"Ayaga dur Azerbaycan" Ne yatmısan qoca vulkan seninleyim ! Ayağa dur Azerbaycan seninleyim ! Senden qeyri, biz her şeyi böle billik. Senden qeyri, Biz hamımız öle billik. Bu Şehriyar harayıdır, Bu Bextiyar harayıdır.

Bu konu 4847 kez görüntülendi 3 yorum aldı ...
"Ayaga dur Azerbaycan" 4847 Reviews

    Konuyu değerlendir: "Ayaga dur Azerbaycan"

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4847 kez incelendi.

  1. #1
    bakili_qiz - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.09.2008
    Mesajlar
    22
    Konular
    9
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @bakili_qiz

    Standart "Ayaga dur Azerbaycan"

    "Ayaga dur Azerbaycan"

    Ne yatmısan qoca vulkan seninleyim !
    Ayağa dur Azerbaycan seninleyim !
    Senden qeyri,
    biz her şeyi böle billik.
    Senden qeyri,
    Biz hamımız öle billik.
    Bu Şehriyar harayıdır,
    Bu Bextiyar harayıdır.
    Ayağa dur Azerbaycan!
    Bunu bize zaman deyir,
    Mezarından baş qaldıran baban deyir:
    - Ner oğlu ner seninleyim!
    Seninleyim silah tutan,
    külüng tutan , yaba tutan,
    Kösöy tutan nişanlı er seninleyim!
    Seninleyim qız atası,
    Hanı neren , hanı sesin?
    Hani andın?
    Yoxsa sen de yatmışlara, batmışlara,
    Qeyretini satmışlara xırdalandın?
    Gözünü sil veten oğlu,
    Ayağa qalx!
    Üfüqüne bir yaxşı bax,
    Serhedine bir yaxşı bax,
    Serhedinin kemendine bir yaxşı bax!
    Dur içinden qorxunu boğ,
    Ölümünle qalımını ayırd ele.
    Dur içinden dovşanı qov,
    Dur özünü Boz Qurd ele!
    Varım - yoxum seninleyim,
    Azım - çoxum seninleyim,
    Şirin yuxum seninleyim
    Yıxın meni söz atından, -
    Atın meni tank altına,
    Ezin meni xıncım - xıncım,
    Kesmir eyer söz qılıncım.
    Didin meni didim - didim,
    Atın meni tank altına.
    Qundaqdakı bir körpeni xilas edim.
    Seninleyim,
    Sözü qemli, özü demli
    rehber adam!
    1918 -de vuruşurdu
    danışmirdı rencber atan,
    rencber atam!
    Oyat bizi ey yaradan seninleyim !
    Ya birmerre yatırt bizi,
    Ya birmerre oyat bizi.
    Ya yeniden yarat bizi!
    Ey yaradan, səninləyəm!
    Seninleyim yatmış vulkan.
    Seninleyim!
    Ayağa dur Azerbaycan,
    Seninleyim!

    Memmed Araz . 19.03.1992


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: "Ayaga dur Azerbaycan"

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: bakili_qiz

          Cevaplar: 3

          Görüntüleme: 4847

    Şəbi hicran yanar canım
    Tökər qan çeşmi giryanım
    Oyadar xəlqi efqanım
    Qara bəxtim oyanmazmı.
    Gülü rüxsarına qarşı
    Gözümdən qanlı axar su
    Həbibim fəsli güldür bu
    Axar sular bulanmazmi.



  2. #2
    bakili_qiz - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.09.2008
    Mesajlar
    22
    Konular
    9
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @bakili_qiz

    Standart


    Üzünü yan tutub qaçırsan məndən.
    Məni əvvəlki təki sevmirsən nədən?
    Nədir könlündəki söylə sevgilim!.

    Bəlkə özgəsinə salmısan meyil?
    O, baxış o, sözlər əvvəlki deyil.
    Gəzirsən kənarda biganə veyil.
    Nədir könlündəki söylə sevgilim?

    Mənimsə qəlbimi qüssə qəm alır.
    Soyuqluq qəlbimə şüphələr salır.
    Sənsiz dünya gözlərimdə qaralır.
    Nədir könlündeki söylə sevgilim
    Sevgilimə can deyəndə,
    Cananımı bir görəndə,
    Gözlərimə işıq dolur,
    Kedərlərim sevinc olur.

    Gəl ay gülüm, sevgilim, ey nazlı mələyim,
    Gəl səni mən son dəfə bir daha görəyim,
    Daha dözməyir mənim bu yazıq ürəyim,
    Gəl səni görüm ki, mən rahatca öləyim

    Sevgini qəlbində büküb saxlama
    Bu sevən qəlbimi mənim dağlama
    Sağ ikən üzümə gülməmisənsə
    Sənə yalvarır*** ölsəm ağlama

    Hamı qonaq qalır bil ki, dünyada
    Əbədi yaşamaq olar xülyada
    Heç kəs qalmayacaq qoca dünyada
    Mən qara torpağa düşsəm ağlama
    Yuxu da getməyir gecə gözümə
    Mən təəccüb qalmışam özüm özümə
    Yenə inanmasan mənim sözümə
    Mən səni daş ürək bilsəm ağlama

    Sevgi sevinc deyil inan ki qəmdi
    Bu qəm ürəyimdə yığılıb cəmdi
    Şamı qaranlıqda əriyən şəmdi
    Bir gün sönəcəyəm, sönsəm ağlama

    Gah yuxuda, gah röyada
    Gecələr də, gündüzlər də
    Yalnız səni mən görürəm
    Qəlbimdəki hislər ilə!

    Elə bil ki, mənimləsən
    Qelbimdəsən, könlümdəsən,
    Başqa heç nə düşünmürəm
    Qəlbimdəki hislər ilə!

    Zaman necə dəyişibdir,
    Varlı-kasıb hər zaman var
    Amma onlar arasında məsafəmi,
    Nə vaxtdan var
    Bunu necə duyum, görüm,
    Qəlbimdəki hislər ilə!

    Həyatda sevinc olanda,
    Elə bil ki, yanımdasan
    Kədərli, qəmli anımda
    Sən yenə də, yanımdasan
    Səni necə sevməyim mən
    Qelbimdəki hislər ilə!

    Gördüm sevib-sevilirik
    Necə də gözəldir ALLAH!
    Mənə deyir, mən səninəm
    Sən də mənim, nə məsləhət?
    Röyada gördüyümü də,
    Gerçəklikdə sanıram mən
    Qəlbimdəki hislər ilə!

    Qaynar hislər, eşq alovu
    Heç vaxt sönməz, yaşayacaq
    Məhəbbətdən ayrılanda
    O sürətlə qocalacaq
    Niyə axı qocalmasın
    Qəlbimdəki hislər ilə!

    Sevinc gözəl, kədər acı
    Ancaq ömür gerçəklikdir
    Sevincimə sevinc qatıb,
    Kədərinə kədərlənən
    Daim üzü gülən mənim
    Ey sevdalım, qaranquşum
    Səni necə sevməyim mən
    Qəlbimdəki hislər ilə!
    Səni necə sevməyim mən
    Qəlbimdəki hislər ilə!
    Şəbi hicran yanar canım
    Tökər qan çeşmi giryanım
    Oyadar xəlqi efqanım
    Qara bəxtim oyanmazmı.
    Gülü rüxsarına qarşı
    Gözümdən qanlı axar su
    Həbibim fəsli güldür bu
    Axar sular bulanmazmi.



  3. #3
    ılgın20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    15.01.2009
    Mesajlar
    16
    Konular
    1
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @ılgın20

    Standart

    aman yarebbim ne güzel paylaşımlar bunlar

  4. #4
    gencoghlan - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2010
    Mesajlar
    1
    Konular
    0
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @gencoghlan

    Standart

    Bu yasaq dilli elın dərdinə dərman gələcək
    Tapdalanmış ananın gödə sinə can gələcək
    Quruduylarsa kökdən bu elımızin damarın
    Bir gün ama bu damar içəri inan qan gələcək
    Bir zamanlar elı ağlatdı arazın harayı
    Yenə şənlık harayı birdə arazdan gələcək
    Çəkdilə nahəqilə həq danışanları dara
    Nə yaman gündü bu allah söylə iman gələcək
    Getdi sətarlar ama qaları damdı bu yola
    Iz qoyublar yenədə yollara insan gələcək
    Day günahdırmı danışmaqda ananın dilinə
    Harda yazdın söylə allah yeni quran gələcək
    Talanıbdır öz qızıl bayraqı altında elım
    Ama bir gün bilirəm dünyaya vücdan gələcək
    Baxın özgürlük açıb qolları babək elınə
    Səsimizdən yaşasın Azərbaycan gələcək

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş