köçüb gedirik
    Sagınnan solunnan sənin

    Olanlar,Mövlam,xoş oldu
    Mənim də peymanım doldu
    Tahir bir xatasız quldu
    Nə gələr qulunnan sənin
    2006


    Tahir TALIBLI

    Enidbi tanrıdan,haqdan
    Dərddi yenə bizə gəlir,
    Gedən aldanışa gedir,
    Gələn hələ duza gəlir.

    Mayası qudurub nəfdən
    Kefcili bayılıb kefdən,
    Əzrayılla hər tərəfdə
    Adamlar üz-üzə gəlir

    Beləcə dogub törəyib
    Qurdu qəmgin,quşu qərib
    Bizi yiyəsizmi görüb
    Ölüm üstümüzə gəlir
    07-08 mart 2008

    wwwtaliblitahir.azeriblog.com

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Tahir TALIBLI

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: azeri_azeri_azeri

          Cevaplar: 0

          Görüntüleme: 1125


Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş