Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir

Bu konu 7180 kez görüntülendi 17 yorum aldı ...
Musiqi sƏnƏtinin inkişafı tarıxı 7180 Reviews

    Konuyu değerlendir: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 7180 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
    İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani sübutdur.
    İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdulqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.
    Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin "Nəqavətil Ədvar" risaləsini və onun oğlu Mahmud Çələbinin "Məqasid əl-Ədvar" əsərini göstərmək olar.
    XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin "Musiqi haqda" risaləsidir.
    XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

    Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
    Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.
    Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
    XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Musiqi sƏnƏtinin inkişafı tarıxı

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 17

          Görüntüleme: 7180


  2. #2
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun "Sevil" operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də "Mahnı" teatrının yaradıcısı və rəhbəri olmuşdur.


    Hacıbəyovun digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.


    XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.


    Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.
    20-40-cı illərdə yeni bəstəkarlar nəsli - S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hajıbəyov, J.Hajıyev və b. yaradıjılıq yoluna qədəm qoyur.


    30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov "Təntənəli marş", M.Maqomayev "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8"), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.


    1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin "Vətən" (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.


    Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.


    Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.

  3. #3
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    1958 ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.


    S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.


    50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.


    C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.
    60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.


    Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.


    Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın - R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b. əməyi göstərilməlidir.


    Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.

  4. #4
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf edir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.

    Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

    Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi "Sevil" və "Muğam" ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa caz ifaçıları da tanınmışlar.


    Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.


    Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur.


    2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.


    Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.
    A.Məlikovun,V.Adıgözəlovun,X.Mirzəzadənin,A.Əlizad ənin,T.Bakıxanovun, F.Qarayevin,İ.Hacıbəyovun,F.Əlizadənin,C.Quliyevin ,E.Dadaşovanın,R.Həsənovanın, Q.Məmmədovun,F.Hüseynovun,əsərləri Türkiyədə,Norvecdə,Hollandiyada,Kiprdə,ABŞ-da,İsveçrədə,Almaniyada,Tailandda və b.ölkələrdə səslənmiş,nüfuzlu müsabiqələrin qalibləri olmuşlar.Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası),V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası),Kiprdə T.Bakıxanovun ("Güzey Kipr fəsilləri", "Güzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir.Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.
    1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
    2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
    2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada «Vela festival» «Klassik Ariano» festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və diricor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Bu mötəbər müsabiqədə Rusiyadan, Ukraynadan, Gürcüstandan, Belarusiyadan, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan 70 vokalçı iştirak edirdi. 2007-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçirilmişdir. Festival çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında bəstəkar Firəngiz Əlizadənin «Qarabağnamə» operasının premyerası böyük müvəffəqiyyıətlə keçmişdir. 2007-ci ildə F.Əlizadə Yuneskonun “Dünyanın artisti” adına layiq görülmüşdür.Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır.Biz ondan yeni böyük qələbələr, gözəl əsərlər və parlaq istedadlar gözləyirik.

  5. #5
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Azərbaycan Milli musiqi alətləri

    X əsrdən başlayaraq Azərbaycanın Orta əsr musiqi mədəniyyətində geniş inkişaf mərhələsi başlamışdır. Həmin dövrlərdə istifadə olunan simli, nəfəsli və zərb musiqi alətlərinin sayı 60-dan çox olmuşdur. Bu alətlər haqqında geniş məlumatları xalqımızın dahi şairi Nizami Gəncəvinin (XII əsr), XVI əsrdə yaşayıb yaratmış görkəmli şair Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin (XIIIəsr), Əbdül Qadir Marağainin (XIV əsr), daha sonra Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən almaq olar. XV-XVI əsrlərdə yaşayıb-yaratmış iste'dadlı Azərbaycan rəssamları Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli, Mir Səid Əli tərəfindən çəkilmiş miniatür sənət növlərində orta əsrlərdə istifadə edilmiş musiqi alətlərinin çox geniş təsviri verilmişdir.

    Əsrlər boyu milli musiqi mədəniyyətimizin inkişafına əvəzsiz xidmət etmiş musiqi alətlərimizin araşdırılaraq öyrənilməsi, onların bərpa edilərək yenidən səsləndirilməsi, bu gün tariximizin araşdırılması baxımından çox əhəmiyyətlidir.

    Qopuz-Ən qədim simli musiqi alətlərindən biri. Vaxtilə Azərbaycan ozanlarının ifaçılıq sənətində tətbiq və istifadə etdikləri əsas çalğı aləti.

    Saz-Əfsanəyə görə, guya qartal bir heyvan cəmdəyini parçalayaraq bağırsaqlarını caynaqlarına alıb ağacın başına qaldırır. Bağırsaq budaqlara ilişir, isti gün altında quruyub nazilir. Şiddətli küləyin uğultusu və budaqların ona toxunması ahəngdar səslər çıxarır. Bu zaman yoldan keçən bir adam həmin səslərə heyran qalır. Hadisənin səbəbini öyrəndikdən sonra guya qurumuş bağırsaqdan sim düzəldərək ilk musiqi alətini icad edir. Ilk baxışda çox maraqlı görünən bu əfsanəni ilk simli musiqi alətlərinin yaranması haqqında nağıl kimi qəbul etmək daha düzgün olar. Burada müəyyən inandırıcı cəhətlər olsa da, əfsanə əfsanəliyində, nağıl nağıllığında qalır. Əslində isə hər bir musiqi alətini insan icad etmişdir.

    Babası ozan, ulusu qopuz olmaqla Azərbaycan xalqının məişətinə çox qədim dövrlərdən bəri daxil olan saz 3,5,7,9,11 tel (sim) üzərində inkişaf tapmışdır.

    Küp-çanaq-çömçə, üz taxtası, üz-sinə taxtası, qol-bilək, beçə, aşıqlar – qulaq – burmanc, simçüyü, küpxərəyi, (çanaq xərəyi) keçirmə-qayış – bağ, baş xərəyi, sim tel, pərdə, ayaq xərək, sim xərəyi, tazanə - mizrab, köynək-torba, sinə üz toxtada açılmış deşiklərdən ibarət müasir sazların əsas hissələri qart tut ağacından, qol və aşıqlar isə qoz ağacından hazırlanır.

    Səkkiz mərhələdə formalaşan müasir sazın səsdüzümü fərqli adlar ilə, məsələn, Naxçıvan bölgəsində birinci pərdə baş və ya divani, ikinci lal, üçüncü cığalı təcnis, dördüncü lal, beşinci şah, altıncı –lal, yeddinci keşiş oğlu, səkkizinci cəngi Koroğlu, doqquzuncu lal, onuncu ayaq şah pərdə adları ilə məlumdur.

    Tar-Tarın Azərbaycanda orta əsrlərdə incəsənətin və mədəniyyətin inkişaf etdiyi bir dövrdə səsləndirildiyi bildirilir. Bu musiqi alətinin adına Nizami Gəncəvinin əsərlərində rast gəlinmişdir. Füzuli “Həft –cam” əsərində üçüncü qədəhi tar ilə qaldırır. O, tar nəğməsindən ilhamlanır. XIX əsrin ortalarında əfsanəvi dağlar qoynunda uyuyan Şuşada dünyaya gələn Mirzə Sadıq (Sadıqcan) səsini itirəndən sonra qəlbinin tellərini tara köçürərək Şərq aləmində ilk dəfə olaraq tarın quruluşuna yenilik gətirmişdir. Onun tardakı yeniliyi Zaqafqaziyada, Orta Asiyada və başqa ölkələrdə musiqi aləminə təravətli və nəcib töhfə kimi qəbul edilmişdir. Beş simi olan və diz üstə çalınan tarı Sadıqcan ilk dəfə olaraq sinə üstə çıxarmışdır. Tarın təkmilləşdirilərək müasir şəklə salınması muğamların inkişafında böyük rolu olmuşdur. Bununla əlaqədar tar təkcə müşaiyətçi bir aləm kimi qalmayıb, eyni zamanda solo ifaedici bir çalğı alətinə çevrilmişdir.

    Kamança-Azərbaycanda bu yaylı- simli musiqi alətinin tarixi çox qədimdir. Uzun qola və dayanacağa malik olan kamança tək simli olub. Zaman keçdikcə kamançaya iki sim əlavə edilmişdir. Sonrakı əsrlərdə isə bu alət dörd simli olmuşdur. Nizami Gəncəvinin əsərlərində az da olsa kamançanın adı çəkilir. Eramızın XIII əsrində yaşamış azərbaycanlı alim və görkəmli musiqişünas Səfiəddin Urməvi, XIV əsrin məşhur musiqişünası və bəstəkarı Əbdülqadir Marağı, XVI əsrdə yaşamış özbək xalqının fəxri Əlişir Nəvai, dahi Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərində başqa musiqi alətləri ilə bərabər kamançanın da adını çəkmişdir.

  6. #6
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Zurna-Bu musiqi alətlərinin ən azı 3 minillik tarixi vardır. Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan nəfəsli musiqi aləti sayılan zurnanın (sur) adına “Kitabi-Dədə - Qorqud” dastanlarında da rast gəlirik. Zurna haqqında Azərbaycan xalqının qəhrəmanlıq dastanı sayılan “Koroğlu”da da məlumat var. XII əsrin Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilmişdir.

    Qədimdə olduğu kimi , indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Şahbuz, Babək, Kəngərli, Sədərək rayonlarında və onların əhatə etdikləri kənd və qəsəbələrdə toy şənlikləri zurnasız ötüşmür, üç nəfərdən ibarət zurnaçılar dəstəsi insanların qəlbini coşdurur, dinləyicilərdə nəcib duyğular oyadırlar. Adətən heyva, armud, qoz və ərik ağaclarından hazırlanan zurnanın üstündə 7, altında isə bir deşiyi olur. 28 –30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, qurtaracağının diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən isə ustad zurnaçılar öz zurnalarının üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün.

    Etnoqrafik müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının ənənəvi toylarını zurnasız təsəvvür etmək qeyri-mümkündür. Zaman-zaman müxtəlif materiallardan hazırlanan zurna nəfəsli musiqi aləti sonralar əsasən tut, qoz və ərik ağaclarından hazırlanmış və təkmilləşdirilmişdir. Açıq-aydın gur və güclü səsi olan milli nəfəsli musiqi alətinə xalq arasında “qara zurna” da deyilir. Ola bilsin ki, “qara” sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır.

    Balaban-Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti xalq arasında balaban və ya “Yastı” balaban adı ilə tanınır. Ucuna ikiqat yastı qamış müştük, ortasına isə xərək keçirilir. Xərəyin hərəkətə gətirilməsi alətin kökünü dəyişdirir. Çox zaman qara zurna və sazla birlikdə dilləndirilən balaban həmin alətlərdə ifa olunan melodiyanın dəmkeşini tutur. Balaban nəfəsli musiqi aləti nağara və ya qoşa nağara ilə birlikdə zurnasız da çalınır. Azərbaycan xalqının nəfəsli milli musiqi aləti olan balabanın səsi indi də toy-mağarlardan, xalq çalğı alətləri orkestri və ansambllarından gəlməkdədir.
    Tütək-Nəfəsli alətlər qrupuna daxil olan tütək ney nəfəsli musiqi alətindən sonra yaranmışdı. Vaxtilə ancaq çobanların, sonralar isə həvəskar musiqiçilərin çalğı aləti olmaqla yüzlərcə peşəkar musiqiçinin əlindən düşməyən bu milli nəfəsli musiqi aləti tamaşaçıların qəlbini riqqətə gətirmişdir. Sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçən ən qədim nəfəsli milli musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində qarğı-qamışdan, sümük, ağac, saxsı və metaldan hazırlanmışdır. Tütək musiqi alətinin çobanlar tərəfindən hazırlanması onu deməyə imkan verir ki, bu musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul olduğu vaxtlarda – 10-12 min il bundan əvvəl icad edilmişdir.

    Barmaq dəlikləri olmayan adicə borudan ibarət olan ilk tütəkdən sonra adamlar heyvan sümüklərindən və dişlərindən tütəklər düzəltməyə başlayıblar. Dulusçuluğun inkişafı ilə əlaqədar olaraq tütəkləri yandırılmış gildən düzəltmişlər. İfaçılar getdikcə bu milli nəfəsli musiqi alətində çalmaq üçün əmələ gələn çətinlikləri aradan qaldırmaq zərurəti ilə qarşılaşdıqları zamanda boruda müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədi ilə yeni üsullar axtararaq, tütəkdə dəlik açmışlar. Təcrübəli musiqiçilər dəlikləri yarımçıq qapamaqla xromatik səslər əldə etmişlər. Bu səsi əldə etmək isə xüsusi hazırlıq və istedad tələb etmişdir.

    Minilliklər boyu insanların qəlbini riqqətə gətirən nəfəsli musiqi aləti olan tütək geniş texniki imkanlara malikdir. Bu alətdə kifayət qədər sürətli tempdə diatonil qammalar ifa etmək olar.


    Tulum-Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında az məlumat verilən tulum iki hissədən – tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətin çox çalınması və eləcə də səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır. Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Tulumu hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. Ilk dəfə bu aləti çobanlar düzəltmiş və çalmışlar. Tulum musiqi aləti sinifli cəmiyyətin ilk dövrlərində meydana gəlmişdir. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti gənc ifaçılara öyrədilir.

  7. #7
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Nağara-Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Onun adına “Kitabi-Dədə-Qorqud”da da rast gəlirik. “Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı”. Təkcə bu fakt nağaranın tarixini müəyyənləşdirməkdə əhəmiyyətlidir.

    XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez “nağara” sözü işlədilir:

    Çataraq inləyir neyin nəfəsi,
    Nağara əl çalır, yüksəlir səsi.

    Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə, ilk sinifli cəmiyyət dövründə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Təxminən 3 min il bundan əvvəl isə saxsıçılıq sənəti geniş yayılmışdır. Deməli o dövrdən də nağaranın inkişaf edə bilməsinə şübhə yeri qalmır.

    Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaraçının gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir. Nağara əksər hallarda iki xüsusi çubuq vasitəsi ilə çalınır. Onun əllə çalınması isə xarakterik hallardandır. Sağ əldəki əyri başlı çubuq daha sanballı olub, qayış vasitəsilə biləyə, sol əldəki düz çubuğun qayışı isə barmağa keçirilir.


    Qoşanağara-xalq musiqisində ən çox istifadə edilən zərb çalğı alətlərindən biridir. Adından məlum olduğu kimi, qoşa nağara bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" da deyilir.

    Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.

    Bu alətin hazırlanmasında əvvəllər gildən, sonralar isə ağacdan və metaldan istifadə olunmuşdur. Üzləri dəvə, dana və yaxud keçi dərisindən hazırlanaraq metal burğular ilə gövdəyə bərkidilir. Həmin burğuların vasitəsi ilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır.

    Qoşa nağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur.

    Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir. Özünə məxsus səs tembri olan qoşa nağara solo aləti kimi nadir hallarda səsləndirilir.
    Kanon- Vaxtilə Azərbaycan xalqı arasında geniş yayılan bu gözəl, incə qəlbli musiqi aləti yaxın illərədək demək olar ki, unudulmuş, musiqi səhnəsində görünməz olmuşdur. Əldə olan materiallar əsasında sübut edilib ki, Şərq ölkələrində işlədilən Kanon musiqi aləti Azərbaycanda təxminən min ildən də çox bir tarixə malik olmuşdur. Musiqi alətinin adına Nizami Gəncəvinin “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərini oxuyarkən rast gəlirik. XVI əsrdə isə bu musiqi alətinin daha geniş yayıldığı sübut olunmuşdur. Uzunluğu 80-90 sm, eni isə 30-40 sm olan müasir kanon musiqi alətinin cəmi 72 simi var. Onu çalmaq üçün şəhadət barmağa taxılmış metal üskükdən ibarət 2 “mizrabdan” istifadə olunur. Kanonun incə tellərindən qopan zərif musiqi sədaları bu gün də böyük konsert salonlarının və ansambllarının bəzəyinə çevrilib.

  8. #8
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Qaval-dəf və dairəvi zərb alətlərindən, demək olar ki, ölçüsünün nisbətən böyük olması ilə fərqlənir. O, görkəminin zərifliyi və içəri tərəfdən bərkidilən halqalarla da başqalarından seçilir. Belə qənaətə gəlinir ki, bu zərb aləti dəf və dairənin təkmilləşmiş formasıdır. Qavalın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanadlandırır. Məlum olduğu kimi, əsasən xanəndələr tərəfindən istifadə edilən qaval dairəvi quruluşa malik olub bir növ xəlbiri xatırladır. Adətən palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə nazik dəri çəkilir, içəri tərəfdən isə metal zınqırovlar bərkidilir. Başqa zərb aləti kimi, qaval da adətən çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.

    Ud-musiqi alətini özünəməxsus ustalıqla ifa etmiş, XVII əsrdə Orta Asiyada Yaşamış Dərviş Əli adlı məşhur musiqiçi uda daha çox üstünlük verərək, onu “bütün musiqi alətlərinin şahı” adlandırmışdır. Səsində əvəzolunmaz, təkraredilməz bir incəlik, rəvanlıq duyulan udun cazibədar səsinə valeh olan orta əsr müəllifləri onun dörd simini od, su, hava və torpaqla müqayisə etmişlər.

    Ud Azərbaycanda da çox qədimlərdən səslənmiş, tar kimi ud da muğamlarımızın ifasında mühüm rol oynamışdır. Nizami Gəncəvinin zəmanəsində onun mənsub olduğu Azərbaycanda ud daha çox məşhur olduğundan, onun səsindəki qeyri-adi gözəllik əsərlərində dönə-dönə vəsf edilmişdir. XIII əsr Azərbaycan musiqişünası Əbdül Mömün Urməvi özünün “Kitabi-əl -ədvar” (“Mahnılar kitabı”) adlı əsərində udun meydana çıxması və onun xarakterik cəhətləri barədə ətraflı məlumat vermişdir. Udu musiqi alətlərinin ən şərəflisi hesab edən XV əsrin böyük alimi Əbdürrəhman Cami onun inkişaf tarixindən bəhs edərək əvvəlcə dörd simli olduğunu, X əsrdə isə Fərabinin ona beşinci sim əlavə etdiyini söyləmişdir. Ud musiqi alətinin daxili aləmini açıb bizə çatdıran dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin “Həft-cam” əsərində ud haqqında qiymətli məlumata rast gəlinir.
    Xalq mahnıları. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak,yüksək mənəviyyatı,daxili aləmi,arzuları,ümidləri parlaq şəkildə əks olunmuşdur.
    Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə,musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını,məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.
    Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır.Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır.Ən qədim mahnılara "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çiçək şumla yeri", "Şum nəğməsi" və başqalarını misal gətirmək olar.
    Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır.Xalqın bayram şənlikləri,toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır.Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan,günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir.Məsələn, "Günəş çıx, çıx, çıx!Kəhər atı min çıx" və yaxud "Yağış çağır", "Xıdır İlyas", "Səməni", "Kos-kosa", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi.Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.
    Məişət mahnıları da məzmununa,formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.
    Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.
    Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün "ah", "vay" kimi nidalar, "Bayatı-Şiraz"ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır. Birinci qrup mahnılara "Gül oğlan", "Yar bizə qonaq gələcək", "Qoy gülüm gəlsin" və s. ikinci qrupa "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar" və s. mahnılar daxildir. Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.

  9. #9
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.


    Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.


    Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı. Məsələn, "Gedən gəlmədi", "Piyada Koroğlu", "Qaçaq Nəbi" və b. bu cür mahnılardandır.


    Rəqslər. Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.


    Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.


    Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.
    Aşıq yaradıcılığı. Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların müsiqi-poetik yaradıcılığı da daxildir. Aşıq-eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.


    Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının, məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq sənətinə qədim epik dastanlar, xalqın azadlığını, qəhrəmanlığını, tərənnüm edən mahnılar, satirik və yumoristik və həm də dostluğu, məhəbbəti vəsf edən mahnılar daxildir. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır. Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir. Alətin gözəl tembrinə görə sazı şairlər həmişə vəsf etmişlər. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəramani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şerlə danışıq parçalarını əvəz edir.


    XVI əsrin xalq qəhramanı, feodallara və xarici işğalçılara qarşı çıxmış cəsur, igid Koroğlu haqqında dastan məşhurdur. Bu dastanda "Koroğlu cəngisi", "Atlı Koroğlu", "Piyada Koroğlu", "Koroğlu" və b. aşıq mahnılarında Koroğlunun qəhramanlığı vəsf edilirdi. "Misri" mahnısı da qəhramani xasiyyət daşıyaraq aşıqların xüsusilə deyişməsi vaxtı ifa edilir. Deyişmədə iki, üç, hətta dörd aşıq iştirak edib, müəyyən mövzuda iprovizə edə bilərlər.


    Aşıq yaradıcılığının lirik janrında tərifləmələr, "gözəlləmə"lər xüsusilə məşhurdur. Bu "gözəlləmə"lər həm sevimli, gözəl qadına, həm də qəhrəmana, məsələn, igid Koroğluya, onun əfsanəvi Qıratına həsr oluna bilər. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, "Yanıq Kərəmi", "Dilqəmi" kimi, digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.


    Aşıq yaradıcılığında nəsihatəmiz mahnılardan ibarət ustadnamə janrı da maraqlıdır.


    Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı,onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır. Bu formalar dastanlara da daxil ola bilərlər.


    Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.


    Azərbaycan aşıqları müəyyən zonalara bölünmüşlər və bir-birindən öz yerli yaradıcılıq xüsusiyyətlərinə görə ayrılırlar. Məsələn, Göyçə, Gəncə, Kəlbəcər, Qazax, Tovuz, Borçalı, Şirvan, Səlyan aşıqları öz fərdi sənətkarlıqları ilə seçilirlər və aşıq sənətinin ənənələrini böyük əzmlə qoruyub saxlayırlar.


    Qədim dövrlərdə və orta əsrlərdə aşıqlara "ozan", "varsaq", "dədə" deyirdilər.

  10. #10
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.656
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    2
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart Cevap: Musiqi sƏnƏtinin inkişafı tarıxı

    Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.


    1300 il öncə Dədəmiz Qorqud elimizdə, evimizdə əmin-amanlığın olmasını, ozanların çalışıb oxumasını arzulamışdı. Ona görə ki, ozan hər şeydən agah olan "ər comərdini, ər nakəsini" bilən müdrik ağsaqqaldı. Dədə Qorqud özü məhz belə ozan idi. Oğuz ozanlarının əsas musiqi aləti qopuz idi və mifoloji rəvayətlərə görə bu aləti icad edən və onun gözəl ifaçısı də Dədə Qorqud olub.


    Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan "Koroğlu" operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.

    Muğam. Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Şərq klassik musiqisində muğamat, muğam dəstgahı, (yəni siulin tamı, hərfi mənada komplekti), 12 muğamdan - Üşşaq, Nəva, Əbusəlik, Rast, İraq (Əraq), İsfahan, Zirəfkənd, Büzrük (Bozorq), Zəngulə, Rəhavi, Hüseyni, Hicaz, - 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və təsniflərdən ibarətdir. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci - lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci - muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğamı formasına görə süita-rapsodiya, simfoniya ilə də müqayisə edirlər. Bu əsər özü bir lad, muğam üzərində qurulur və muğamın müəyyən edilmiş ciddi qayda-qanunları çərçivəsində inkişaf edir. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.


    Muğam dəstgahlarında muğamın improvizasiya hissələri dəstgahın dəqiq metroritmik parçaları olan vokal təsnifləri və instrumental rəngləri ilə növbələşir. Azərbaycan muğamlarında başqa xalqların muğamlarından fərqli olaraq improvizə daha çoxdur, daha parlaqdır. Ona görə professional muğam ifaçıları həm də bu muğamların yaradıcısı kimi çıxış edirlər. Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Simai-şəms", "Kərəmi", "Kəsmə-şikəstə", "Qarabağ şikəstəsi" daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur. Özü də müşayiətdə, sazəndələr triosunda əsas yer "dəf"ə və ya "dəf" ilə "nağara"ya verilir. Ölçü çox vaxt iki vurğulu olur. Zərbi muğamların vokal partiyası üçün yuxarı registrdə başlayan zəngin ornamentli melodiya xasdır.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş